Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur
  • SİYASƏT

Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur

admin 06.02.2025
1738827589_1d9b9be0-348d-49fa-b618-9a7d8c4e8b75

Qeyd etmək lazımdı ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) təqribən 50 milyard dollar məbləğində büdcəyə malik olmaqla, dünyanın ən böyük yardım təşkilatıdır. Qurumun məramnaməsində onun xarici ölkələrdə “mülki-humanitar yardımların çatdırılmasını, həmçinin demokratik inkişafı hədəfləyən proqramların icrasını” reallaşdıran təsisat olduğu qeyd edilib. ABŞ Konqresi tərəfindən “Xarici Yardım Aktı” proqramı çərçivəsində təsdiqlənən layihələr USAID vasitəsilə icra edilir.
USAID fəaliyyət göstərdiyi ölkələrdə mülki-humanitar kampaniyalardan, demokratik inkişafı ehtiva edən proqramlardan daha çox, bu ölkələrdə siyasi proseslərə açıq müdaxilə etməsi, çaxnaşmalar yaratması ilə məşhurdur. O, ABŞ-ın hədəfində olan ölkələrdə ictimai rəyi idarə etmək, “humanitar yardımlar” adı altında cəmiyyətlərin rəğbətini qazanmaq üçün yaradılmış bir mexanizmidir. ABŞ Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin kənar cəmiyyətlərdə tapşırıqlarının icraçısı rolunda çıxış edən bir alətdir. Zərurət yarananda “humanitar yardım” proqramlarından kənara çıxır, ayrı-ayrı ölkələrdə siyasi kataklizmlər törədir, hakimiyyət çevrilişlərinə dəstək verir, xaos və dağıntılar törədir. Təşkilatın saytında da qeyd edilir ki, o, “Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi ilə koordinasiya edilmiş formada fəaliyyət göstərir”.
USAID-in fəaliyyətinin əsas istiqamətlərindən biri müstəqil siyasət yürüdən ölkələrdə “beşinci kolon”lar formalaşdırmaq və onları maliyyələşdirmək olub. Bəzi Qərb dövlətləri və onlara məxsus qurumlar, institutlar müstəqil dövlətləri hədəfə alaraq heç bir əsasa söykənməyən, məqsədli təbliğatlar aparırlar. Əsas məqsədlərdən biri hədəfə aldıqları dövlətlərdə qarşıdurma yaratmaqdır. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) belələri arasında ən öndə gedənlərdən biridir. İndiyədək ABŞ hökumətinin öz məqsədlərini həyata keçirməkdə USAID-dən istifadə etməsi beynəlxalq səviyyədə təsdiqlənən məqamlardandır.
USAID-in ölkəmizə qarşı qərəzinin mühüm səbəblərindən biri Azərbaycanda öz çirkin niyyətlərini həyata keçirmək gücündə olmamasıdır. Təbii ki, Azərbaycan müstəqil dövlətdir. Ölkəmiz böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işlərinə müdaxiləni də yolverilməz hesab edir.
Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri, 2023-cü ilin sentyabrında birgünlük lokal antiterror tədbirləri nəticəsində suverenliyini tam bərpa etməsi bəzi dünya gücləri tərəfindən böyük qısqanclıqla qarşılandı. USAID-in İkinci Qarabağ müharibəsinin gedişində məkrli fəaliyyətində Zəfərimizin qazanılmasına, lokal antiterror tədbirləri zamanı suverenliyimizin bərpasına mane olmaq cəhdləri bəllidir. 30 illik işğal dövründə bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarının bərpasına səylər göstərməyən Bayden hakimiyyəti bu kimi təşkilatlar vasitəsilə Qarabağı könüllü tərk etmiş bir-iki erməninin guya etnik təmizləməyə məruz qaldığını iddia etməklə onlara külli miqdarda maliyyə yardımı göstərdi.
Ümumilikdə bu təşkilatın yönəltdiyi maliyyə yardımlarının arxasında çirkin məqsədlər dayanır. USAID-in rəhbəri Samanta Pouer erməni əsilli milyarder, yaxın dostu Ruben Vardanyanı müdafiə etmək naminə Azərbaycanı incik saldı, münasibətləri soyutdu. USAID-in maliyyələşdirdiyi KİV və QHT-lər 2023-cü ilin sentyabr tədbirlərindən sonra “Azərbaycanı etnik təmizləmədə”, “Ermənistan ərazisini işğal etməyə hazırlaşmaqda” ittiham edən məlumatlar yaydılar.
Bu təşkilatın dəfələrlə Azərbaycana qarşı dezinformasiya xarakterli araşdırmalar yayması, Qarabağda “etnik təmizləmələr” barədə “araşdırmaları”, Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi, Misir və Ukrayna inqilablarında rolu, Gürcüstanda destruktiv fəaliyyəti hər kəsə məlumdur. Ötən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycanda fəaliyyətə başlayan, USAID qeyri-şəffaflıq, qapaılılıq nümayiş etdirərək uzun illərdən bəri ölkəmizdə siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün öz şəbəkəsini formalaşdırmağa çalışıb. Məsələn, 2014-cü ildə USAID Azərbaycanda “müstəqil medianın inkişafı” üçün fantastik həcmdə 2,4 milyon dollar məbləğində qrant ayırıb və onları özlərinin təsir agentlərinə ötürüb. Aparılan araşdırmalar sübut edir ki, “Abzas media”nın, “Meydan TV”nin, “Toplum TV”nin Qərbin şəbəkəsinə daxil olan əməkdaşları və digərləri təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatları ilə yanaşı, USAID-lə də yaxın əlaqələr quraraq gizli əməkdaşlıq ediblər. Ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb.
Dövlətimizin başçısı İlham Əliyev ötən ilin dekabrında Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bu məsələyə xüsusi diqqət yönəldərək bildirdi ki, “ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir”.
Prezident İlham Əliyev həmin müsahibədə qeyd edib: “Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin?” Təbii ki, bu kimi faktlar Qərbin və onun tabeliyində olan təşkilatların, institutların fəaliyyətinin, həmçinin yardımlarının şəffaf olmadığını, məqsədli planlara xidmət etdiyini açıqlayır.
Bir neçə gün əvvəl isə Tramp administrasiyası USAID-in layihələrini dayandırıb. USAID-in “X” hesabı bağlanıb. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbər heyətində təmsil olunan 60 nəfərə yaxın şəxs işdən kənarlaşdırılıb. Yüzlərlə mütəxəssis sərəncama göndərilib. Agentliyin ofisində audit yoxlamaları başlanıb. Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri təyin edilən İlon Mask ilk açıqlamalarında bunu maliyyə yoxlamaları ilə əlaqələndirib. Bunu, həmçinin DOGE-nin dövlət büdcəsini izafi xərclərdən qorumaq üçün verdiyi çoxsaylı təkliflərdən biri kimi təqdim edib.
Bütün dünyada QHT-lərə ən böyük donor olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin 60 ildən artıqdır davam edən fəaliyyətinə son qoyulur. USAID-in əsl çirkin siması bəlli olduqca bu təşkilat ölkələrdən qovulur. Beləliklə, USAID-ın tarixə qovuşması reallaşır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi
Next: Dəhşətli qəzada ölənlərdən biri qazi imiş – Foto

OXŞAR MÖVZULAR

1784102225_screenshot-2026-07-15-114105
  • GÜNDƏM
  • SİYASƏT

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

admin 15.07.2026
ilham_aliyev_erdogan_150723
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Ərdoğana Türkiyədə “Demokratiya və Milli Birlik Günü” münasibətilə məktub ünvanlayıb

admin 15.07.2026
1784024584_screenshot-2026-07-14-142048
  • SİYASƏT

İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib

admin 14.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.