Skip to content
25.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Təxribatçıların hamisi USAID-in sonu reallaşır
  • SİYASƏT

Təxribatçıların hamisi USAID-in sonu reallaşır

admin 06.02.2025
1738827598_eff3022a-a90c-4be2-910a-37fb5bc79edd

Uzunmüddətli iqtisadi və sosial inkişafa, kənd təsərrüfatına, qlobal səhiyyəyə, ticarətə yardım göstərmək məqsədilə yaradılan ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) müxtəlif vaxtlarda ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmaq, qeyri-sabit, çevriliş, xaos üçün münbit şərait yaratmaq üçün ən çirkli üsul və vasitələrdən istifadə edir. Bu məkrli təxribat maşını vətəndaş cəmiyyətinin inkişafına töhfə verməkdən daha çox daim siyasi proseslərə müdaxilə etmək, cəmiyyətdə qarşıdurma yaratmaq, prosesləri manipulyasiya etmək məqsədi güdür. USAID-in 2023-2025-ci illərddə “vətəndaş cəmiyyəti” quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırması təşkilatın yeni məkrli planlarından xəbər verir.
Ötən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycanda fəaliyyətə başlayan, USAID qeyri-şəffaflıq, qapaılılıq nümayiş etdirərək uzun illərdən bəri ölkəmizdə siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün öz şəbəkəsini formalaşdırmağa çalışıb. Məsələn, 2014-cü ildə USAID Azərbaycanda “müstəqil medianın inkişafı” üçün fantastik həcmdə 2,4 milyon dollar məbləğində qrant ayırıb və onları özlərinin təsir agentlərinə ötürüb. Aparılan araşdırmalar sübut edir ki, “Abzas media”nın, “Meydan TV”nin, “Toplum TV”nin Qərbin şəbəkəsinə daxil olan əməkdaşları və digərləri təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatları ilə yanaşı, USAID-lə də yaxın əlaqələr quraraq gizli əməkdaşlıq ediblər.
Ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb. Deyəsən, artıq okeanın o tayında da bu təşkilatla bağlı əsl həqiqətləri dərk ediblər. ABŞ-ın yeni Prezidenti Donald Tramp administrasiyası 64 illik agentliyi ləğv etməyi planlaşdırır. “USAID”in “X” hesabı bir neçə gün əvvəl silinib. Qurumun vebsaytı da bağlanıb. Bazar ertəsindən etibarən onlarla USAID əməkdaşının işdən azad edildiyi barədə məlumat verilib. Gecə yarısı bir neçə USAID işçisi rəsmi e-poçtlarına daxil ola bilmədiklərini bildirməyə başlayıblar. Bu da daha çox USAID əməkdaşının işdən çıxarılacağına dair narahatlıqları artırıb.
Amerikalı milyarder, Donald Trampın müttəfiqi “Tesla”, “SpaceX”, “Neuralink” və “The Boring Company” kimi yüksək texnologiyalı şirkətlərin təsisçisi və rəhbəri İlon Mask USAID-i cinayətkar təşkilat adlandıraraq onun ölüm vaxtının çatdığını bilidirib. İlon Mask təşkilatın Əfqanıstanda heroin istehsalını maliyyələşdirməsi, USAID-in Sorosun maliyyələşdirdiyi prokurorlara nəzarət edən təşkilata 27 milyon dollar ayırması, təşkilatın bir sıra digər qanunsuzluqları ilə bağlı müxtəlif şəxslərin paylaşımları ilə razılaşaraq onları özünün sosial şəbəkə səhifəsində paylaşıb.
ABŞ Prezidenti D.Tramp USAID-in “radikal dəlilər” tərəfindən idarə olunduğunu bildirib. O, həmçinin təşkilatın idarəetmə üsullarını və inkişaf sahəsindəki təcrübələrini müsbət qiymətləndirmədiyini açıq şəkildə bəyan edib. Məlumatlara görə, D.Tramp USAID-nin ləğv edilərək ya daha güclü şəkildə Dövlət Departamentinə inteqrasiya edilməsini, ya da ciddi şəkildə struktur dəyişikliklərinin həyata keçirilməsini nəzərdən keçirir.
Dünyanın ayrı-ayrı bölgələrində, eləcə də Cənubi Qafqazda xaos, qeyri-sabitlik, qarşıdurma yaratmaq istəyən USAID təşkilatına qatı ermənipərəst Samanta Pauerin rəhbərlik etməsi isə ayrı mövzudur. Bu üzdəniraq, ermənidən çox ermənilik edən Samanta Pover haylara “öz möhtəşəm” sevgisini sübuta yetirmək üçün 24 aprel qondarma soyqırımı “gününü” özünün doğum günü elan edib. Əslində isə vikipedik məlumatlardan aydın olur ki, onun doğum günü 21 sentyabra təsadüf edir. Yeri gəlmişkən, 2015-ci ildə ABŞ-ın BMT-dəki nümayəndəsi xanım Pauer bu ölkənin ovaxtkı vitse-prezidenti Co Baydenlə birlikdə Vaşinqtonda qondarma “soyqırımı”nın 100-cü ildönümünə həsr olunmuş mərasimdə iştirak edib. O da var ki, bu gün USAID rəhbəri Ermənistan tərəfindən “dəyərli tərəfdaş” kimi qəbul edilir.
 
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: USAID-in bağlanması cığırların təmizlənməsi deməkdir
Next: USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi

OXŞAR MÖVZULAR

1784900437_screenshot-2026-07-24-173620
  • SİYASƏT

MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir

admin 24.07.2026
1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
1784879475_screenshot-2026-07-24-114926
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

admin 24.07.2026

XƏBƏR LENTİ

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində fərdi yaşayış evində yanğın baş verməsi...
DAVAMI Read more about Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO
“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub 1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
Pakistanın Tank şəhərində (Xayber-Paxtunxva əyaləti) törədilmiş terror aktı nəticəsində 15 nəfər həlak olub, onlardan 14-ü təhlükəsizlik qüvvələrinin...
DAVAMI Read more about “Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
İran Küveyt və Bəhreyni vurdu 1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
İran ABŞ ordusunun Küveyt və Bəhreyndəki infrastrukturuna zərbələr endirib.  Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)...
DAVAMI Read more about İran Küveyt və Bəhreyni vurdu
“Azza”dan alınan məhsul xarab çıxdı – Video 1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
“Azza” şirniyyat evinin filiallarından birində vaxtı keçməmiş, lakin xarab olduğu iddia edilən məhsulun satıldığı bildirilir. Bu barədə...
DAVAMI Read more about “Azza”dan alınan məhsul xarab çıxdı – Video
Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO 1784894487_bandicam-2026-07-24-15-33-41-699
  • CƏMİYYƏT

Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

admin 24.07.2026
Dövlətin vətəndaşlara pulsuz, şəffaf və rahat tibbi xidmət vəd etdiyi İcbari Tibbi Sığorta sisteminin arxasında qanunsuz bir...
DAVAMI Read more about Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

Bütün yazılar

whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.