Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Toplum TV” işində şok təfərrüat: Xüsusi xidmət orqanlarının metodundan istifadə edilib
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

“Toplum TV” işində şok təfərrüat: Xüsusi xidmət orqanlarının metodundan istifadə edilib

admin 05.02.2025
6M4CYIoiXlNOhbQLSWEt2a9xO4ma3Oh9C4dJW13A_1200

Sensasiyalarla dolu “Toplum TV” işi ilə əlaqədar Baku TV-nin redaksiyasına növbəti dəfə maraqlı, bir o qədər də heyrətləndirici məlumatlar daxil olub.

Məlumatların ən heyrətverici məqamı isə odur ki, özlərini jurnalist kimi təqdim edən şəxslər əsl xüsusi xidmət orqanları əməldaşlarının gizli fəaliyyət metodlarından istifadə ediblər. “Toplum TV” işi üzrə həbs edilən jurnalist Fərid İsmayılovdan axtarışlar zamanı tapılan elektron məlumat daşıyıcılarından aydın olub ki, xaricdən maliyyələşən jurnalistlər gizliliyi qorumaq üçün xüsusi texniki üsullardan və kod adlardan istifadə ediblər.

Jurnalist kimliyi ilə fəaliyyət göstərən sözügedən şəxsləri idarə etmək üçün xarici kuratorlar “Siqnal” mobil tətbiqinə üstünlük veriblər. Buna səbəb isə tətbiqin istifadəçinin kimliyini gizlətmə funksiyasının imkanları göstərilə bilər. Belə ki, xaricdəki kuratorlar və faktiki rəhbərlər barədə məlumatlar qapalı saxlanıldığı üçün kod adlarıyla bilinən şəxslərin real kimliyi sıravi əməkdaşlara məlum olmayıb.

Misal üçün, “Toplum TV”yə videoreportaj və digər materiallar hazırlayan jurnalistlər Fərid İsmayılov, Gülyetər Məmmədova və Cəmilə Əzimovaya “Siqnal” tətbiqi vasitəsi ilə “Romeo”, “Turan Hasanli” və “Redo” kod adlı şəxslər tərəfindən tapşırıqlar verilib. Sistemli araşdırmalar zaman məlum olub ki, “Romeo” kod adlı şəxs “Toplum TV”də koordinator işləmiş, Çexiyada yaşayan Pərvanə Qurbanova, “Redo” kod adlı şəxs isə Gürcüstanda məskunlaşmış “Azadlıq Radiosu”nun keçmiş əməkdaşı Orxan Rüstəmzadədir. Bakıda yaşadığı üçün məxfiliyə müstəsna diqqət yetirən “Turan Hasanlı” kod adlı şəxsin isə əvvəllər “Toplum TV”də aparıcı olmuş, hazırda isə redaktorluq edən Şahnaz Bəylər qızı Hüseynovanın olduğu dəqiqləşdirilib. Bundan əlavə, hazırda Praqada yaşayan 3-cü Respublika Platformasının İdarə Heyətinin üzvü Elman Fəttah və hazırda Avstriyada yaşadığı bilinən Əhəd Əhədlinin isə indi də “Toplum TV”yə donorlardan maliyyə axınını təmin etdikləri məlum olub.

Maraqlı məqamlardan biri də odur ki, qanunsuz fəaliyyətinə görə həbs olunan Fərid İsmayılovun bir sıra anti-Azərbaycan şəxs və təşkilatlarla da sıx əlaqələrinin olduğu, onlara məlumatlar ötürdüyü araşdırma zamanı üzə çıxıb. Baş ofisi Nyu-Yorkda olan “Committe to Protect Journalists” (Jurnalistlərin Müdafiəsi Komitəsi) təşkilatının Mərkəzi Asiya və Qafqaz üzrə nümayəndəsi Nikolas Levis və Fransa Xarici İşlər Nazirliyində informasiya və media əməldaşlığı üzrə məsləhətçi, anti-Azərbaycan mövqeyi ilə seçilən, “Forbidden Stories” media təşkilatında işləyən Julyen Musseau ilə sıx əməkdaşlığı üzə çıxıb. Bundan başqa, Fərid İsmayılov “Meydan TV”nin həbsdə olan əməldaşları barədə “Sərhədsiz Reportyorlar” (RSF) təşkilatına materiallar göndərmək üçün Avropada yaşayan jurnalist Ülviyyə Kərimova ilə danışıqlar da aparıb.

Ən maraqlı faktlardan biri isə RSF təşkilatının “Toplum TV” əməkdaşlarının mobil telefonlarının “casus” proqramlarına qarşı laboratoriya yoxlanışını təklif etməsidir. Nəzərə alsaq ki, sözügedən şəxslər sıradan jurnalist işi gördüklərini iddia edirlər, bu cür müstəsna tədbirləri qeyri-adi qarşılamaq mümkün deyil.

Bəli, açıq-aydın anlaşılır ki, Fərid İsmayılovun da daxil olduğu məlum dəstə birmənalı olaraq bu və ya başqa anti-Azərbaycan şəxs və təşkilatların həm birbaşa, həm də təsir agentləri funksiyasını yerinə yetirmiş, ölkə ərazisində təlimatlara uyğun olaraq müxtəlif təxribatçı fəaliyyətləri həyata keçirməkdən çəkinməmişdirlər. Amma Azərbaycan hüquq-mühafizə orqanlarının müşahidə və araşdırmaları onların məqsədlərinin yarımçıq qalmasına səbəb olmuşdur.

 

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Ağstafada hərbçilər dəm qazından zəhərləniblər
Next: Prezident Muxtar Babayevi nazir vəzifəsindən azad etdi: YENİ TƏYİNAT

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.