Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycanda məktəblər pullu olacaq? – AKTUAL
  • CƏMİYYƏT

Azərbaycanda məktəblər pullu olacaq? – AKTUAL

admin 05.02.2025
1738682349_1
Azərbaycanda ümumi orta məktəb təhsili üç pillədən-ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir.

Ölkədə ümumi orta məktəb təhsili, əsasən ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müsəssisələrində, gimnaziya, lisey, ilk və orta peşə-ixtisas məktəblərində, habelə kollec və ali təhsil müəssisələrinin nəzdində yaradılan məktəblərdə həyata keçirilir.

Azərbaycanda ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi orta məktəb təhsilinin hər üç pilləsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Tam orta təhsil pilləsində təhsilin təmayülləşməsi təmin olunur və ümumi orta məktəb təhsilinin sonuncu pilləsi olaraq 10-11-ci sinifləri əhatə edir.

Qeyd edək ki, son vaxtlar ölkədə ümumi orta məktəb təhsili ilə bağlı dəyişikliyin olacağı barədə fikirlər səslənir. Belə ki, 10-11-ci siniflərin ödənişli olması gözlənilir.

Əgər bu layihə reallaşarsa, ölkədə “təhsilsizlər ordusu” yaranmayacaqmı?

Təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, orta ümumtəhsil məktəblərinin 10-11-ci siniflərində təhsilin ödənişli olması ilə bağlı fikirlər təhsil sistemində ciddi sosial və iqtisadi problemlərə səbəb ola bilər:

“Təhsil hər bir vətəndaş üçün fundamental hüquq hesab olunur və onun əlçatan olması dövlətin əsas öhdəliklərindən biridir. Əgər bu layihə reallaşarsa, aşağı və orta gəlirli ailələrin övladları üçün təhsilin davam etdirilməsi çətinləşəcək və nəticədə ölkədə kütləvi təhsilsizlər ordusu yaranacaq.

Azərbaycanda təhsil sistemi konstitusiya ilə tənzimlənir və təhsilin hamı üçün əlçatan olması təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər kəsin təhsil almaq hüququ var və dövlət ümumi orta təhsilin icbari və pulsuz olmasını təmin etməlidir. Bu halda, 10-11-ci siniflərdə təhsilin ödənişli olması bu prinsiplərə zidd ola bilər. Eyni zamanda, “Təhsil haqqında” Qanunun 5-ci maddəsinə görə, dövlət hər kəsə təhsil almaq üçün bərabər şərait yaratmalıdır”.

Ekspertin sözlərinə görə, əgər bu layihə tətbiq olunarsa, onun nəticələri bir sıra problemlərə yol aça bilər:

“Birinci, aşağı və orta gəlirli ailələrin övladları təhsili yarımçıq qoymağa məcbur olacaq. Bu isə əmək bazarında kifayət qədər savadlı və peşəkar kadrların sayının azalmasına səbəb olacaq. Statistik məlumatlara əsasən, hazırda Azərbaycan əhalisinin 35%-i yoxsulluq həddinə yaxın yaşayır. Əgər ailələrin təhsilə əlavə maliyyə xərcləri çıxarsa, bu, təhsildən yayınma hallarını artıracaq.

İkincisi, ölkədə erkən yaşda əmək bazarına qoşulan və qeyri-rəsmi çalışan gənclərin sayı artacaq. 10-11-ci siniflərdə təhsil ala bilməyən yeniyetmələr iş tapmaq üçün bazara daxil olmağa çalışacaq, lakin onların bilik və bacarıqları yetərsiz olduğu üçün əmək bazarında qeyri-rəsmi və aşağı maaşlı işlərdə çalışacaqlar. Bu isə həm gənclərin sosial təminatsızlığına, həm də gələcəkdə savadsız işçi qüvvəsinin artmasına səbəb olacaq.

Üçüncüsü, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin sayı əhəmiyyətli dərəcədə azalacaq. Azərbaycanda universitetlərə qəbul olan abituriyentlərin əksəriyyəti məhz ümumi orta təhsilin tam kursunu bitirənlərdir. Əgər 10-11-ci siniflər ödənişli olarsa, ali təhsil almaq istəyənlərin sayı kəskin şəkildə azala bilər”.

Bu, həm ali təhsil sisteminə mənfi təsir edəcək, həm də ölkədə ali təhsilli kadrların sayının azalmasına gətirib çıxaracaq.

Dördüncüsü, bu sistem tətbiq olunarsa, cəmiyyətin təhsil baxımından daha çox sosial təbəqələşməsinə səbəb olacaq. Yüksək gəlirli ailələrin övladları təhsillərini davam etdirə biləcək, aşağı gəlirli ailələrin uşaqları isə məcburən məktəbdən kənar qalacaq. Bu isə gələcəkdə sosial bərabərsizliyi daha da dərinləşdirəcək”.

Ekspert deyir ki, bir çox inkişaf etmiş ölkələrdə orta təhsil pulsuz və icbaridir:

“Məsələn, Finlandiya, Almaniya və Fransa kimi ölkələrdə dövlət yalnız icbari təhsili deyil, eyni zamanda məktəb materiallarını, dərslikləri və hətta bəzi hallarda məktəb yeməklərini də təmin edir. Finlandiya modelində təhsilin hər kəs üçün pulsuz olması onun keyfiyyətinin artırılması ilə paralel həyata keçirilir. Bu ölkədə orta məktəbdə təhsilin pulsuz olması təhsil bərabərliyini qorumaq üçün əsas strategiya hesab edilir. Digər tərəfdən, ABŞ və Böyük Britaniya kimi ölkələrdə dövlət məktəbləri pulsuz fəaliyyət göstərsə də, özəl məktəblər ödənişli təhsil təklif edir. Lakin bu ölkələrdə hər kəs üçün pulsuz dövlət məktəblərində tam orta təhsil almaq imkanı mövcuddur.

Azərbaycanda orta təhsilin ödənişli olması ciddi sosial və iqtisadi risklər yarada bilər. Əgər məqsəd dövlət büdcəsinə əlavə gəlir gətirməkdirsə, bu, təhsildən yayınma faizini artıraraq əks nəticələrə səbəb ola bilər”.

K.Əsədovun fikrincə, digər tərəfdən, əgər bu addım təhsilin keyfiyyətini artırmaq məqsədi daşıyırsa, bunun daha effektiv yolları var:

“Keyfiyyətin artırılması üçün müəllimlərin maaşlarının yüksəldilməsi, məktəblərin maddi-texniki bazasının təkmilləşdirilməsi və yeni təhsil metodlarının tətbiqi daha məntiqli addım ola bilər. Ödənişli təhsilin tətbiq edilməsi əksər ailələr üçün maliyyə yükünü artıracaq və bu da təhsil sistemində bərabərsizlik yaradacaq. Bu layihə reallaşarsa, orta məktəb təhsilində davamiyyət faizi kəskin şəkildə aşağı düşəcək və nəticədə savadsızlıq problemi ilə qarşılaşa bilərik. Əgər dövlətin təhsil sahəsində islahat keçirmək niyyəti varsa, bu, daha inklüziv və hamının təhsil ala biləcəyi model əsasında qurulmalıdır. Əks halda, ölkədə təhsilsiz gənclərin sayı artacaq, bunun uzunmüddətli sosial və iqtisadi fəsadları olacaq”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Rofruit” şirkəti niyə məhkəməyə verilib?
Next: “Qumar kralı” Şəkili Yusif – Həbs edildi

OXŞAR MÖVZULAR

1780638995_17551125641751480099inshot_20250702_221153178_1_1780602953
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazirlikdən multimilyonluq laboratoriya tenderi – TƏFƏRRÜAT

admin 05.06.2026
media-rr-47xtz0
  • CƏMİYYƏT

“Royal Fish” mağazasından narazılıq

admin 05.06.2026
1780647755_1
  • CƏMİYYƏT

Nazirin vəzifə payladığı şəxslər haqda ŞOK faktlar – milyonlar dost-tanışa gedir…

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.