Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
  • CƏMİYYƏT
  • VİDEO

MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO

admin 04.02.2025
1738650450_1713778339_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg

NewsCenter.az xəbər portalının redaksiyasına şikayət daxıl olub.

Müraciət edən Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu Bədəlova Arzu Ənvər qızıdır.

Həkim haqsızlığa məruz qaldığını bildirir, əlaqədar təşkilatlardan, ictimaiyyətdən, mediadan, dövlət rəhbərliyindən kömək istəyir.

Abşeron səhiyyəsi dedikdə nədənsə göz önünə Mehriban Qaralova gəlir. Çünki bu qadın işlədiyi müddətdə rayonda səhiyyəni elə günə salıb ki, tibbi dildə desək, hələ də fəsadları bilinir.

Elə gümanımız bizi yanıltmadı. Arzu Bədəlovanın şikayətinin əsas “qəhrəmanı” da Abşeron Rayon Səhiyyə şöbəsinin sabiq müdiri Mehriban Qaralovadır.

Arzu xanımın dediklərindən bu qənaətə gəlinir ki, o sözün əsl mənasında şərə salınıb. Bu işin başında da Mehriban Qaralova durur.

Məsələ budur ki, 2022-ci ildə bir doğuş zamanı uşaq ölümü hadisəsi baş verib. Arzu həkim deyir ki,həmin an uşağın valideynlərinə doğuşla bağlı bir problem görmədiyi üçün, ölümün səbəbini tam müəyyənləşdirmək üçün təşrih, yəni meyitin yarılmasını təklif edib.Əvvəl valideynlər razı olmasalar da sonradan razılaşlblar.

Bundan sonra Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ direktoru və həmin dövr Abşeron Səhiyyə şöbəsinin müdiri olan Mehriban Qaralovaya məlumat verib.

Mehriban xanım göstəriş verib ki dərhal hadisə haqqında prokurorluğa məlumat verin və təşrihi onların iştirakı ilə aparılmalıdı. Abşeron Rayon Prokurorluğuna hadisə haqqında informasiya çatdırılıb. Lakin oradan bildirilib ki, onlara bu hadisəyə dair şikayət daxil olmayıb.

Bunun ardından, təxminən 10-15 dəqiqə sonra necə oldusa da müstəntiq Faiq Sultanov zəng edərək hazırlaşıb xəstəxanaya gələcəklərini bildiriblər. Xəstəxanaya gəlib, körpənin meyitini Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nə aparıblar.

Valideyn icazəsi də alınmaqla meyitə baxış keçirilib, yəni otopsiya (meyityarma) əməliyyatı keçirilib. Prokurorluqda faktla bağlı müstəntiq Faiq Sultanovun icraatında araşdırma başlanıb.

Hadisə günü və sonrakı günlər valideynlər şikayət etməsələr də sonradan nədənsə fikirlərini dəyişərək şikayət ərizəsi yazıblar. Məlum məsələdir ki, bunu da təşkil edən Mehriban Qaralova olub. Çünki Mehriban Qaralova bu cür işlərin içində bir növ bişib, püxtələşib.

Prokurorluqla münasibətlərinin əla olması heç kimə sirr deyil. Xanımın soyadına fikir verin. Bilməyənlər üçün deyək ki, Mehriban xanım keçmiş Baş Prokuror Zakir Qaralovun doğmaca əmisi qızıdır.

Zakir Qaralovun vaxtında Abşeron rayonununda əsas fiqurlardan idi. Baxmayaraq ki, hazırda vəzifəsi xeyli kiçilib, amma indi də bəzi adamlara, sahələrə təsir edə bilir. Bu da sadə insanların, sıravi işçilərin həyatına təsirsiz ötüşmür…Qayıdaq bəhs etdiyimiz məsələyə.

Müstəntiq məhkəmə-tibbi ekspertizası təyin edib, müəmmalı günlər də bu vaxtdan başlayıb. Ekspert rəylərinə baxdıqda görürük ki, ekspertlər hazır mətnin surətini köçürdüb imza atıblar. Nöqtə-vergülünə qədər də bir-birini təkrarlayırlar.

Ekspertlər olmayan bir şeyi-ölümün göbək ciyəsinin uşağının boyun ətrafına dolanmasından baş verdiyini yazırlar, halbuki doğuş prosesində iştirak etmiş bütün tibbi heyət göbək ciyəsi dolanmasının,o cümlədən,uşağın anasının özü belə göbək ciyəsi dolanmasının olmadığı barədə dəfələrlə deyib, ifadə veriblər.

Bundan başqa,göbək ciyəsi dolanmasının qeysəriyyə əməliyyatına göstəriş olmadığı bütün tibbi ədəbiyyatlardan və protokollardan məlumdur.Lakin Arzu xanımı hadisədən iki həftə aparılmış ultrasəs müayinəsinin nəticəsində göstərilmiş göbək ciyəsinin birqat dolanması diaqnozuna əsasən qeysəriyyə əməliyyatı aparmamaqda günahlandırırlar.

Arzu Bədəlova iddia edir ki, Mehriban Xanlarova işi “yoluna qoymaq” üçün ondan rüşvət tələb etdiyi üçün və o buna razı olmadığı üçün Mehriban Qaralova ekspert rəylərini saxtalaşdırıb.

Arzu xanımın söylədiyinə görə ekspertizanın başdansovdu rəyləri əsasında müstəntiq Faiq Sultanov həkimin barəsində cinayət işinin başlanılması haqqında tələm-tələsik qərar verərək işi məhkəməyə göndərib.

Halbuki qanuna əsasən hərtərəfli, tam, obyektiv araşdırma aparılmalı idi. Tək ekspertizanın rəyinə əsaslanmaq nə dərəcə düzgündür?

Halbuki vəfat etmiş körpənin valideyni,yəni anası A.Bədəlovanı bu məsələdə günahkar hesab etmir və məhkəməyə də rəsmi şəkildə müraciət edərək ona bəraət verilməsini xahiş edib.

Bundan başqa, iş materiallarında körpənin valideynlərinin Daxili İşlər Nazirliyinə göndərdiyi, müvafiq olaraq TƏBİB-ə göndərilən müraciətlər var. Bu qurumun təqdim etdiyi məktub var.

Orada da bildirilir ki, doğuş zamanı düzgün taktika seçilib. Körpənin ana bətnində xroniki xəstə olduğu da təsdiq olunub. Arzu Bədəlova qeyd edir ki,bütün bunlara əsaslanaraq bildirirəm ki, bu işdə bir qərəz hiss edirəm və bunun arxasında Mehriban Qaralova durur.

Şikayətçi Arzu Ənvər qızı Bədəlova redaksiyamıza bir səs yazısı təqdim edib. Bu Mehriban Qaralovanın səsidir. Səs M.Qaralova Abşeron Səhiyyə şöbəsinin müdiri işləyərkən qeydə alınıb.

Səs yazısından görünür ki, Mehriban Qaralova hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları ilə, müəyyən qurumlarla necə deyərlər,daim “işbirliyi”ndə olub.

Qeyd edək ki, iş davam edir, artıq Arzu Bədəlovanın kassasiya şikayətinə baxılması üçün Ali Məhkəmədə baxış günü təyin edilib. Şikayətçi həkim xanım Ali orqandan ali ədalət istəyir.

ədalət istəyir.
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Ədliyyə naziri Şirvanda vətəndaşları qəbul edəcək
Next: Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
whatsapp_image_2026-07-16_at_09.08.12 (1)
  • HADİSƏ
  • VİDEO

Bakıda “Arena Hall” hotelində yanğın oldu – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.