Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Aliment borcu olanlar həbs edilir, amma onlar
  • CƏMİYYƏT

Aliment borcu olanlar həbs edilir, amma onlar

admin 03.02.2025
1738576844_resize-3

3-5 gündən bir mətbuatda bu cür xəbərlərə rast gəlirik: borcu olan 137 nəfər saxlanıldı; borcu olan 50 nəfər saxlanıldı; borcu olan daha 30 nəfər saxlanıldı və sair. Bu adamlar əsasən banklara, kredit təşkilatlarına borcu, aliment borcu, vergi və digər borcları olan, bu borcları ödəyə bilməyən sadə, imkansız, sıravi vətəndaşlardır.

Yaxud, son zamanlar öz(!) meyvə-tərəvəzini xarici ölkələrə çıxarıb satan, lakin əldə etdiyi öz (!) pulunu ölkəyə qaytarmayan fermerlərin kütləvi həbsinə dair rəsmi məlumatlar yayılır. Qanunvericiliklə doğrudan da, həmin vəsaitlər rəsmiləşdirilməli və yalnız gömrük prosedurlarına uyğu şəkildə ölkədən çıxarılmalıdır. Fakt isə budur ki, bu pozuntunu bilərəkdən, yaxud bilmədən edən fermerlər kütləvi olaraq hətta bir neçə minlik meyvə-tərəvəzə görə istintaqa cəlb edilir, həbs olunur, cərimələnir və s. Demək istədiyimiz odur ki, maliyyə nizam-intizamına qəsdən, ya da bilmədən riayət etməyən, banka, alimentə, vergiyə borcunu ödəməkdə çətinlik çəkən vətəndaş “ayağını bir addım sağa-sola qoyan kimi” saxlanılır, həbs olunur, olanı-qalanı müsadirə edilir…

Amma eyni münasibət nədənsə bir çox hallarda dövlət büdcəsini milyonlarla, on milyonlarla, yüz milyonlarla məbləğdə talayan, korrupsiya, rüşvətlə məşğul olan və hətta bu cinayət əməlləri istintaq, məhkəmə tərəfindən sübut olunan, üstəlik bunu özləri də etiraf edən sabiq məmurlara, nazirlərə göstərilmir.

Məsələn, bir neçə gün əvvəl mətbuatda AMEA Prezidenti, akademik İsa Həbibbəylinin oğlu Səhhət Həbibbəylinin istintaqa ifadəsi dərc edildi. Məlum oldu ki, akademikin gömrük rəisi olan oğlu Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova hər il 40 milyon dollara yaxın pul çatdırırmış. Hələ bu, boynuna aldığıdır: “2018-ci ildə mən sədr təyin olunanda aylıq 2 milyon 500 min dollar olmaqla, ilin sonuna qədər iki aya cəmi 5 milyon dollar çatdırdım. 2019-cu ildə də aylıq 2 milyon 500 min dollardan bir il üçün 30 milyon dollar vermişəm. 2020-ci ildə aylıq 2 milyon 800 min dollar oldu, illik cəmi 34 milyon dollar çatdırmışam. 2021-ci ildə isə aylıq təxminən 3 milyon 200 min dollardan olmaqla, bir il üçün 38 milyon 400 min dollar çatdırmışam. 2022-ci ildə artıq ayda 3 milyon 300 min idi. 10 ay ərzində 33 milyon yığılmışdı. Hamısı da çatdırılıb”.

Bu, üst-üstə 100 milyonlarla dolların təkcə S.Həbibbəylinin sədrliyi dövründə – 3 ildə V.Talıbova ötürülməsi deməkdir. Əlbəttə ki, bundan akademikin oğluna da az pul çatmayıb. Talıbov isə 3 il yox, 1995-ci ildən 2022-ci ilə qədər – 27 il(!) Naxçıvan Ali Məclisinin sədri olub. Hələ bu, təkcə gömrükdən yığılanlardır. Üstəgəl büdcədən talananları, rüşvəti, hüquq-mühafizə orqanlarının yığdıqlarını və s. demirik. Amma yuxarıda qeyd edilən ifadələrə, etiraflara baxmayaraq, bu gün Vasif Talıbov da, Səhhət Həbibbəyli də azadlıqda, öz keflərindədir…

Sabiq MTN başçısı Eldar Mahmudovun əsas fiqur olduğu “MTN işi”, sabiq Rabitə naziri Əli Abbasovun baş rolda olduğu “Rabitə işi”, eləcə də sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin, sabiq XİN başçısı Elmar Məmmədyarovun nazirliklərindəki korupsiya faktları ilə bağlı aparılan istintaqlar, həbslər, bu rəhbər şəxslərə qarşı rəsmi ifadələr və s. sonda onunla nəticələndi ki, həmin bu qurumlarda kimlərsə həbs olundu, 3-5 il yatıb çıxdı, kimlərsə müxtəlif məlum yollarla canını həbsdən qurtardı, əsas rəhbər məmurlara isə “gözün üstə qaşın var” deyən olmadı. Həmin adamlar bu gün də öz “kefində-damağındadır”.

Hələ bunlar rəhbərlik etdikləri qurumlarda pis-yaxşı araşdırma aparılanlar, cinayət faktları rəsmən üzə çıxarılanlardır. Bundan əlavə Ramiz Mehdiyev, Hacıbala Abutalıbov, “qaçqınkom” Əli Həsənov, Zakir Qaralov, Ziya Məmmədov, Əhməd Əhmədzadə, Etibar Pirverdiyev, Abid Şərifov və saydıqca sırası bitməyən milyonçu, hətta milyarder sabiq məmurlar var ki, nə barələrində istintaq aparılıb, nə fəaliyyəti yoxlanılıb, nə də varidatlarının mənbəyi soruşulub.

Əvəzində, imkansızlıqdan banka, vergiyə, DSMF-ə borcu olanlar saxlanılır, sorğu-suala çəkilir, hər qəpikləri güdülür, işığa borcu olanın işığı, qaza borcu olanın qazı, suya borcu olanın suyu kəsilir… Qanun tələb edirsə, qoy kəsilsin. Amma bu qanun niyə əhalinin imkansız qisminə tətbiq edilməlidir, yüksək məmur təbəqəsi isə bundan yayınmalıdır? Bu nə ayrıseçkilikdir, nəyin siqnalı, ismarıcıdır?

Bundan çoxları, o cümlədən bugünkü gənclik belə nəticə çıxarır ki, daha böyük, iri miqyaslı oğru olmalısan ki, həbs edilməyəsən, böyük oğrusansa azadlıqda və kefdə, xırda-para borcu olub, bunu ödəyə bilməyən balaca adamsansa həbsdə olmalısan! Əgər belə davam edəcəksə, yaxın gələcəkdə hüquqi dövlətə, ədalətə, məhkəmələrə, hüquq-mühafizə orqanlarına və s. inamın bərpası üfüqdə də görünməyəcək…

“AzPolitika.info”

 

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Yoxlama aparıldı, təhsil sektorunun müdiri işdən çıxarıldı – Foto
Next: Mətin Mirzəyə yeni vəzifə verildi

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.