Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil…” – HƏQİQƏTƏN DƏ…
  • GÜNDƏM

“Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil…” – HƏQİQƏTƏN DƏ…

admin 03.02.2025
1738569596_1
“Düzdü, Rusiya oxşar hallarda dəfələrlə inadkarlıq göstərib. Biz bunu Ukrayna səmasında Malayziya təyyarəsinin vurulması, Polşa prezidentinin təyyarəsinin Rusiya səmasında məqsədyönlü şəkildə qəzaya uğradılmasından və s. sonra da görmüşük. Lakin “AZAL”-ın təyyarəsinin vurulmasıyla bağlı tamam fərqli bir mənzərə yaranıb…”

“Ötən il dekabrın 25-də Rusiya səmasında Azərbaycanın sərnişin təyyarəsinin vurulması ətrafındakı müzakirələrdə məni ən çox narahat edən bir vaxtlar özünü Azərbaycanın dostları kimi tanıdan Rusiya politoloq və ekspertlərinin gün kimi aydın olan bu məsələdə qorxaqcasına susmasıdır. Buna görə də biz həqiqi dostlarımızın və düşmənlərimizin kimlər olmasını bilməliyik”.

Hərbi-siyasi ekspert Üzeyir Cəfərov bunu Moderator.az-a açıqlamasında 2024-cü il dekbrın 25-də Azərbaycan təyyarəsinin Rusiya səmasında Rusiya hərbçiləri tərəfindən vurulması cinayətinin açılması, cinayətkarların cəzalandırılması, həlak olan sərnişinlərin ailıələrinə kompensasiya ödənilməsi və s. ilə bağlı fikirlərini bildirərkən belə deyib.

“Ötən il dekabrın 25-də Azərbaycan sərnişin təyyarəsinin məhz Rusiya tərəfindən vurulmasıyla bağlı mənim ilk günlərdən heç bir şübhəm və ya başqa fikrim olmayıb. Bunu artıq Braziliyada şifrələnərək qaytarılmış “qara” qutunun yazıları da sübut edib və demək olar ki, bu cinayət açılıb. O ki qaldı Rusiyanın inadkarlıq göstərməsinə və sonuncu dəfə Rusiya xarici işlər nazirinin müavini Qaluzinin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevi sorğu-suala çəkməsinə – bunlar hamısı Kreml tərəfindən atılan yersiz addımlardır. Rusiya təyyarəmizlə bağlı törətdiyi cinayətə görə cəzalandırılmalıdır, Azərbaycan xalqından rəsmən ictimai şəkildə üzr istəməlidir və həlak olanların ailələrinə kompensasiya ödəməlidir…

Və onu da deyim ki, kompensasiya yalnız həlak olan vətəndaşlarımıza görə deyil, həmçinin “AZAL”-ın məhv edilmiş təyyarəsinə görə də ödənilməlidir. Artıq bu haqda Azərbaycan siyasi rəhbərliyi də öz fikrini bildirib”, – deyə davamında ekspert bildirib.

“Mən də hesab edirəm ki, bu cinayəti törədənlər artıq bəllidir və həmin şəxslər mütləq mənada cinayət məsuliyyətinə cəlb edilməlidir. Və Moskvanın bu cinayətə görə həm açıq, rəsmi formada üzr istəyəcəyinə və kompensasiya ödəyəcəyinə zərrə qədər də şübhə etmirəm…

Düzdü, Rusiya oxşar hallarda dəfələrlə inadkarlıq göstərib. Biz bunu Ukrayna səmasında Malayziya təyyarəsinin vurulması, Polşa prezidentinin təyyarəsinin Rusiya səmasında məqsədyönlü şəkildə qəzaya uğradılmasından və s. sonra da görmüşük. Lakin “AZAL”-ın təyyarəsinin vurulmasıyla bağlı tamam fərqli bir mənzərə yaranıb. Ona görə də Kremlin tez bir zamanda öz cinayətini etiraf edəcəyini düşünürəm. Çünki başqa variant yoxdur, hər şey gün kimi aydındır. Bu mövzuda Rusiyanın dezinformasiyaları, Lavrovun yalanları, o cümlədən Putinin mətbuat katibi Peskovun özünü bilməzliyə vurması, Rusiya XİN rəsmisi Zaxarovanın hədyanları isə keçərli deyil”,- Üzeyir Cəfərov belə deyib.

“Sərnişin təyyarəmizin vurulması ətrafındakı müzakirələrdə məni ən çox narahat edən bir vaxtlar özünü Azərbaycanın dostları kimi tanıdan Rusiya politoloq və ekspertlərinin gün kimi aydın olan bu məsələdə qorxaqcasına susmasıdır. Buna görə də biz həqiqi dostlarımızın və düşmənlərimizin kimlər olmasını bilməliyik.

Onu da qeyd etmək istəyirəm ki, bu gün çox ciddi proseslər baş verir. Və hesab edirəm ki, əgər Rusiya Azərbaycanı itirmək istəmirsə, həm təyyarəmizin vurulması məsələsində, eyni zamanda bundan əvvəl Qarabağ məsələsi ilə bağlı etdiyi cinayət və səhvləri etiraf edərək xalqımızdan, dövlətimizdən üzr istəməlidir. Yalnız o halqda Kremlin bizə qarşı səmimi münasibətindən danışmaq olar…

Və bir daha nəzərə çatdırıram ki, təyyarəmiz məqsədyönlü şəkildə vurulub. İndiyədək də Moskva tərəfindən müxtəlif çaşdırıcı addımlar atılır, müxtəlif dezinformasiyalar yayılırdı ki, Rusiya bu cinayəti öz üzərindən atsın. Şükürlər olsun ki, bizim qazax dostlarımız da bu məsələdə sonadək məsuliyyətlərini dərk etdilər və Qazaxıstan Rusiyanın məsuliyyətdən yayına bilməyəcəyini bir daha bəyan etdi. Və bu yalnız Qazaxıstan rəsmilərinin yox, həm də Qazax xalqının mövqeyidir. Buna da mən şəxsən sevinirəm”, -deyə – ekspert diqqətə çatdırıb.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Vəkil Qubad İbadoğlu işindəki saxta pulların başqa cinayət işində də istifadə edildiyini ehtimal edir
Next: Bu xanım deputata yeni vəzifə verildi

OXŞAR MÖVZULAR

1784882323_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR

admin 24.07.2026
1784864291_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR – DƏLİXANADIR, VALLAH…

admin 24.07.2026
1784826215_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Analitik Ekspertiza Mərkəzində ciddi böhran: Səhiyyə sistemində nəzarətsizlik və bürokratiya dalanı

admin 24.07.2026

XƏBƏR LENTİ

“10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir? 1784824851_1
  • CƏMİYYƏT

“10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir?

admin 24.07.2026
12 il Daşkəsənin icra başçısı işləmiş Əhəd Abıyevin özünə və yaxınlarına məxsus olduğu deyilən əmlakların siyahısı yayılıb....
DAVAMI Read more about “10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir?
Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO 1784867451_1
  • CƏMİYYƏT
  • VİDEO

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO

admin 24.07.2026
2025-2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı ətrafında kənd və qəsəbələrə yeni dəmir yolu xətlərinin çəkilməsi, eləcə...
DAVAMI Read more about Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO
ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib 1784865330_1
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

admin 24.07.2026
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cı il iyunun 30-na 72,596 milyard ABŞ dolları (123,4 milyard...
DAVAMI Read more about ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib
“Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir – VİDEO MÜRACİƏT 1784869810_1
  • CƏMİYYƏT

“Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir – VİDEO MÜRACİƏT

admin 24.07.2026
Xocalı rayonunun Daşbulaq kəndində gördüyü işlərə görə ödənişini ala bilmədiyini iddia edən “NİHAD 2024” MMC-nin rəhbəri Hətəmov...
DAVAMI Read more about “Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir – VİDEO MÜRACİƏT
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR 1784882323_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR

admin 24.07.2026
Azərbaycanda dövlət satınalmalarının 51 faizindən çoxunda ehtimal olunan məbləğlə qalib şirkətin təklif etdiyi qiymət arasındakı fərq 20...
DAVAMI Read more about Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR

Bütün yazılar

1784824851_1
  • CƏMİYYƏT

“10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir?

admin 24.07.2026
1784867451_1
  • CƏMİYYƏT
  • VİDEO

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO

admin 24.07.2026
1784865330_1
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

admin 24.07.2026
1784869810_1
  • CƏMİYYƏT

“Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir – VİDEO MÜRACİƏT

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.