Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət
  • CƏMİYYƏT
  • GÜNDƏM

Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət

admin 31.01.2025
1738310827_7c8b7ae91d_473576048_2729199330586276_1028561282510410577_n

Azərbaycanda hərbi xidmətə çağırışın da deyəsən, ASAN Xidmətə verilməsinin zamanı çatıb. Çünki bu gedişlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti narazılar ordusu yaradacaq. Bu narazılar ordusunun formalaşmasına səbəb isə Dövlət Xidmətinin yaratdığı əngəllər, vətəndaşların incidilməsi hallarıdır. Bu faktlardan biri Talıbov Azər Məmməd oğlunun elektron poçtla və media üzərindən etdiyi müraciətə qurumdan gələn cavabdır. Belə ki, Anaxeber.info-nun baş redkatoru olan Azər Talıbov oğlu Turan Talıbovla bağlı məsələnin araşdırılmasını xahiş edib. Daha əvvəl etdiyi müraciətində Azər Talıbov məlumat verib ki, həm “B14” diaqnozu qoyulmuş, həm ürək problemi olan bir gəncin tibbi müayinəsinin nəticələrinə məhəl qoymadan onu süründürür, hərbi xidmətə göndərmək üçün müxtəlif bəhanələr gəzirlər. “Demişdim ki, bütün müayinələrdən keçmişik və Turan Talıbovun problemləri təsdiq olunub, əlimizdə müayinənin nəticələri var. Amma Suraxanı hərbi komissarlığının əməkdaşı Namiq Orucov rəhmətə gedib deyə onun dövründə keçilən komissiyanın nəticələri indi məqbul sayılmır, bizdən təkrar müayinə tələb edilir. Xidmətin əməkdaşı vəfat edib deyə niyə müayinənin nəticələri qəbul edilməməlidir? Ona görə də Suraxanı hərbi komissarlığının Turan Talıbovun sağlam olduğu haqda verdiyi kağızı əllərindən aldım. Onlar isə uşağın fotosunu və kağızı cırıb tulladılar. Bu barədə Xidmət rəisi Mürsəl İbrahimova məktub ünvanladım. Onların bu hərəkətinin qanunsuz olduğunu vurğuladım. Amma verilən cavab rüsvayçılıqdır”.

SHXÇDX vətəndaşın müraciətinə cavabında bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 20.3-cü maddəsinə əsasən 20.11.2024-cü ildə təkrar müayinə təyin olunub, bu ilin yanvarında Turan Talıbov Suraxanı hərbi komissarlığına dəvət olunub və aidiyyatı tibb məntəqələri tərəfindən tərtib olunan qərar qəbul ediləcək. Qurum əlavə edib ki, aparılan təhqiqat nəticəsində Suraxanı hərbi komissarlığının əməkdaşlarının fəaliyyətində qanun pozuntusuna yol verilmədiyi müəyyən olunub. Bu cavab təşkilati nəzarət baş idarəsinin rəisi Əziz Hidayev tərəfindən verilib. Amma Suraxanı hərbi komissarlığının əməkdaşlarının qanun pozuntusuna yol vermədiyini qeyd etmək, mədəni şəkildə söyləsək, absurddur. Çünki uşağın fotosunu və kağızı cırıb atıblar. Bu, özbaşınalıq, qanun pozuntusudur.

Sadəcə, Mürsəl İbrahimovun rəhbərliyi dövründə bu xidmət daha bərbad hala düşüb. Ən azından Suraxanı rayon hərbi komissarlığının həkimlərinin xəstə uşaq haqda sağlam rəy verməsi bunu təsdiqləyir. Ona görə də Turan Talıbovun atası Azər Talıbov bu rəyi məişət tullantısı hesab edir: “Turan Talıbova “14 B” diaqnozu qoyulub və ona nevropotoloq yox, məhz psixiatr baxır. Ona görə də onların sənədinə qol çəkmədim və verilən qanunsuz rəyə etiraz olaraq kağızı əllərindən alıb çıxdım. Sonra bu haqda məktub yazdım, indi gələn cavabdan da görünür ki, Xidmət rəhbərliyi Suraxanı hərbi komissarlığının əməkdaşlarını qoruyur, onların tərəfini saxlayır. Hərçənd, onların hərəkəti, davranışı qanun pozuntusudur. Belə aydın olur ki, Mürsəl İbrahimovun idarəsi haqsız da olsa, öz əməkdaşlarını müdafiə edir”.

A.Talıbov gözləyir ki, bu məsələləri üzə çıxdıqdan sonra aidiyyatı üzrə obyektiv rəy veriləcək və Turanın xəstəliyi əsasında qərar qəbul olunacaq. O, oğlunun məsələsi ilə bağlı yol verilən bu özbaşınalığa son qoyulması üçün Prezident İlham Əliyevdən kömək istəyib.
AnaXeber.info
A.Talıbov

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu
Next: “Gecə saat 2-də texnikanı qaldırıb binanın başına qoydular”

OXŞAR MÖVZULAR

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
1780638995_17551125641751480099inshot_20250702_221153178_1_1780602953
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazirlikdən multimilyonluq laboratoriya tenderi – TƏFƏRRÜAT

admin 05.06.2026
1780661934_screenshot-2026-06-05-161752
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr… – Ali Məhkəməyə üz tutdu

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.