Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın…” – “Asadzade Sanan”dan NARAZILIQ…
  • CƏMİYYƏT

“Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın…” – “Asadzade Sanan”dan NARAZILIQ…

admin 31.01.2025
1738302079_asadzade-senan

“Mən, 4 sentyabr 2024-cü il tarixində “Asadzade Sanan” şirkəti ilə müqavilə bağlayıb Honda CRV 2024 model avtomobil sifariş etdim və növbəti gün də avtomobilin tam ödənişini Çinə ödədim. Sifarişin üstündən təxminən 2 həftə keçəndən sonra mənə məlumat verildi ki, bəs həmin maşınla bağlı sifarişlər qəbul olunmur zavod tərəfindən. Səbəbini soruşduqda tutarlı səbəb bildirmədilər və başqa maşın sifariş etməyi təklif etdilər. Əks halda ödənişimin 2 həftə sonra ödənəcəyini bildirdilər.
Mənə BYD model avtomobilin sifariş edilməsini tövsiyyə etdilər. Nə isə, Honda CRV üçün ödədiyim ödənişin əvəzinə birinin Bakı təhvili qiyməti 12700 dollar olmaqla 2 ədəd BYD destroyer 05 sifariş olundu. Üstəgəl hər maşına görə 200 dollar da xidmət haqqı ödəmişəm…” “Dia.az” xəbər verir ki, bunu öz gileyində Zaur Məmmədov adlı paytaxt sakini ifadə edib.
Narazı vətəndaş daha sonra bildirir: “Çatdırılmanın konteynerlə olacağını bildirdilər, amma konteynerlə gətirilən avtomobillərin çatdırılma zamanı konteynerin iç divarlarına dəyərək zədələndiyini əsas gətirərək avtomobilləri avtovozla gətirəcəklərini bildirdilər.
Ödənişimin üstündən 140 gün keçəndən sonra avtomobillər 25 yanvar tarixində Meyvəli terminalına gəlib çatdı. Lakin reklamlarında avtomobillərin maksimum 45-60 gün ərzində ölkəyə çatdırıldığını bildirirdilər.
Üstəgəl də məndən hər maşına görə əlavə 50 manat da avtovoz açılışı üçün ödəniş tələb edildi. Halbuki mən müqavilə bağlayanda konteyner və ya avtovoz açılışı puluna ehtiyac olmayacağı bildirilmişdi.
Daşınma zamanı avtomobillər uzun müddət Xorqosda (Çinin Qazaxstanla sərhədində olan sərhəd-buraxılış məntəqəsi) saxlanıldı. Şirkət tərəfindən sənədləşmə düzgün aparılmadığı üçün çatdırılmanı həyata keçirən qazaxstanlı sürücünün adına etibarnamə yazıb xarici dilə tərcümə etdirib şirkətə təhvil vermişəm. Bundan sonra avtomobillər sərhədi keçə bilib.
Bir sözlə 140 gün ərzində bu şirkət məni çox yordu, dəfələrlə ofislərində oldum, uzun mübahisələrimiz oldu. Amma heç birinin xeyri olmadı.
Təxmini hesablamalarıma görə avtomobillin biri mənə 24500 manata başa gəlir, hazırda bazarda yenisinin satış qiyməti 23500 manatdır.
Sözümün canı odur ki, aşağı qiymətlərə aldanıb “Asadzade Sanan” şirkəti vasitəsilə avtomobil sifariş ETMƏYİN. Əks halda aylarla əsəbləriniz korlanacaq. Dedikləri sözün üstündə dayanmırlar, hər dəfə müxtəlif əsassız bəhanələr gətirib insanı hövsələdən çıxarırlar.
Zəmanətlə bağlı da absurd şərtləri var…”

Dia.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azərbaycan nefti ucuzlaşıb
Next: “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” – İDDİA+ŞİKAYƏT

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.