Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Mirvari Qəhrəmanlının qızını təhqir edənə CƏZA KƏSİLDİ – DETALLAR
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Mirvari Qəhrəmanlının qızını təhqir edənə CƏZA KƏSİLDİ – DETALLAR

admin 30.01.2025
1738242809_1
“Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı”nın rəhbəri Mirvari Qəhramanlının qızı 50 manat cərimə edilib.

Musavat.com xəbər verir ki, buna səbəb hüquq müdafiəçisinin qızı Sara Rəhmanovanın çalışdığı “Müasir Psixologiya Mərkəzi” MMC-də hüquqşünas Vüsal Həsənovla mübahisə edən zaman onu təhqir etməsi olub.

Sara Rəhmanova barəsində polislər tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Nərimanov Rayon Məhkəməsi Sara Rəhimovanın 50 manat cərimlənməsi ilə bağlı qərar qəbul edib.

Sara Rəhimova qərardan narazı qalıb. Bildirib ki, hadisə zamanı özü təhqir edilib.

Mirvari Qəhrəmanlı hadisə barədə məlumat verən zaman bildirib ki, qızı Sara Rəhmanova 10 ildən artıqdır ki, həmin MMC-də işləyirmiş. İşlədiyi müddət ərzində işçilər və işəgötürənlə heç bir konflikti olmayıb.

Onun sözlərinə görə MMC-yə iki ay əvvəl Vüsal Həsənov adlı şəxs gələndən sonra narazılıqlar yaranıb:

“Mərkəzin rəhbəri Aidə Nəbiyeva onu hüquqşünas kimi təqdim etsə də, o özünü Mərkəzin rəhbəri kimi aparırdı. İşçilərlə kobud rəftar edib, təhqiredici ifadələr işlədirdi, xüsusən qadınlara qarşı. İki ay ərzində 5 nəfər onun tələbi ilə işdən azad edilib. Onlardan biri qadın idi. 16.01.2025-ci il tarixində rəsmi sənədlə Mərkəzdə hər hansı bir səlahiyyət sahibi olmayan, lakin Mərkəz rəhbərliyi tərəfindən xüsusi səlahiyyətlər verilmiş (hansı əsasla?) Vüsal Həsənov qızımı Mərkəzin rəhbəri Aidə Nəbiyeva və onun əmisi (yəqin ki, sahibi) Azər Piriyevin yanında küçə söyüşləri ilə təhqir edib. Bunu Mərkəzin bir neçə işçisi də eşidib.

Qızım 2025-ci il yanvarın 16-da özünü pis hiss etdiyi üçün Azər Piriyevdən icazə almaq istəyib. Həmin vaxt Azər Piriyev Vüsal Həsənovun otağında olub. Qızım da icazə almaq üçün Vüsal Həsənovun otağının qapısını döyüb və Azər Piriyevə müraciət edib, vəziyyətini izah edib. Azər Piriyevlə onun otağında danışması Vüsal Həsənovun xoşuna gəlməyib. Qızımın üstünə qışqırdı ki, rədd ol otaqdan, mənə mane olursan. O, yenə də vəziyyəti izah etməyə çalışıb, amma Vüsal Həsənov onu küçə söyüşləri ilə təhqir edib, alçaldıb. Aldığı pisixi zərbələrdən halı daha da pisləşib. Vüsalın hədə qorxusundan, söyüş və təhqirlərindən qorxaraq “102”-yə zəng edib, polis çağırıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları Mərkəzə gəlib zərərçəkmişdən əvvəl Vüsal Həsənov və Mərkəz rəhbərliyi ilə görüşüblər, qızımdan isə qısa bir izahat yazmağı tələb ediblər. Köməyə çağırdığı polis araşdırmadan, həmin saatda Mərkəzdə olan Vüsal Həsənovun söyüşlərini eşidən başqa işçilərdən izahat almayıb. Qızıma isə deyib ki, siz Vüsalı təhqir etmisiniz. Məgər polis həmin an Vüsalın kabinetində olmuşdu ki? Əgər qızım Vüsalı təhqir etmişdisə, niyə kömək üçün Polisə müraciət edirdi ki?” – deyə Mirvari Qəhrəmanlı qeyd edib.

Bildirək ki, Vüsal Həsənov da Sara Rəhmanovanı təhqir etdiyi üçün 50 manat cərimə olunub.

Qeyd edək ki, hadisədən sonra Sara Rəhmanova işdən də çıxarılıb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İlham Əliyev Donald Trampa başsağlığı verib
Next: Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə… – referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir…

OXŞAR MÖVZULAR

1784869668_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Azəriqaz” işçilərini ixtisar edir – Azər Məmmədovun məqsədi nədir? – Şikayət

admin 24.07.2026
1784826009_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Bu da axırı – İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU – SİYAHI

admin 24.07.2026
1784819686_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? – İTTİHAM VAR…

admin 24.07.2026

XƏBƏR LENTİ

“Azəriqaz” işçilərini ixtisar edir – Azər Məmmədovun məqsədi nədir? – Şikayət 1784869668_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Azəriqaz” işçilərini ixtisar edir – Azər Məmmədovun məqsədi nədir? – Şikayət

admin 24.07.2026
“Azəriqaz” istehsalat birliyində ixtisarlar gözlənilir. Müvafiq bildirişlər artıq agentliyin bir çox departament və şöbələrinin, xüsusən də regionların...
DAVAMI Read more about “Azəriqaz” işçilərini ixtisar edir – Azər Məmmədovun məqsədi nədir? – Şikayət
Bu da axırı – İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU – SİYAHI 1784826009_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Bu da axırı – İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU – SİYAHI

admin 24.07.2026
“Optimal Elektronika” MMC-nin sabiq təsisçisi və baş direktoru Əhəd Əsgərova, eləcə də onun payçı olduğu şirkətlərin rəhbərlərinə...
DAVAMI Read more about Bu da axırı – İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU – SİYAHI
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? – İTTİHAM VAR… 1784819686_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? – İTTİHAM VAR…

admin 24.07.2026
QHT-lərə Dövlət Dəstəyi Agentliyi rəsmilərinin hər fürsətdə, keçirdikləri tədbirlərdə və media qarşısında dilə gətirdiyi “fəaliyyətimizdə şəffaflıq və...
DAVAMI Read more about QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? – İTTİHAM VAR…
“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

Bütün yazılar

1784869668_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Azəriqaz” işçilərini ixtisar edir – Azər Məmmədovun məqsədi nədir? – Şikayət

admin 24.07.2026
1784826009_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Bu da axırı – İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU – SİYAHI

admin 24.07.2026
1784819686_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? – İTTİHAM VAR…

admin 24.07.2026
ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.