Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika… – vətəndaş süründürməçiliyi ifşa etdi
  • CƏMİYYƏT
  • GÜNDƏM

Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika… – vətəndaş süründürməçiliyi ifşa etdi

admin 30.01.2025
1738219239_1
Azərbaycan səhiyyəsinin can verdiyi və reanimasiya şəraitində olduğu onsuz da hamıya bəllidir. Amma bəzi tibb müəssisələri elə tərif edilir ki, məəttəl qalırsan, bəlkə yanıldığını düşünürsən. Elə ki içəriyə daxil oldun, səhv etmədiyini bir daha başa düşürsən: əmin olursan ki, bu ölkənin səhiyyə sistemi düzələn deyil. Əslində, təəccüblü də deyil.
Kim bu respublikanın səhiyyə xidmətindən xeyir görüb? Bir ölkənin səhiyyə naziri, yaxud məmuru xaricdə müalicə alırsa, deməli, öz vətənində səhiyyə sisteminə güvənmir. Amma yenə də bəzi gözləntilər vardı ki, nəysə dəyişir, icbari tibbi sığorta işləyir, bazar qaydaları aradan qalxır. Xüsusən də yeni yaranan səhiyyə ocaqları haqda yaxşı piar gedirdi. Məsələn, Yeni Klinikanı qeyd etmək olar. Lakin adı Yeni Klinika olsa da, özü kliniki ölüm mərkəzinə oxşayır. Ya da Yeni Klinika Azərbaycanın Quantnamo həbsxanası adlana bilər. Əslində, əvvəldən bəlliydi ki, Yeni Klinikaya güvənmək olmaz. Axı pandemiya dövründə baş həkimi koronavirusa yoluxan xəstələrə rüşvətlə palata ayıran bir yerdən nə gözləmək olar? Bəli, rəhbəri həbs edildi, amma heç nə dəyişməyib. İndi daha böyük süründürməçilik müşahidə olunur. Sanki gestapo kampıdır. Məsələn, vətəndaş İlhamə Talıbova Ağcabədi rayonundan göndərişlə Yeni Klinikaya müraciət edib. Söhbət göndərişdən gedir. Di gəl, Yeni Klinika vətəndaşlara işgəncə verilməsini üstün tutur. Göndərişlə gələn İlhamə Talıbova əməliyyat olunmalıdır. Bura qədər hər şey normal görünür. Əvvəlcə, İlhamə Talıbovadan analizlərdən keçmək tələb olunur. O da analiz və müayinələri keçir. Ertəsi gün isə İlhamə Talıbovaya deyilir ki, indi də qandan infeksiyaya qarşı analiz verməlidir. Vətəndaşın səbr kasası daşır. Deyir ki, bunu elə bütün analizləri keçəndə demək mümkün idi. Həqiqətən də, axı niyə vaxtında bu analiz deyilmir və nəticədə əməliyyat gözləyən bir insan gün itirir?! Ən dəhşətlisi budur ki, Yeni Klinika qanda infeksiya ilə bağlı analiz götürmədiklərini bildirir və özəl klinikalardan birinə getməyi məsləhət görür. Burada da həm süründürməçilik, həm vaxt və maddi itki göz qabağındadır. Vətəndaş haqlı olaraq yerindəcə etiraz bildirir ki, Yeni Klinika kimi nəhəng tibb müəssisəsi qanda infeksiya analizi götürməyib özəl klinikaya yönəldirsə, deməyə söz qalmır. Doğurdan da absurd məqamdır. Ümumiyyətlə, Yeni Klinikanın nə günə düşdüyü araşdırılmalıdır. Ən azı klinikanın ölkə rəhbərliyinin dəstəyi ilə fəaliyyətə başladığı nəzərə alınmalıdır…
Əlqərəz, İlhamə Talıbova müayinələrlə, analizlərlə bağlı əsl süründürməçiliklə üzləşir. Vətəndaş isə razılaşır ki, yaxşı, qanda infeksiya olub-olmadığını özəl klinikaların birində analiz verərək dəqiqləşdirməyə hazırdır, bəs, əməliyyatın tarixi nə zamana təyin olunacaq?
Bax, bu yerdə Yeni Klinikadan İlhamə Talıbovaya ən absurd cavab verilir – məlum olur ki, onun 2-3 ay sonra əməliyyat olunacağı gözlənilir. Yəni dəqiq tarix də açıqlanmır və hər an şərait dəyişə bilər. Beləliklə, vətəndaş Ağcabədidən göndərişlə Yeni Klinikaya yönləndirilir, əməliyyat olunmalıdır, intəhası, başına min oyun açılır, qapı – qapı analiz otaqlarını, klinikaları gəzir. Bu da Yeni Klinikanın nə vəziyyətdə olduğunu gözlər önünə sərir. Sanki bu klinikanın yiyəsi yoxdur. Belə ki, vətəndaş süründürülür, sonra başqa ünvana yönləndirilir, sonda aydın olur ki, əməliyyat üçün hələ bir neçə ay gözləməlidir. Belə çıxır ki, xəstə aylarla əməliyyat olunacağını gözləməlidir. Bu da absurd qərar və idarəçilikdir.
İlhamə Talıbova deyir ki, Yeni Klinikada bu işgəncə dolu vəziyyətlə qarşılaşan yüzlərlə belə xəstə, növbəsini gözləyən insanlar var. Amma Yeni Klinika rəhbərliyini qətiyyən narahat etmir. Görünür, ya gönü qalındır, ya da əvvəlki həbslərdən nəticə çıxarılmayıb. Vətəndaşlara belə bir münasibət bəslənməsi rüsvayçılıqdır. Çünki bu klinika prezidentin açılışını etdiyi yerdir. Amma Yeni Klinika rəhbərliyi bazar havasından çıxa bilməyib. Bir yanda xəstələri belə süründürmək, bir yanda prezidentin diqqətində olan klinikanı bazara çevirmək gec-tez reaksiyalara səbəb olmalıdır.
Qeyd edək ki, hazırda direktor Barat Yusubovdur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan Yeni Klinika tibb müəssisəsi 28 mart 2020-ci il tarixindən fəaliyyət göstərir. Amma belə fəaliyyət göstərir…
Anaxeber.info
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Nazirin maaşlarla bağlı qərarı Naxçıvan səhiyyəsini QARIŞDIRIB… – Tibb işçiləri ETİRAZA QALXIR…
Next: Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: “Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?”

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.