Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Xalq artisti Kamil Cəlilovun doğum günüdür
  • MƏDƏNİYYƏT

Xalq artisti Kamil Cəlilovun doğum günüdür

admin 29.01.2025
DfI6NGnrMn8i0KReEQvWIUsChnfpUSuHbMlstIaV_1200

Bu gün tanınmış qoboy ifaçısı Kamil Cəlilovun doğum günüdür.

Soztv.Az xatırladır ki, Kamil Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində sadə bir zəhmətkeş ailəsində dünyaya gəlib. Atası Cəlil kişi İkinci Dünya Müharibəsində ayaqlarını itirib. Dülgərlik sənəti ilə məşğul olan atasının musiqiyə də marağı böyük olduğu üçün oğlunun musiqi məktəbində təhsil almasını istəyib. Hətta Kamilə bir nağara da düzəldib.

Musiqi məktəbində təhsil almağa başlayan Kamil təsadüfən eşitdiyi qoboy musiqi alətinin ifaçısı olmaq istəyir. Ancaq atası bu həvəsə qarşı çıxır. O, həmin illəri belə xatırlayır:

“Yeni çalmağa başladığım vaxtlarda atam qoboyumu sındırıb, məni döydü, sonra zirzəmiyə saldı. Atam əlil olduğuna görə ifam onun əsəblərinə toxunurdu. Hətta zirzəmidə özümə şərait yaradıb orada da qoboy çalırdım. Bu çətinliklərimi görən anam məni oradan xilas etdi”.

Kamil Cəlilov Əhməd Bakıxanovun ansamblında qoşanağara çalmaqla yanaşı, qoboy dərslərinə də gedib.

Bir gün Ə.Bakıxanov onu yanına çağırır və deyir ki, eşitmişəm qoboy da çalırsan. Gənc Kamil “Bayatı-kürd”ü ifa edir və Əhməd müəllim ona heyran qalır. Bundan sonra studiyaya gedirlər və Kamil Cəlilovun ilk lent yazısı qeydə alınır.

Sənətinə çox bağlı olan Kamil Cəlilov müsahibələrinin birində deyib: “Bir gün qoboy çalmasam, ölərəm. Çörək yeməsəm, ondan yaxşıdır”.

Kamil Cəlilov qoboy alətini muğam janrına gətirən ilk sənətçi, Fikrət Əmirovun qoboy və fortepiano üçün “Altı pyes”inin ilk ifaçısıdır.

1977-ci ildə NASA-nın “Voyager 1” peyki ilə kosmosa göndərilən qızıl plastinkada Kamil Cəlilovun balaban ilə çaldığı “Çahargah ahəngi” adlı kompozisiyası da var.

Onun ifasında “Apardı sellər Saranı”, “Sarı bülbül” və bir sıra digər xalq mahnıları çox yanıqlı və kövrək səslənir. Kamil Cəlilovun ifasında Nikolay Rimski-Korsakovun “Çar Soltan haqqında nağıl” operasından “Arının uçuşu”, Üzeyir Hacıbəylinin “Firuzə” operasından “Firuzənin ariyası”, Fikrət Əmirovun “Mən səni araram”, “Göygöl” mahnıları, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən bir sıra fraqmentlər səslənib.

 

 

Fikrət Əmirov onun çalğısını yüksək qiymətləndirib. Niyazi isə Kamil Cəlilov çalğısına xas olan sadəlik və təbiiliyi xüsusilə vurğulayıb. Qara Qarayev “Üçüncü simfoniya”sının Dövlət Kamera Orkestrində məşqi zamanı Kamil Cəlilovun bu əsərdə texniki cəhətdən mürəkkəb qoboy partiyasını məharətlə ifa etdiyini, eləcə də onun ifasında buradakı solo epizodlara heyran qaldığını bildirib.

K.Cəlilov Aqşin Əlizadənin də bir sıra kamera əsərlərinin qoboy partiyasını ifa edib. Bəstəkar Oqtay Rəcəbov onu “qoboyun Paqaninisi” adlandırıb.

O, 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

Kamil Cəlilov 2022-ci il fevralın 23-də, 84 yaşında dünyasını dəyişib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bakıda sərnişin avtobusu beş avtomobilə çırpıldı: Daşıyıcı şirkət hadisənin səbəbini AÇIQLADI
Next: Niyam Salaminin 500 minlik qalmaqalı: Müğənni saxta sənədlərlə aldadıldığını İDDİA EDİR

OXŞAR MÖVZULAR

flora
  • MƏDƏNİYYƏT

Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir

admin 14.07.2026
16136298243451511813_1200x630
  • MƏDƏNİYYƏT

Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı

admin 13.07.2026
9b1df91d385a18c66bc18e05189ee836
  • MƏDƏNİYYƏT

“Söyüş və qarğış silməkdən yorulmuşam”- İlkin Misgərli autizmli uşaqla görüşəcək

admin 09.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.