Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Zaur Hüseynovun mədəni “dilənçiliyi”, ifşa olunan yalanlar – İLGİNC
  • ARAŞDIRMA
  • GÜNDƏM

Zaur Hüseynovun mədəni “dilənçiliyi”, ifşa olunan yalanlar – İLGİNC

admin 29.01.2025
1738102114_1
Hesablama Palatası “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində audit yoxlaması aparıb. Deməli, məlum olub ki, bu vaxta qədər metropolitenin sabiq başçısı yalan danışırmış. “Azərişıq” ASC-dən “Bakı Metropoliteni”nə transfer olan Zaur Hüseynov 10 il əhalini və dövləti aldadıb.

Quruma sədr təyin olunandan sonra o, müəyyən bəhanələrlə metroda gediş haqqını 2 dəfədən artıq bahalaşdırıb. 2014-cü ildə metroda gediş haqqı 20 qəpik olduğu halda, Zaur Hüseynov gələn kimi Tarif Şurasına müraciət etdi ki, bəs, metro elektrik enerjisini çox istifadə edir, metro ziyanla işləyir və sair. Tarif Şurası da müraciət əsasında araşdırmalar apararaq, Zaur Hüseynovun “monitorinq” məlumatlarına inanıb gediş haqqını bahalaşdırdı. Bir neçə il metroda gediş haqqı 25 qəpik olandan sonra Zaur Hüseynov həvəslənib, yenidən gediş haqqının 30 qəpiyə qədər bahalaşmasına nail oldu. Bu proses tədricən davam etdirildiı, nəticədə metroda gediş haqqı nə az, nə çox, düz 50 qəpik oldu. 2024-cü ilin sonunda isə Zaur Hüseynovun “mirzələri” panika yaymağa başladılar ki, bəs, metro yenə ziyanla işləyir. Belə məlumat yayıldı ki, 1 sərnişinin daşınması “Bakı Metropoliteni”nə 85 qəpiyə başa gəlir. Guya ki, metro rəhbərliyi o qədər “humanistlik” edir ki, sərnişini 50 qəpiyə daşıyandan sonra, hər sərnişinin ödədiyi gediş haqqının üstünə 35 qəpik qoyub, dövlətə ödəyir. Biz də inanırdıq. Hətta az qalırdıq ki, özümüz yığışaq Tarif Şurasına müraciət edək ki, sən Allah metroda gediş haqqını artırın, Zaur Hüseynova ziyan olmasın. Adam düz 10 il ağlaşma qurdu metroda, gördüyü iş isə sıfır.

10 il əvvəl metroya rəhbər təyin olunanda Zaur Hüseynov söz vermişdi ki, bəs təyin olunan kimi yenilik edəcək, Yaşıl və Qırmızı xətlərin ayrılması üçün çalışacaq ki, metroda sıxlıq olmasın. Amma Zaur müəllim gələndən cəmi iki stansiya güclə tikilib başa çatdırıldı. Məsələn, 2011-ci ildən Yaşıl və Qırmızı xətləri ayıran, şərti adı “Həzi Aslanov – 2” adlandırılan stansiyanın inşasına başlansa da, 2019-cu idən həmin stansiyanın inşası barədə məlumat vermək qadağan edildi. 2022-ci ildə Zaur Hüseynovun müavini Əlixan Osmanov jurnalistlərə məlumat verdi ki, bəs stansiyanın tikinti işlərinin böyük hissəsi görülüb, amma indi inşa işləri dayanıb. Səbəb isə birdir – maliyyə çatışmazlığı, vəssalam. Əlixan müəllim dedi ki. narahat olmayın, tikinti bərpa ediləcək. O ediləcək, bu ediləcək, hələ də tikinti qalıb.

Bundan sonra Bənövşəyi xətt üzrə tikinti işləri başlandı. Şərti adı “B-4” olan stansiya sürətlə tikilməyə başladı. Dedilər ki, stansiya 2024-cü ilin əvvəlində istifadəyə veriləcək. 2024-cü ilin əvvəlində dedilər ki, yox, stansiya 2024-ün axırında istifadəyə veriləcək. İlin sonunda isə məlum oldu ki, hörmətli Zaur müəlim “B-4”ün də tikintisini dayandırıb. Bunu da yıxdılar maliyyə probleminin üstünə. Bu gedişlə Zaur Hüseynov bütün tikintiləri dayandırdı ki, pulum yoxdu, ziyanla işləyirəm. Adam bütün tikinti işlərini saxlamaqla dövləti aldadıb, əlavə dotasiya almaq istəyirmiş. Yəni mədəni dilənçilik. Təxminən metro qarşısındakı dilənçilər kimi. O dilənçilər də elə yığırdı camaatdan pulu. Ağlaşma qura-qura, yalvara-yalvara. O dilənçilər xalqdan yalvarıb pul alırdı, Zaur Hüseynov da təxminən həmin üsulla dövlətdən.

Çox keçmədi ki, Zaur Hüseynovun bu “yazıq sifəti” açıldı, maska göründü. Sonra da işdən azad edildi. “Azərişıq” ASC-də əhalini aldadıb yığa-yığa gələn Zaur Hüseynov elə bilirdi ki, metroda da aldada biləcək. Daha bilmədi ki, bir gün əməlinin üstü açılacaq. İşıqpulu yığan Zaur müəllimin əməllərinin üstü də elə işıq sürətilə açıldı. İndi Hesablama Palatası “yığımcıl” sədrin qanunsuz əməllərinin siyahısını yığır. Görünən odur ki, bu “yığım” o yığımdan olmayacaq. Zaur Hüseynovun əl-ayağı yığılır artıq.

Samir Əli tns.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Tənzilə Rüstəmxanlı düz deyir, Fars xurafatları təəssüf ki, ölkəmizdə dinə çevirib.” – İLAHİYYATÇI
Next: “Şəhid qızıyam çarəsiz qalmışam, SƏSİMİ EŞİDƏN YOXDUR” – MÜRACİƏT

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.