Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • AAYDA işçilərinə niyə maaş ödəmir? – TƏFƏRRÜAT
  • GÜNDƏM
  • ÖLKƏ

AAYDA işçilərinə niyə maaş ödəmir? – TƏFƏRRÜAT

admin 28.01.2025
1738075551_1738068134_777

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ölkə üzrə fəaliyyət göstərən idarələrinin işçiləri əməkhaqqı ala bilmirlər.

Agentlik işçilərinə dekabr ayının əməkhaqqını ödəməyib, bu isə Yeni il ərəfəsində işçilərin ciddi maddi problemlərlə üzləşməsinə səbəb olub. Artıq yanvar ayı da başa çatmaq üzrədir, lakin maaşlar hələ də ödənilməyib. Bu hal işçilər arasında kütləvi narazılıqlara yol açıb.

Musavat.com-un əldə etdiyi məlumatlara əsasən, AAYDA-nın Bakıda yerləşən idarələrində çalışanların bir qismi maaşlarını alsalar da, rayonlarda fəaliyyət göstərən işçilər hələ də əməkhaqqı gözləyir.

Bu gecikmələr işçilərin maliyyə vəziyyətini ağırlaşdırıb. Bir çox işçi kredit borclarını ödəyə bilmədiyi üçün əlavə faizlər və cərimələrlə yüklənib. Əməkhaqqının vaxtında ödənilməməsi onların ailəvi vəziyyətinə də mənfi təsir göstərib. Fevralın 4-də həm dekabr, həm də yanvar ayının maaşı ödənilməli olsa da, işçilər bu müddətin də keçəcəyi və maaşların yenə gecikəcəyi ilə bağlı narahatdırlar.

İşçilərin narazılığı artır

Mənbələrin bildirdiyinə görə, idarə rəhbərləri maaşların nə zaman ödəniləcəyi ilə bağlı heç bir konkret məlumat vermirlər. Əməkhaqqının gecikməsinin səbəbi və ödəniləcəyi vaxtla bağlı işçilərə hər hansı açıqlama verilməməsi onların narahatlığını daha da artırır.

“Yeni il qabağı maaşsız qalmaq bayram planlarımızı alt-üst etdi. Gündəlik ehtiyaclarımızı qarşılamaq üçün borclanmağa məcbur olduq və bu proses hələ də davam edir”, – deyə işçilərdən biri redaksiyamıza bildirib.

İşçilərin maliyyə vəziyyəti daha da ağırlaşıb

Bir neçə işçi artıq iki aylıq maaşlarının ödənilməməsi səbəbindən ailələrini dolandırmaqda çətinlik çəkdiklərini, gündəlik ehtiyaclarını təmin edə bilmədiklərini vurğulayıb. Xüsusilə kredit borcu olanlar əlavə faizlər səbəbindən daha da çətin vəziyyətə düşüblər.

AAYDA-nın bir əməkdaşı adının açıqlanmaması şərti ilə redaksiyamıza bunları deyib:

“Biz hər ayın maaşını növbəti ayın 4-ü alırdıq. Amma artıq yanvar bitir, hələ dekabrın maaşını ala bilmirik. Soruşuruq, deyirlər ki, “büdcə ayrılmayıb”. Nə məsələdir, bilmirik. Yeganə bildiyimiz odur ki, işləyirik, amma maaş verilmir. Maaşımız onsuz da çox deyil, ancaq ailəmizin ehtiyaclarını və kredit borclarını ödəməyə çatır. Maaş gecikdiyi üçün banklar hər gün zəng edir, borclarımıza faiz gəlir. Borc alıb evimizə çörək alırıq. Belə nə vaxta qədər davam edəcək? Fevralın 4-də maaşlarımızı almasaq, vəziyyət daha da pisləşəcək”.

AAYDA isə deyir ki…

AAYDA rəhbərliyindən bu problemə dair işçilərə heç bir aydın və rəsmi açıqlama verilməməsi işçilərin narazılığını daha da artırır. Problemə təcili həll yolu tapılmaması isə daha böyük gərginliyə yol aça bilər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Musavat.com-a bildirib ki, maaşlar ödənilib:

“Agentlik tərəfindən maaşlar vaxtında ödənilib. Ola bilər ki, hansısa idarə gecikdirib, amma maaşlar biz tərəfdən vaxtında ödənilib”.

Maraqlıdır, birdən çox rayonda maaşlarını ala bilməyən əməkdaşlar var. Amma agentik deyir ki, “biz ödəmişik”. Onlar ödəyib, maaşları almalı olanlar almayıb.

O zaman ortaya sual çıxır – bu pullar haradadır?

musavat.com

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azərbaycanda tramvaylar fəaliyyətə başlayır – Ünvanlar AÇIQLANDI
Next: Tənzilə Rüstəmxanlının partiyasından bəyanat: “Hacı Şahin şəhid deyil axı…”

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.