Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Naxçıvan gömrüyünün TOXUNULMAZLARI – indi də bələdiyyə seçkilərinə girişiblər
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

Naxçıvan gömrüyünün TOXUNULMAZLARI – indi də bələdiyyə seçkilərinə girişiblər

admin 28.01.2025
1738036898_1
İki gündən sonra, 29 yanvar 2025-ci il tarixində Azərbaycanın digər bölgələri kimi, Naxçıvanda da bələdiyyə seçkiləri keçiriləcək. İndidən bəllidir ki, Muxtar Respublikadakı bu seçkilərin mübahisəsiz qaliblərindən biri, namizədliyi YAP Naxçıvan şəhər Təşkilatı təfindən irəli sürülmüş Hüseynli Tahir Rasim oğlu olacaq.

Bəs, bu Tahir Hüseynli kimdir?

Bildirildiyinə görə, vaxtilə Naxçıvan MR Dövlət Gömrük Komitəsində işləyən Tahir Hüseynli “xanzadə” həzrətləri ünvanı ilə ad çıxarmış Seymur Talibovun sillə vuranı, “sağ əli” sayılan Həsənin (Həsən bu gün də Seymur Talibovun vuran əlidir, ofisində əsas işləri idara edir-müəl.) doğmaca bibisi oğludur. Vasif Talbovun işləri qarışan kimi təhlükənin yaxınlaşdığıni hiss edib, öz ərizəsi ilə təqaüdə çıxmışdır. Naxçıvan MR Gömrüyündə birgə fəaliyyətləri səbəbindən Tahir Hüseynli ilə Seymur Talıbov arasında yaxın münasibətlər yaranmış və o, Seymur Talıbovun adamına, yaxın dostuna çevrilmişdir. Bu yaxın münasibətlər Tahir Hüseynliyə Naxçıvan MR Dövlət Gomrük Komitəsində – Naxçıvan Hava Limanında Gömrüyün rəisi, ardınca isə Culfa Gömruk idarasinin rəisi vazifələrinda işləmək şansı qazandırmışdır.

Naxçıvan MR-də Seymur Talibovun adamı kimi tanınan Tahir Huseynli, istər Gömrük Komitəsində çalışan gömrük əməkdaşlarına, istərsə də gömrük xidmətindən istifadə edən vətandaşlara qarşı qanunsuzluq və özbaşınalıq edərək, gömrük rüsumlarının əsas hissəsini dövlət büdcəsindən yayındıraraq, mənimsəməklə məşğul olmuşdur. Və bu özbaşınalıqlar daha sonra dövlət qurumlarının diqqətini cəlb etmiş, aparılan araşdırılmalar nəticəsində Naxçıvan Dövlət Gömrük Komitəsinin 100 milyonlarla manat mənimsəməsəsi ortaya çıxmışdır. Sözsüz ki, bu mənimsəmədə həmin dövrlərdə Culfa gömrüyünün rəisi vəzifəsini icra etmiş Tahir Hüseynlinin də “zəhməti” az olmamışdır.

İşgüzar fəaliyyətində bu cür mübahisəli məqamlara baxmayaraq, Tahir Huseynlinin Naxçıvan Gömrük Xidməti əməkdaşlarının məhkəməsinin keçirildiyi ərəfədə Naxçıvan şəhər bələdiyyəsində yüksəl vəzifəyə doğru irəliləməyə təşəbbüs göstərməsi təəccüb doğurmaya bilməz. Xatırladaq ki, bu ayın əvvəllərində keçirilən məhkəmə prosesində ifadə verən Naxçıvan MR Gömrük Komitəsinin sabiq rəisi Səhət Həbibbəyli hər ay gömrük orqanlarından yığdığı 30 milyon dollardan çox vəsaiti Vasif Talıbova verdiyini etiraf edərək demişdir:

“2018-ci ildə mən sədr təyin olunanda aylıq 2 milyon 500 min dollar olmaqla, ilin sonuna qədər iki aya cəmi 5 milyon dollar çatdırdım. 2019-cu ildə də aylıq 2 milyon 500 min dollardan bir il üçün 30 milyon dollar vermişəm. 2020-ci ildə aylıq 2 milyon 800 min dollar oldu, illik cəmi 34 milyon dollar çatdırmışam. 2021-ci ildə isə aylıq təxminən 3 milyon 200 min dollardan olmaqla, bir il üçün 38 milyon 400 min dollar çatdırmışam. 2022-ci ildə artıq ayda 3 milyon 300 min idi. 10 ay ərzində 33 milyon yığılmışdı. Hamısı da çatdırılıb”.

Rəhbərliyə çatdırılan yüz milyonlarla dolların qeyri-rəsmi şəkildə toplandığını söyləyən S.Həbibbəyli bu qaydanı özünün müəyyənləşdirmədiyini, ona qədər mövcud olduğunu bildirib: “Komitə sədri təyin olunmağım haqda fərman imzalananda rəhbərlik məni qəbul elədi. Dedi ki, işlər əvvəlki qaydada davam eləməlidir”.

Gömrük generalının dediyinə görə, razılaşmaya əsasən, toplanan pullardan hər ay onun özünə 40 min, müavinlərinə isə 10 min manat çatıb.

Maraqlıdır ki, bu qədər cinayət törətdiyini etiraf edən Səhət Həbibbəyliyə heç bir cəza kəsilmədi. Yüzmilyonlarla manatın oğurlandığı bu işdə cəmi iki nəfərə cəza verildi, onlara da şərti qaydada. “Talıbovlar Naxçıvanı”nın dövlət gömrüyünün digər yetkilisi isə hazırda bələdiyyə sədrliyinə hazırlaşır. Belə görünür ki, bu ölkədə ancaq rüşvətxorlar və cinayətkarlar yüksək dövlət orqanlarında təmsil olunmaq imkanı qazanırlar.

“Hürriyyət”

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: AAAF Parkda tikilən qanunsuz obyekt tamamlandı – Məşhur yer restoranla əvəzləndi
Next: Prezident Bakı-Tbilisi-Qars layihəsinin icrası ilə əlaqədar üzləşilən müqavimətdən danışdı

OXŞAR MÖVZULAR

1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784881596_screenshot-2026-07-24-122451
  • CƏMİYYƏT
  • ÖLKƏ

Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü

admin 24.07.2026
1784882323_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR

admin 24.07.2026

XƏBƏR LENTİ

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı 1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin aktivlərinin mümkün müsadirəsini “təhlükəli presedent” adlandırıb. Bu barədə o, “X”...
DAVAMI Read more about Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı
400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO 1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
Elm və Təhsil Nazirliyi şagird sayının azlığını bəhanə edərək daha bir kənd məktəbini qapatmağa hazırlaşır. Bu dəfə...
DAVAMI Read more about 400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO
Qurban Qurbanovla Emin Əmrullayevin fərqi… 1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
Avroliqada uğurlu iştirakına görə, “Qarabağ” FK UEFA-dan bu il 65 milyon avro mükafat aldı. Bu məbləğ bizim...
DAVAMI Read more about Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…
Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü 1784881596_screenshot-2026-07-24-122451
  • CƏMİYYƏT
  • ÖLKƏ

Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü

admin 24.07.2026
Azərbaycanın vaxtilə ən böyük tikinti şirkətlərindən olan “Akkord Sənaye Tikinti İnvestisi̇ya Korporasiyasi” ASC-nin 2025-ci il üzrə maliyyə...
DAVAMI Read more about Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü
Bakı Qızlar Universitetində GƏRGİNLİK 1784882874_tia_f046c553ca1fa403586ad5fecbeeb2dc_l2fx7n45vozab0i1m86r
  • CƏMİYYƏT

Bakı Qızlar Universitetində GƏRGİNLİK

admin 24.07.2026
Bakı Qızlar Universitetinin akkreditasiyadan keçməməsi orada oxuyan tələbə və valideynləri narahat edib. Narahat olan valideynlər çıxış yolu...
DAVAMI Read more about Bakı Qızlar Universitetində GƏRGİNLİK

Bütün yazılar

1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
1784881596_screenshot-2026-07-24-122451
  • CƏMİYYƏT
  • ÖLKƏ

Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.