Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Gəncə Xəstəxanasından ŞİKAYƏT – “Həkim başını telefondan qaldırmır”
  • CƏMİYYƏT

Gəncə Xəstəxanasından ŞİKAYƏT – “Həkim başını telefondan qaldırmır”

admin 28.01.2025
1738037145_1
Sosial şəbəkədə Gəncə şəhər sakini akademik Zülfüqar Məmmədov adına Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasından şikayət edib.

Bizim.Media xəbər verir ki, sakin paylaşdığı videoda xəstəxanadakı gənc tibb personalının xəstələrə və xəstə yaxınlarına sayğısız, laqeyd yanaşdığını iddia edib:

“Mən yanvarın 13 və 14-ü Gəncədə Akademik Zülfüqarov adına 3 nömrəli xəstəxanaya iki gün ayaq döymüşəm.

Mənə ordakı tibb işçilərindən (yaşlı həkimlərdən başqa) heç biri düz-əməlli cavab vermədi. “Qan almağ”a yaxınlaşdım. Anamın damarını orda partlatdılar. Daha sonra USM-ə qeydiyyata düşmək istəyirik, qeydiyyatçı xanımın heç nədən başı çıxmır.

Təcili Tibbi Yardımın qarşısındakı qeydiyyata yaxınlaşırıq, ordakı xanım heç nəyi bilmir. Doğru, düzgün danışmağı bacarmır. Deyir “ya səbir”, ona ağız əyir, bu birinə göz süzdürür. Yəni işləmək istəmirlər. Məni ən çox təəccübləndirən o oldu ki, biz USM -də neçə saat növbə gözləmişik. Həkim bizi 1 dəqiqə çəkmədi USM-dən keçirdi. Amma sual veririk, bizə cavab vermək istəmir. Başını telefondan qaldırmır.

Əziz tibbi sığorta ilə çalışan həkimlərimiz, əgər dövlət xəstəxanalarındakı iş rejimindən razı deyilsinizsə, bu, bizim günahımız deyil. Çıxın, qoy sizin yerinizə düzgün işçilər gəlib orda çalışsınlar. Belə biabırçılıq olmaz! İnsanların həyatı sizin üçün nədir? Görünür, insanların həyatı sizin əlinizdə oyuncağa çevrilib. Həkimi dindirirsən, deyir, burdan mənə nə pul çatır ki… Tibb bacısını dindirirsən, sənə kömək etmək istəmir.

Xəstəxanada qeydiyyat şöbəsinin olduğu düzgün yazılmayıb. Tibb bacıları postunu qeydiyyat yerinə qoyublar. Camaat qarşısından keçir, heç kim bilmirr ki, bura qeydiyyat şöbəsidir. Ən önəmlisi də odur ki, xəstəyə, insana qarşı, ölüm ayağında gələn xəstəyə diqqət göstərmək istəmirlər”.

Şikayətçi TƏBİB-ə səslənərək xəstəxananın işçiləri ilə bağlı tədbir görülməsini istəyib:

“Mən şok yaşadım və bununla bağlı TƏBİB-in hər hansı tədbir görməsini çox istəyərdim. Çünki bu, belə olmaz”.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumundan Bizim.Media-ya verilən açıqlama Gəncə Şəhər Birləşmiş Xəstəxanası nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxana ilə bağlı sosial şəbəkələrdə yayılan video barədə məlumatlı olduqları bildirilib:

“Orada səsləndirilən şikayətlər hazırda araşdırılır. Məlumatlar dəqiqləşdirildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, vətəndaşın özü ilə də əlaqə saxlanılacaq, işində nöqsana yol verən əməkdaşlar olarsa onlar haqqında müvafiq tədbir görüləcək”.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Ən böyük bank 5 saatdır problemini həll edə bilmir” –”Kapital Bank”la bağlı ekspert rəyi
Next: AAAF Parkda tikilən qanunsuz obyekt tamamlandı – Məşhur yer restoranla əvəzləndi

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.