Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • 48 saylı notariat ofisinin Xüsusi notariusu Bakı şəhərinin müxtəlif ünvanlarında sənədləri necə təsdiqləyir? – Səadət Hüseynovun “məsuliyyətə cəlb olunma müddəti ötmüş” cinayət əməlləri
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

48 saylı notariat ofisinin Xüsusi notariusu Bakı şəhərinin müxtəlif ünvanlarında sənədləri necə təsdiqləyir? – Səadət Hüseynovun “məsuliyyətə cəlb olunma müddəti ötmüş” cinayət əməlləri

admin 28.01.2025
1738038756_1738037700_1

Azərbaycan qanunvericiliyinə uyğun olaraq, notariusların hüquq və vəzifələri haqqında qanunda göstərilir ki, Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir. Həmçinin hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Notariat haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməsi, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. İndi görək, bu qanun ölkəmizdə işləyirmi, yaxud da bütün Notariuslara eyni dərəcədə şamil olunurmu?
GundemXeber.Az-ın redaksiyasına daxil olan məlumata görə, “Meyvəli bazarı” adlanan ərazidə 48 saylı notariat idarəsində nikah müqaviləsi bağlanan zamanı idarənin Notariusu yerində olmayıb və həmin müqaviləni Anar adlı şəxs hansı əsasla bağlayıb? Digər tərəfdən 01. 07. 2022-ci il saat 15:13:44 radələrində fiziki və hüquqi şəxslərlə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməli olduğu halda, bunu etməyib. Ona görə kömək olunmayıb ki, Bakı şəhəri 48 saylı notariat ofisinin Xüsusi notariusu Hüseynov Səadət Eldar oğlu orada olmayıb. Ümumiyyətlə, nigah müqaviləsi bağlayan şəxslər onu görməyiblər. Bir halda ki, 48 saylı notarius Bakı şəhərində fərqli ünvanlarda fəaliyyət göstərirsə, deməli belə halların baş verməsi mümkündür.
Bundan əlavə, redaksiyamıza daxil olan məlumatlardan aydın olub ki, xarici sürücülük vəsiqəsi olan əcnəbilərin özləri olmadan yerli vətəndaşların avtomobillərinin “idarə edilməsi” üçün xarici vətəndaşlara etibarnamə verilir. Hansı ki, Bakı şəhəri 48 saylı notariat idarəsində etibarnamənin hazırlanması zamanında nə xarici, nə də yerli vətəndaşlar iştirak etmirlər. Burada görünən odur ki, idarənin işçisi Anar müəllim hansısa maraqlar əsasında vatsapına göndərilən şəkillərlə həmin sənədləri saxta yolla həll edir. Hətta elə anlar olur ki, notariat idarəsinin Xüsusi notariusu Hüseynov Səadət Eldar oğlunun işdə olmadığı vaxtlarda digər saxta müqavilələr də Anar müəllim tərəfindən hazırlanıb yaxın bildiyi adamlara təqdim olunur. Yuxarıda qeyd olunan saxta sənədləşmə ona görə aparılır ki, avtomobilin yerli sahibinin adına cərimə və ya bal yazılmasın.
48 saylı notarius Bakı şəhərində fərqli üç ünvanda fəaliyyət göstərir. Belə ki, 48 saylı notariat Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin həyətində, bundan başqa “Meyvəli bazarı” deyilən yerdə və eləcə də Binəqədi şossesində də fəaliyyət göstərir. Sual olunur: Eyni zamanda üç ayrı məkanda notariat əməliyyatı Səadət Hüseynov tərəfindən necə həyata keçrilir? Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli olduğu halda, Səadət Hüseynov fiziki və hüquqi nöqteyi nəzərdən bu izah işlərini ayrı-ayrı məkanlarda necə çatdırır? Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsasən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər Səadət Hüseynov bir ofisdə əyləşirsə, digər ofislərdə sadalanan qaydalara necə əməl olunur?
Diqqətəlayiq haldır ki, Səadət Hüseynovun ofisinin məhz BDYPİ-nin strukturlarının həndəvərində fəaliyyət göstərməsi əsasən avtomobillə, sahiblik, etibarnamə və s. ilə bağlı əməliyyatların təsdiqi məsələlərinin cazibədar olması ilə əlaqədardır. KİV həmçinin yazır ki, Səadət Hüseynov BDYPİ-nin siqnal idarəsinin rəisi Müşfiq Rəhimovun yeznəsidir. Müşfiq Rəhimov isə uzun illər BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini işləyib. Belə çıxır ki, eyni müştərilər yeznə və qayının xidmətindən istifadə ediblər.
Etibarlı mənbələrdən verilən məlumata görə, vaxtilə şikayətçilər tərəfindən ünvanlanmış müraciətlərin nəticəsi olaraq toplanmış faktlar əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən araşdırılma aparılmış və 48 saylı notariat kontorunun notariusu Hüseynov Səadət Eldar oğlu intizam qaydasında cəzalandırılmışdır. Həmçinin, Binəqədi Rayon Prokurorluğunda 48 saylı notariat kontorunun notariusu Hüseynov Səadət Eldar oğlu barəsində araşdırılma aparılmış, onun əməllərində cinayət əlamətləri olsa belə, cinayət məsuliyyətinə cəlb etmə müddəti ötdüyündən, “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında” qərar qəbul edilmişdir.
O da bildirilir ki, notarius Səadət Hüseynovun Bakı şəhərində fəaliyyət göstərən “Rentakar” şirkətləri ilə qanundankənar bir sıra işləri də mövcuddur. Bu haqda növbəti yazılarımızda oxuya biləcəksiniz.
Mövzuya qayıdacağıq.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edəcək.

GundemXeber.Az

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Nazirliyin əməkdaşlarına telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” – FOTOFAKT
Next: Nəzrinin işində ziddiyyətlər və sual doğuran məqamlar – DETALLAR facebook

OXŞAR MÖVZULAR

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
1780638995_17551125641751480099inshot_20250702_221153178_1_1780602953
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazirlikdən multimilyonluq laboratoriya tenderi – TƏFƏRRÜAT

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.