Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “SAHİL BABAYEV, İNSAFIN OLSUN…” – Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
  • GÜNDƏM
  • ÖLKƏ

“SAHİL BABAYEV, İNSAFIN OLSUN…” – Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir

admin 28.01.2025
1738046036_1738037284_1

Tovuz rayonu, Dönük Qırıqlı kənd sakini Heydərova Könül Yəhya qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, oğluna ünvanlı sosial yardım almaq üçün müraciət etsə də, qanunsuz olaraq imtina cavabı verilib:

“Mən, Heydərova Könül Yəhya qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Anam və uşağım xəstədir, aldığım pensiya heç yeməyimizi, iynə-dərmanlarımızı görmür. Bir neçə ay bundan qabaq oğlumun adından ünvanlı sosial yardım almaq üçün müraciət etdim. Qeyd edim ki, oğlum 3-cü qrup əlildir. Ona əlilliyə görə təyin edilən qrup düzgün verilməyib. Oğlumun səhhəti çox ağırdır, 2 gündən bir təcili yardım çağırırıq.

Qonşuluğumda yaşayan Adığözəlov Nübar Musa qızı, Həsənova İradə Şəmil qızı, Məmmədova Aybəniz Şahin qızı və Məmmədova Günay Çingiz qızının maşınları da var, amma onlar saxta yolla pensiya və sosial yardım alırlar. Adama təsir edən odur ki, maddi vəziyyətləri yaxşı olan vətəndaşlar pensiya, sosial yardım alır, imkansızlara verilmir.

Mən sizin sayt vasitəsilə Sahil Babayevə müraciət edirəm. İnsafın olsun, bir yoxla gör nə qədər adam saxta ünvanlı sosial yardım alır. Xahiş edirəm, vəziyyəti ağır vətəndaş kimi müraciətimi qeydə alın. Oğlum sağlam uşaq olsa, başqaları kimi işləyər. Hər gün ağırlaşan xəstə necə işləsin?! Və yaxud da, hörmətli nazir, mənim oğlumu hansı qurum işə götürər?!”

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurumun Mətbuat Xidmətindən bildirdi ki, Tovuz rayon sakini Heydərova Könül Yahya qızının ünvanlı sosial yardımla bağlı müraciətinə ailə üzvü Məmmədov Emin Həmid oğlunun məşğulluğunun öz təsdiqini tapmaması səbəbilə imtina verilib. Sözügedən şəxsin məşğulluğu təmin olunduqdan sonra elektron qaydada yenidən müraciət edilərsə, ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna yenidən baxıla bilər.(Hurriyyet)

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Qalmaqallı cərrah yenidən İŞ BAŞINDA
Next: “SHAURMA №1”: Əqli mülkiyyət hüquqları ətrafında yeni qalmaqal!

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.