Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Xırdalandan gələn şikayət: “Red Black” sakinləri yatmağa qoymur – FOTO
  • Uncategorized

Xırdalandan gələn şikayət: “Red Black” sakinləri yatmağa qoymur – FOTO

admin 24.01.2025
1737661188_1
Kafe-barda səhər saatlarınadək davam edən əyləncə sakinlərin həyatını cəhənnəmə çevirib

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi ev 130-un sakinləri yaşadıqları binanın zirzəmisində yerləşən “Red Black” istirahət mərkəzi adlı kafe-barın fəaliyyətindən narazıdırlar.

Sakinlər AYNA-ya bildiriblər ki, gecə saatlarında evlərində rahat otura, yata bilmirlər. Səbəb isə bar tipli kafedə gecə gec saatlaradək musiqili əyləncənin təşkili, müştərilərin səs-küyüdür.

Binanın komendantı Elnur Hüseynov bildirir ki, dəfələrlə obyektin sahiblərinə irad bildirilib, amma nəticəsi olmayıb.

“Bina sakinləri, xüsusilə də aşağı mərtəbədə, yəni zirzəminin üzərindəki mənzillərin sahibləri şikayət edirlər. Gecə saat ikiyə-üçə, bəzən də səhər saatlarınadək əyləncələr davam edir. Səs-küydən insanlar evlərində rahatlıq tapmırlar. Körpə uşaq var, yaşlı, xəstə insanlar var ki, “Red Black”dakı əyləncə onların həyatını cəhənnəmə çevirib”, – deyə komendant vurğulayıb.

Onun sözlərinə görə, dəfələrlə polisə müraciət olunub: “Amma hansısa nəticəsi yoxdur. Gəlirlər, obyekt sahibinə bu cür fəaliyyətə son qoyulmasını tapşırırlar, obyekt sahibi də “yaxşı” deyib yola verir, yenə öz işindədir. Elə dünən gecə saatlarında da bir neçə sakinlə birlikdə getdik etirazımızı bildirdik, yenə polisə şikayət edildi, polis əməkdaşları gəldilər. Bu, qanunsuz fəaliyyətin qarşısını almaq sanki müşkülə çevrilib”.

Bina sakinləri aidiyyəti orqanlardan kömək istəyirlər ki, “Red Black”ın bu cür qanunsuz fəaliyyətinə son qoysunlar.

Məsələ ilə bağlı sualımıza Abşeron Rayon İcra Hakimiyyətindən və Abşeron Rayon Polis İdarəsindən cavab almaq mümkün olmadı. Dəfələrlə etdiyimiz telefon zənglərimizə bu qurumların heç birindən cavab verilmədi. Vətəndaşların şikayətini diqqətdə saxlayacağıq.

Xırdalandan gələn şikayət: “Red Black” sakinləri yatmağa qoymur –
Müəllif: Banu Çiçək

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Mərkəzi Bank “Azər-Türk Bank”a icrası məcburi göstəriş verib
Next: Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? – TƏFƏRRÜAT

OXŞAR MÖVZULAR

sex_(7)
  • Uncategorized

Bakıda yanğın təhlükəsizliyi tələblərini pozan sexin fəaliyyəti dayandırıldı – VİDEO/FOTO

admin 16.07.2026
1782719243_rafiq_xetai_tikinti
  • Uncategorized

Xətai rayonunda müəmmalı tikinti – Reyestrdə icazə yoxdur, ağacların məhv edildiyi iddia olunur

admin 29.06.2026
1779334348_1
  • Uncategorized

Təhsil İnstitutunun “MARAQLI ” sxemi: 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı

admin 21.05.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.