Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Hüquq müdafiəçisi Vilayət Eyvazova müraciət etdi
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Hüquq müdafiəçisi Vilayət Eyvazova müraciət etdi

admin 24.01.2025
1737654159_1
Hüquq müdafiəçisi Mirvari Qəhramanlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

O, hazırda təhdid və təhqirlərlə üzləşən qızı Sara Rəhmanova ilə bağlı nazirə yazıb.

Qəhrəmanlı bildirib ki, bu, onun nazirə ilk müraciətidir: “Hörmətli Vilayət müəllim, ilk dəfədir ki, Sizə müraciət edirəm. Arxalı bir insan tərəfindən iki qızım və özüm təhqir olunmuşam.Köməyinizə ehtiyacım var”.

“Qızım Sara Rəhmanova 10 ildən artıqdır ki, Müasir Psixologiya Mərkəzi MMC-də (bundan sonra Mərkəz) işləyib. İşlədiyi müddət ərzində işçilər və işəgötürənlə heç bir konflikti olmayıb. İki ay əvvəl Mərkəzə Vüsal Həsənov adlı şəxs gəldi. Mərkəzin rəhbəri Aidə Nəbiyeva onu hüquqşünas kimi təqdim etsə də, o özünü Mərkəzin rəhbəri kimi aparırdı. İşçilərlə kobud rəftar edib, təhqiredici ifadələr işlədirdi, xüsusən qadınlara qarşı. İki ay ərzində 5 nəfər onun tələbi ilə işdən azad edilib. Onlardan biri qadın idi. 16.01.2025-ci il tarixində rəsmi sənədlə Mərkəzdə hər hansı bir səlahiyyət sahibi olmayan, lakin Mərkəz rəhbərliyi tərəfindən xüsusi səlahiyyətlər verilmiş (hansı əsasla?) Vüsal Həsənov qızımı onu Mərkəzin rəhbəri Aidə Nəbiyeva və onun əmisi (yəqin ki, sahibi) Azər Piriyevin yanında küçə söyüşləri ilə təhqir edib. Bunu Mərkəzin bir neçə işçisi də eşidib”, – deyə Mirvari Qəhrəmanlı qeyd edib.

Hüquq müdafiəçisi deyir ki, bu təhdid və təhqirlərdən sonra qızının psixoloji durumu pisləşib: “Qızım 2025-ci il yanvarın 16-da özünü pis hiss etdiyi üçün Azər Piriyevdən icazə almaq istəyib. Həmin vaxt Azər Piriyev Vüsal Həsənovun otağında olub. Qızım da icazə almaq üçün Vüsal Həsənovun otağının qapısını döyüb və Azər Piriyevə müraciət edib, vəziyyətini izah edib. Azər Piriyevlə onun otağında danışması Vüsal Həsənovun xoşuna gəlməyib. Qızımın üstünə qışqırdı ki, rədd ol otaqdan, mənə mane olursan. O, yenə də vəziyyəti izah etməyə çalışıb, amma Vüsal Həsənov onu küçə söyüşləri ilə təhqir edib, alçaldıb. Aldığı pisixi zərbələrdən halı daha da pisləşib. Vüsalın hədə qorxusundan, söyüş və təhqirlərindən qorxaraq “102”-yə zəng edib, polis çağırıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları Mərkəzə gəlib zərərçəkmişdən əvvəl Vüsal Həsənov və Mərkəz rəhbərliyi ilə görüşüblər, qızımdan isə qısa bir izahat yazmağı tələb ediblər. Köməyə çağırdığı polis araşdırmadan, həmin saatda Mərkəzdə olan Vüsal Həsənovun söyüşlərini eşidən başqa işçilərdən izahat almayıb. Qızıma isə deyib ki, siz Vüsalı təhqir etmisiniz. Məgər polis həmin an Vüsalın kabinetində olmuşdu ki? Əgər qızım Vüsalı təhqir etmişdisə, niyə kömək üçün Polisə müraciət edirdi ki?”.

Mirvari Qəhrəmanlı

Mirvari Qəhrəmanlı yazır ki, bundan sonra qızına qarşı təzyiqlər başlayıb. Belə ki, axşam işdən sonra Mərkəz rəhbərləri və Mərkəzdə səlahiyyətləri bəlli olmayan Vüsal Həsənov qızı ilə bağlı akt tərtib ediblər: “Orada göstəriblər ki, guya Vüsal Həsənov qızımı yox, qızım onu təhqir edib. Akt Nərimanov Rayon Polis İdarəsinə təqdim olunub. Qızım aktla tanış olmayıb. Aktda yazılanlar barədə Mərkəzin rəhbərlərindən olan Azər Piriyev qızıma qısa, şifahi məlumat verib. Sonradan Azər Piriyev ondan təklikdə üzür istəsə də, bu haqda heç kimə məlumat vermədi”.

Hüquq müdafiəçisi deyir ki, mərkəz rəhbərliyi daha bir qeyri-qanuni addım atıb, əsassız olaraq qızını işdən çıxarıb: “Hadisədən bir neçə saat sonra Azər Piriyev qızıma yazdı ki, sabah işə gəlmə. Biz akt tərtib etmişik və bu akta əsasən səni Əmək Məcəlləsinin 70ç maddəsi ilə işdən azad edirik. Bəs qanun, bəs əmək hüquqları? Məgər 37-ci ildir? Baş vermiş hadisə iş yerində əmək hüquqlarının pozulması ilə yanaşı, tərkibində ciddi zorakılıq elementləri ilə müşahidə edilən bir haldır: qadına qarşı zorakılıq, təhdid, pisixoloji təzyiq və s. Nəticədə isə ölkə qanunvericiliyi pozuldu və mənə şiddət göstərən insan cəzasız qaldı. Qızım isə həm təhqir olundu, həm də işsiz qaldı, ölkə qanuvericiliyi pozuldu. Bu gün isə Vüsal Həsənov Post TV-də intervyü verib məni, hazırda xaricdə yaşayan qızım Mətanət Əzizovani cox ağır təhqir edib, Mətanət Əzizovanın ermənilərə xidmət etdiyini, onun axtarışda olduğunu yazıb”.

“Yuxarıda qeyd olunanları nəzərə alıb, ölkə qanunvericiliyinə hörmətsizlik edən, bu qanunları pozan insanların (qurumun) cəzalandırılması və qızımın hüquqlarının qorunmasında yardımçı olmağı Sizdən xahiş edirəm”, – deyə hüquq müdafiəçisi nazirə müraciətində qeyd edir.

Qarşı tərəf isə iddiaları qəbul etmir. Onlar Post TV-yə müsahibələrində Sara Rəhmanovanı günahlandırıblar.
arqument.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bu xəstəxanalara göndərişsiz getmək mümkün olacaq
Next: Mərkəzi Bank “Azər-Türk Bank”a icrası məcburi göstəriş verib

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.