Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır… – Onun adı təsadüfən hədəf kimi seçilməmişdi…
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır… – Onun adı təsadüfən hədəf kimi seçilməmişdi…

admin 23.01.2025
1737619635_muxtarbabayev1-640x403

Azərbaycanda çirkli pulların yuyulması, məmurlar tərəfindən çirkli işlərin görülməsi haqda qulaq çox eşidib, amma ölkənin çirkli ölkələr arasında “yüksək” yer tutduğunu eşitmək bir ayrı faciədir. Axı cəmi iki ay əvvəl bu ölkə COP29 konfransına ev sahibliyi etmişdi, yaşıl enerjidən danışır, təmiz şəhərlər haqda danışırdıq. 
Özü də COP29 tədbirinin prezidenti ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev idi. Taleyin ironiyasına bax ki, Azərbaycanın çirkli ölkələr siyahısına düşməsinə səbəb olan nazir o zaman bu prosesə rəhbərlik edirdi. Heç deyən də olmadı ki, Muxtar Babayev ekologiyanın, təmiz havanın qayğısına nə vaxt qaldı ki, COP29 ona tapşırıldı? İndisə bu tədbirdən iki ay keçir və “Numbeo” qlobal məlumat bazası ən çirkli ölkələrin reytinqini dərc edir.” Çirklənmə indeksi – 2025” (“Pollution Index 2025”) adlı hesabatda Azərbaycan ekoloji baxımdan çirklənmiş ölkələr sırasında yer alıb. Azərbaycan çirklənmə səviyyəsinə görə 113 ölkə arasında 82-ci sırada qərarlaşıb, çirklənmə indeksi isə 72,7-dir. Maşallah, neqativ nə varsa, siyahıların başında getməyə hazırıq. Bu da əlbət ki, məmurların ölkəni necə idarə etməsinin nəticəsidir.
Anaxeber.info bildirir ki, bu hesabatda ön sırada olmaq məhz ETSN rəhbərliyinin fəaliyyətinin “bəhrəsidir”. Çünki ekoloji təmizlikdən nəinki söhbət gedə bilməz, getdikcə bu barədə vəziyyət pisləşir. Nazirlik isə real tədbirlər görmədiyi üçün ilbəil Azərbaycan çirkli ölkələr arasında yer alır. Məsələn, yaşıllıqların məhvi, havasızlığı yaradan tikinti bumu, meşə zolaqlarının azalması, iaşə obyektlərinə ağacların qurban verilməsi, küçə və prospektlərdə təmizliyə riayətin Avropa səviyyəsində olmaması əsas amillərdir.
Reytinq hazırlanarkən, müxtəlif ölkələrin şəhərlərində hava və suyun, həmçinin işıq, səs-küyün çirklənməsi, tullantıların utilizasiyasının keyfiyyəti, yaşıllıq səviyyəsi, hətta həyatın rahatlığı da nəzərə alınır. İndeks “Numbeo”nun keçirdiyi sorğuların nəticələri əsasında tərtib edilir. Məlumatların düzgünlüyünü təmin etmək məqsədilə potensial spamlar filtrləmə ilə müəyyən olunaraq kənarlaşdırılır.
Reytinq siyahısında Belarus 33-cü, Özbəkistan 42-ci, Rusiya 53-cü, Moldova 58-ci, Ukrayna 59-cu, Ermənistan 60-cı, Türkiyə 67-ci, Gürcüstan 72-ci yerdə qərarlaşıb. Region ölkələrindən yalnız Qazaxıstan (86) və İran (91) Azərbaycandan sonra gəlir. Göründüyü kimi, M.Babayevin rəhbərliyi altında ETSN Azərbaycanı dünyaya rüsvay edib. Məlum olur ki, COP29 keçirən ölkə çirkliliyə görə “zirvə”lərdədir və ən dəhşətlisi budur ki, bu regionda çoxlarından geri qalırıq. Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycan Afrika dövlətlərinə yaxınlaşmaqdadır. Görünür, onların bizdəki kimi nazirliyi yoxdur. Hesabatda deyildiyi kimi, əsasən təmizlik, yaşıllıq nəzərə alınıb. Bizdə isə ETSN təkcə Bakını götürsək, paytaxtı keçəlxanaya döndərib. Elə bil şəhərdə daş dövrüdür. Avropa bir yana, Gürcüstan, Özbəkistan, Belarus başdan-başa yaşıllıqlara oksigen balonuna oxşayır. İnsanlar təmiz hava udur. Bizdə isə Şamaxıdan Bakıya qayıdanda səmaya baxırsan, Muxtar Babayevin “əli işi”ni görürsən. Dünyada analoqsuz hadisədir ki, COP29 olan ölkə çirkli ölkələr siyahısında yer alır. Ümumiyyətlə, Bakının çirkli olmasına səbəb məmurların çirkin və rüşvət əməlləridir. Bəlkə də nazirlik onlarla bacarmır. Şəhərin yaşıllıqlarına “divan tutub”, sonra ekoloji təmizlikdən danışırlar. Hələ biz şəhərdə zibil qutularının az olmasını demirik. Küçələrin süpürülməsi də bir ayrı faciədir. Bu işi yaşlı qadınlara etdirirlər. Sanki elektron süpürgələr yoxdur. ETSN bizi bu “qara siyahı”dan çıxarmaq üçün indi nəsə etməlidir. Dünyanı bura yığıb danışmaqla deyil…

Azər Talıbov
Anaxeber.info

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Tanınmış teleaparıcı Zaur Əliyevin rəhbəri olduğu 2 şirkət mükafata layiq görüldü – FOTO/VİDEO
Next: “Tiktok”er xanım 5 il 1 ay müddətinə azadlıqdan məhrum edildi

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.