Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ… – aKOMEDİK ÇAX-ÇUX…
  • CƏMİYYƏT

Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ… – aKOMEDİK ÇAX-ÇUX…

admin 23.01.2025
1737620925_1 (1)
Neçə müddətidir ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasovun həm səhhətindəki problemlər, həm də sosial durumu ictimai müzakirəyə çıxarılsa da, nədənsə bu məsələdən daha çox qayğılanmalı, narahat olmalı olan əlaqədar simalar hansısa tədbirə əl atmağa maraq belə göstərmirlər. Əvəzində öz həyatlarına – əvvəlki YEYİNTİ ab-havasına davam edirlər.

“DİA-AZ” olaraq Azərbaycan Milli Elmlər Akademiyasında Ramiz Mehdiyev ənənələrinin günü bu gün də yaşadığını, müxtəlif bəhanələrlə pulsilmə mahiyyətli tədbirlərə xərclənən astronomik məbləğlərin fonunda AMEA çalışanlarının (təbii ki, bu ifadələr çirkaba bulaşmışlara aid deyil -red.) durumunun daha da gərginləşdiyin xüsusi şəkildə vurğulamışıq və davamlı olaraq bu mövzunu diqqətdə saxlayırıq. Amma faydası nədir?..

Yenə də AMEA-nın qocaman aKOMEDİK heyəti büdcə pullarını istədikləri kimi xırıd edirlər. Elə aşağıda təqdim edəcəyimiz fakt da əslində bu aKOMEDİK ÇAX-ÇUXUN bir nümunəsidir…

Verilən xəbərlərə görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
“DİA-AZ” xəbər verir ki, tender müsabiqəsinin qalibi “Alov-Mühafizə” MMC (VÖEN – 1601045851) olub.
“Alov-Mühafizə” MMC 2025-ci il ərzində (12 ay) Akademiya şəhərciyi və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının mühafizəsini təşkil edəcək. Bu xidmətin qarşılığında AMEA “Alov-Mühafizə” MMC-yə 472 min 497 manat 49 qəpik ödəyəcək.
Qeyd edək ki, Akademiya şəhərciyi və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının mühafizəsinə ümumilkdə 42 nəfər cəlb olunacaq ki, onlardan 36-sı mühafizəçi, digərləri isə rəislər və paturullar olacaq.
Açıqlanan məlumatlardan da göründüyü kimi, hər bir mühafizəçiyə düşəcək orta aylıq məbləğ 937,5 manat olacaq.
Onu da qeyd edək ki, AMEA “Alov-Mühafizə” MMC ilə daha 2 müqavilə imzalayıb. Bunlardan biri Radiasiya Problemləri İnstitutunun, digəri isə Dendrologiya İnstitutunun mühafizəsi ilə bağlıdır.
“Alov-Mühafizə” AMEA Radiasiya Problemləri İnstitutunun mühafizəsini 18 nəfərlə təşkil edəcək və qarşılığında 144 min 7 manat 20 qəpik (bir nəfər 666,7 manat) alacaq. Dendrologiya İnstitutunun mühafizəsiylə üçün isə 7 nəfər cəlb olunacaq və 81 min 504 manat 96 qəpik (bir nəfər 970,3 manat) alınacaq.
AMEA-nın əvvəlki illərdə keçirdiyi analoji tenderlərdə də “Alov-Mühafizə” MMC qalib olub. Ötən il AMEA Dendrologiya İnstitutunun mühafizəsini təşkil etmək üçün “Alov-Mühafizə”yə builkindən az – 49 min 860 manat ödəyib.
Məlumat üçün bildirək ki “Alov-Mühafizə” MMC 21 aprel 2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur.
Mətbuatda yayılan sənədlərdən məlum olur ki, “Alov-Mühafizə” MMC-nin baş idarə rəisi Qasımov Etibar Ağahüseyn oğlu olub. Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda Azərbaycanın tanınmış özəl mühafizə şirkətlərindən “Riyad Mühafizə Xidməti” və “Vətən-N Mühafizə Xidməti” MMC-lərin qanuni təmsilçisi olub.

Yuxarıdakı faktlardan və rəqəmlərdən də aydın olur ki, AMEA-nın aKOMEDİK rəhbərliyi üçün alimin bir mühafizəçi qədərində qiyməti yox imiş…

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini
Next: Yeyinti Sənayesini bitirən Fuad Hacıyevin İdman Akademiyasında macəraları – Video

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.