Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • DÖVLƏT GƏLİRLƏRİ SEKTORU VAHİD QURUMDA BİRLƏŞDİRİLƏ BİLƏR – Dəyişikliklər növbəsi bu sektora da çatdı
  • İQTİSADİYYAT

DÖVLƏT GƏLİRLƏRİ SEKTORU VAHİD QURUMDA BİRLƏŞDİRİLƏ BİLƏR – Dəyişikliklər növbəsi bu sektora da çatdı

admin 12.01.2025
xezine

Maliyyə naziri Samir Şərifovun vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunması hökumətin dövlət gəlirləri və ümumilikdə maliyyə sektoru ilə bağlı yeni planlarının tərkib hissəsi ola bilər.

S.Şərifovun 18 il nazir postu tutması onun fəaliyyətinə etimaddan xəbər verir. Elə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də büdcə gəlirlərindən, ölkənin maliyyə sektorundakı durumdan razılığını bildirərək, ümumi mənzərəni müsbət dəyərləndirmişdi.

Xatırladaq ki, Samir Şərifovla bağlı qərar verilsə də, onun yerinə – maliyyə naziri postuna təyinat olmayıb. Bunun fonunda ehtimal olunur ki, dövlət gəlirləri və ona nəzarət sektorunu əhatə edəcək vahid dövlət qurumu formalaşdırılır. Belədə Maliyyə Nazirliyi də nəzarət funksiyaları ilə birlikdə yeni qurumun tərkib hissəsinə daxil edilə bilər.

Bakunews.az xəbər verir ki, “Gününsəsi.info” saytı hökumətdəki mənbələrə istinadla belə bir qurumun yaradılacağını, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin də ona rəhbər təyin olunacağını yazıb.

Qeyd olunur ki, yeni qurumun tərkibinə Maliyyə Nazirliyi ilə yanaşı Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və s. qurumlar daxil edilə bilər. “Bir sıra ölkələrin təcrübəsində dövlət gəlirləri vahid qurum tərəfindən idarə olunur və görünür, Azərbaycan hökuməti də bu təcrübədən istifadə etmək qərarına gəlib”,- mənbə bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev televiziya kanallarına müsahibəsində son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modelinin tətbiq olunmağa başlandığını deyib. “İdarə heyətləri yaradıldı, idarə heyətlərinin rəhbərləri vəzifəsinə dövlət məmurları təyin edildi və beləliklə, dövlət şirkətlərindəki problemlər tam açılmışdır. Uzun illər dövlət şirkətləri, əfsuslar olsun ki, təkcə təbii inhisarçı deyil, eyni zamanda, zərərlə işləyən şirkətlər idi. Bunun bir çox səbəbləri var”, – dövlət başçısı Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZKON) yaradılmasının səbəbləri, bu təsisatdan gözləntilərlə bağlı sualı cavablandırarkən deyib.

Prezident vurğulayıb ki, AZKON-nun yaradılmasında məqsəd nəqliyyat sektorunu vahid çətir altında bir platforma kimi yaratmaqdır: “Çünki baxmayaraq ki, idarəetmədə dediyim müsbət dəyişikliklər baş verdi, ancaq nəqliyyat qurumları arasındakı koordinasiya zəif idi və nəzərə alsaq ki, bundan sonrakı illərdə bizim həm əsas gəlir mənbəyimiz, həm siyasi çəkimizi gücləndirən amillərdən biri nəqliyyat və bağlantılar olacaq, əlbəttə ki, burada biz tam şəffaf və koordinasiya şəklində işlək mexanizm yaratmalı idik. Bir çox misallar var, məsələn, yükdaşımaları ilə bağlı – Xəzər Gəmiçiliyi üçün bir yükün daşınması daha sərfəlidir, dəmir yolu üçün başqa yükün daşınması. Liman burada nə dərəcədə vasitəçi mexanizm rolunu oynayır? Ona görə məqsəd dövlətin marağına əsasən, hansı yükün daşınması, necə daşınması sərf edirsə, ona da üstünlük verilməlidir”.

Ehtimal etmək olar ki, idarəetmə sahəsində islahatların davamı kimi dövlət büdcəsinin əsas gəlirlərini təmin edən və prosesə nəzarət edən Maliyyə Nazirliyini vahid çətir altında birləşdirmək qərara alınıb. Bu barədə daha əvvəl müstəqil ekspertlər hökumətə dəfələrlə təkliflər veriblər. Xüsusi ilə Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidmətinin birləşdirilməsinin şəffaflığın, idarəetmənin mərkəzləşməsi, səmərəliliyi baxımından əhəmiyyətli addım olacağı qeyd olunurdu. Burada adıçəkilən qurumların tam şəkildə ləğvindən söhbət getmir, onların vahid platforma və idarəçilik sistemində birləşdirilməsi və fəaliyyətinə dövlət nəzarətinin təmin olunması ehtiyacı vurğulanır.

Hökumətin idarəetmə sahəsinə yeni baxışı post-neft dövrünün çağırışları ilə bağlıdır. Neft hasilatının azalması, geosiyasi proseslərin dünya enerji bazarına mənfi təsiri və riskləri artırması Azərbaycan hökumətini önləyici addımlar atmağa vadar edir. İlk növbədə dövlət gəlirləri sektorunda şəffaflığın artırılması, bu sahədə zaman-zaman üzə çıxan ciddi problemlərin aradan qaldırılması vacibdir. Daha sonra qabaqcıl ölkələrin istifadə etdiyi yeni modellərin tətbiqi, mərhələli islahatlar büdcə gəlirlərinin korrupsiyadan xilas edilməsinə və artırılmasına gətirib çıxara bilər.

 

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Novxanı məktəbinin “Kitab Nəşr” müəsissəsi ilə gizli əməkdaşlıq və qanunsuz pul yığımında fəaliyyəti – ŞOK İDDİALAR
Next: Prezident Şəhidlər xiyabanını ziyarət etdi – FOTOLAR

OXŞAR MÖVZULAR

1780485865_screenshot-2026-06-03-152256
  • İQTİSADİYYAT

Bakıda TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçiriləcək

admin 03.06.2026
1780335325_1
  • İQTİSADİYYAT
  • ÖLKƏ

ƏT, YAĞ VƏ ÇÖRƏK BAHALAŞA BİLƏR? – Ekspertdən vacib AÇIQLAMA

admin 02.06.2026
1780373147_1
  • İQTİSADİYYAT
  • ÖLKƏ

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

admin 02.06.2026

XƏBƏR LENTİ

“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ… 1780921576_screenshot-2026-06-08-162533
  • CƏMİYYƏT

“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…

admin 08.06.2026
“Ölkə nə gündədir ki, hər rayonda olmasa da, ən azından regional olaraq çağırışçılar üçün ixtisaslaşmış müayinəni təmin...
DAVAMI Read more about “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…
Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir… media-zakr-mrwpsq
  • ARAŞDIRMA

Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…

admin 08.06.2026
Müşfiq Məmmədlinin vəzifədən getməsinin əsas səbəbi… “AzərGold” QSC-də müşavir vəzifəsində çalışdığı bildirilən Müşfiq Məmmədlinin vəzifəsindən kənarlaşdırıldığı barədə...
DAVAMI Read more about Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…
Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi akif-qurbanov1
  • ARAŞDIRMA

Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi

admin 08.06.2026
Toplum TV işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli...
DAVAMI Read more about Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi
Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı? media-teln-hkzq8j
  • CƏMİYYƏT
  • ÖLKƏ

Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı?

admin 08.06.2026
Xətai rayonu, Telnov küçəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərin faktiki olaraq obyektlər tərəfindən zəbt edildiyi görünür....
DAVAMI Read more about Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı?
Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – İddialar araşdırılmalıdır media-90-uyt2g9
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – İddialar araşdırılmalıdır

admin 08.06.2026
Qaradağ Rayon 20 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında işçilərdən təmir məqsədilə pul toplandığı iddia olunur....
DAVAMI Read more about Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – İddialar araşdırılmalıdır

Bütün yazılar

1780921576_screenshot-2026-06-08-162533
  • CƏMİYYƏT

“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…

admin 08.06.2026
media-zakr-mrwpsq
  • ARAŞDIRMA

Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…

admin 08.06.2026
akif-qurbanov1
  • ARAŞDIRMA

Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi

admin 08.06.2026
media-teln-hkzq8j
  • CƏMİYYƏT
  • ÖLKƏ

Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı?

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.