Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Ədibin Evi”ndə Heydər Əliyevin anım günü münasibətilə Balaxanı neftçiləri ilə görüş olub
  • SİYASƏT

“Ədibin Evi”ndə Heydər Əliyevin anım günü münasibətilə Balaxanı neftçiləri ilə görüş olub

admin 12.12.2024
L0tf5QzzDvShQC0iwdy5vNSfoMukiUUYL7Et6wVg_1200 (1)

“Ədibin Evi”ndə ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Balaxanı neftçilərinin siyasi xadim, alim və tədqiqatçı Həsən Həsənovla görüşü keçirilib.

Soztv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ulu öndərin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə təşkil edilən tədbirdə Heydər Əliyevin neft strategiyası və xüsusilə bu il imzalanmasından 30 il ötən, onun imza əsəri “Əsrin müqaviləsi”nin müstəqil Azərbaycanın inkişaf sütununa çevrilməsi tarixinə nəzər salınıb.

“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva vurğulayıb ki, taleyin hökmü ilə Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasının hər iki dönəmi ölkə üçün dərin böhran zamanlarına təsadüf edib. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçiləndə Azərbaycan bir çox sahələrdə ümumittifaq göstəricilərindən geridə qalırdı: neft-qaz sənayesində ciddi geriləmələr mövcud idi, Xəzərdə kəşf edilən yataqların istismarı texnika və maliyyə imkanları olmadığına görə ləngiyirdi. O bildirib ki, Heydər Əliyevin atdığı ilk addımlardan biri hasilat sahəsində uzun illərdən bəri yığılıb qalmış problemlərə kompleks şəklində səmərəli həll yolları tapmaq, Azərbaycan neftçilərini səlahiyyətləndirmək idi.

“Müstəqillik dövrümüzdə xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər daha dərin böhranla üzləşdi, buna baxmayaraq, az zamanda iqtisadiyyatın dirçəldilməsi üçün yenə də neft-qaz sektoruna əsaslı dəyişikliklər gətirdi. 1994-cü ilin sentyabrında yeddi ölkənin 11 məşhur neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması bu məqsədə xidmət edirdi. Azərbaycanın inkişafında dönüş nöqtəsi olan və ölkəmizi beynəlxalq aləmin enerji təhlükəsizliyi təminatçılarından birinə çevirən bu sənədin imzalanmasından keçən 30 ildə Azərbaycanın neft-qaz sənayesinə 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Məhz neft strategiyası Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən tarixi Zəfərimizə zəmin yaradıb, ölkənin bütün sahələrində uğurları təmin edib”, – Ş.Mehrəliyeva qeyd edib.

Ulu öndərin dövlətçilik məktəbinin yetirməsi olan Həsən Həsənov isə Heydər Əliyevin rəhbərliyi altında tutduğu müxtəlif vəzifələrdə onunla iş prosesindən xatirələrini bölüşüb. Həsən Həsənov hələ sovet dövründə Heydər Əliyevin Azərbaycanda çevik və uğurlu idarəçiliyinin əks-sədasının ümumittifaq miqyasında yayıldığını qeyd edərək, SSRİ-nin müxtəlif guşələrindən gələn yüzlərlə məktubda vətəndaşların Moskvadan məhz belə rəhbərin təyin edilməsi tələbi ilə çıxış etdiklərini bildirib. Bu isə sovet hakimiyyətinin vəzifəli şəxsləri arasında Heydər Əliyevə nüfuz qazandırmaqla bərabər, ona qarşı qısqanclıq da doğururdu. Həsən Həsənov bu günlərdə idarəçilik məktəbində tez-tez istifadə olunan “yaradıcı yanaşma”nın o zaman Heydər Əliyev tərəfindən tam tətbiq edildiyini vurğulayıb:

“O heç zaman sadəcə icraçı olmadı. Öz strateji düşüncəsi, Vətənə sevgi və xidmət missiyası Heydər Əliyevi davamlı olaraq yeniliklər gətirməyə, ölkənin bütün sahələrini dərindən anlayıb, təhlil edib yeni mütərəqqi istiqamətlər açmağa sövq edirdi”.

Balaxanı neftçilərinə müraciətində Həsən Həsənov xatırladıb ki, ulu öndər Heydər Əliyevin vaxtilə böyük uzaqgörənliklə işlədiyi və bu gün Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi neft strategiyası Azərbaycanın gələcək nəsillərinə hələ çox nailiyyətlər qazandıracaq. Bunun üçün hasilat sahəsində çalışanlar Heydər Əliyevin neft strategiyası irsinin məsuliyyəti və etimadını doğrultmaqda davam etməlidirlər.

 

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Hakan Fidan və İbrahim Kalın Suriyada səfərdədir
Next: Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

OXŞAR MÖVZULAR

1784102225_screenshot-2026-07-15-114105
  • GÜNDƏM
  • SİYASƏT

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

admin 15.07.2026
ilham_aliyev_erdogan_150723
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Ərdoğana Türkiyədə “Demokratiya və Milli Birlik Günü” münasibətilə məktub ünvanlayıb

admin 15.07.2026
1784024584_screenshot-2026-07-14-142048
  • SİYASƏT

İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib

admin 14.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.