Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bakının Kubinka deyilən yerində sakinlərlə sahibkarların münaqişəsi lap gərginləşib.
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bakının Kubinka deyilən yerində sakinlərlə sahibkarların münaqişəsi lap gərginləşib.

admin 12.12.2024
1733974902_1
Buna səbəb iş adamlarının sakinlərə yuxarıdan aşağı baxmasıdır. Şəhərin ən bahalı sahələrindən birində göydələn tikib satırlar. 3-4 mənzilin yerində böyük bir yaşayış evi inşa olunur.
Bütün xərcləri çıxsaq, xalis külli miqdarda qazanc götürürlər. Ancaq göz doymur ki doymur.
İnsanların illərlə yaşadıqları dədə-baba yurdlarının yerindı iş görürlər, onu da insafla etmək istəmirlər.
Camaat narahatdır ki bu soyuqda küçələrə düşüb dərdlərinə çarə axtarırlar. Düz- əməlli kömək edən də yoxdur. Bizə də Kubinkadan şiikayət daxil oldu.
Çəkiliş qrupumuzla ora baş çəkdim. Ünvan: Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, dalan 1. Kubinkanın bu hissəsi də eyni problemlərlə üzləşib.
Deyirlər bu ərazini İmişlidən deputat olmuş Əsabil Qasımov ələ keçirib. Ona məxsus ” Vialon” MMC heç kimə məhəl qoymadan sözün əsl mənasında adamların evlərini başlarına uçurdurlar.
Tikinti firması sənəddə Əsabil müəllimin qardaşı Vüqar Qasımovun adındadır. Vüqar Qasımov arxalı qardaşına arxalanaraq başının dəstəsi ilə camaatın haqqına girir, sakinlərlə pis rəftar edir.
Azərbaycan Respublikasının qanunlarını bir kənara atıb Əsabil qardaşının qanunları ilə iş görür. İnsanların evi sökülür. Adama qalmağa müvəqqəti yer, yaxud evinin dəyəri və ya gələcəkdə mənzillə təminatı barədə dəqiq bir söz deyilmir.
Əvvəl bu məsələləri həll edib sonra söküntü etmək lazımdı. Yoxsa sosial məsələləri yoluna qoymamış evlərin qazını, işığını, suyunu kəsirlər.
İcra orqanları, kommunal xidmət nəzarətçilərinin də səsi çıxmır. Ayrı vaxtı dilləri boğazlarına sığmır. Mən belə mübahisələrdə tamamilə sakinlərin haqlı olduqlarını demirəm.
Nahaqq danışıb yaşadığı evi dəyərindən çox qiymətləndirilməyini istəyənlər, kvadraturanı çox göstərənlər də olur.
Belə istisna hallar da olur. Amma bu əsas vermir ki Əsabil Qasımov kasıb insanlara yuxarıdan aşağı baxsın… Bir neçə ay əvvəl Kislovodska müalicəyə getmişdim. Orada bir azərbaycanlı iş adamının istirahət mərkəzinin açıldığını dedilər. Açılışda hətta erməni iş adamlarının da iştirak etdiyini bildirdilər.
Həmin azərbaycanlı iş adamı Əsabil Qasımov idi. Onun telefon nömrəsini tapıb zəng vurdum, danışdıq. Dedi ki, mən tədbirlərə jurnalistləri dəvət etmirəm.
Kubinkada binalar tikən “Vialon” MMC-nin əməllərindən də sual verdim. Təbii ki özünə haqq qazandırmağa çalışdı. Sakinlərə “siçovullu evlərdə siçovul kimi yaşayan adamlar” deyəndən sonra isə bu harın məxluqla söhbəti uzatmağın mənasız olduğunu anladım.
Sima Babayeva
TEREF


Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Nazir: Saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılır
Next: Azərbaycanlı iş qadını ortağı tərəfindən aldadıldı, aidiyyati qurumlar şikayətini təmin etmədi – ŞİKAYƏT

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.