Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycan vətəndaşı necə Ermənistan prezidenti oldu – ŞOK detallar və Paşinyanın ağ YALANI
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Azərbaycan vətəndaşı necə Ermənistan prezidenti oldu – ŞOK detallar və Paşinyanın ağ YALANI

admin 11.12.2024
1733921905_1
Ermənistan baş naziri Nikol Paşinyan kor tutduğunu buraxmadığı kimi (korlardan üzr üstəyik) buraxmır. Yenə ərz edib ki, bəs Ermənistan Konstitusiyası “gül kimi”dir və orda heç bir ölkəyə, o cümlədən Azərbaycana qarşı ərazi iddiası yoxdur.

Onun özünü təmizə çıxarmaq üçün gətirdiyi “arqument” əsas isə belədir. Sitat: “Ermənistan Konstitusiya məhkəməsi 26 sentyabr qərarında qeyd edib ki, konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız bəyannamənin konstitusiyanın maddələrində təsbit olunmuş müddəalarına aiddir”.

Əlbəttə ki, gözünün içinə kimi yalan deyir. Yalançının isə yaddaşı olmaz. Bu məqamda “daşdan keçən” bircə faktla kifayətlənəcəyik. Dünən xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda “Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfransda da bu barədə danışıb.

Söhbət nədən gedir? Ondan ki, 1998-ci ildə Xocalı hərbi canisi Robert Köçəryan Ermənistan prezidenti “seçiləndə” Azərbaycan vətəndaşı olub. Amma prezident seçilmək üçün Ermənistan vətəndaşlığı daşımalı, üstəlik, azı 10 il orada yaşamalı idi. Bu cəllad, körpə qatili isə şərtlərin heç birinə uyğun gəlmirdi.

Məhz o zaman Ermənistan Konstitusiya Məhkəməsi keçmiş Dağlıq Qarabağı Ermənistan ərazisi sayan Müstəqilik Aktını və konstitusiyanı (preambula) əsas götürərək, Köçəryanın Qarabağda yaşadığı illəri Ermənistanda yaşayıbmış kimi şərh edərək (!), onu seçkiyə buraxmışdı. Beləcə, Azərbaycan vətəndaşı Ermənistan prezidenti olmuşdu…

Yəni Paşinyanın məntqincə Köçəryan 10 il (1998-2008) ölkənin qeyri-qanuni prezident kimi “fırladıb”. O zaman “qanlı-bıçaq” olduğu Robikin prezidentliyini niyə qeyri-legitim elan etmir, əgər doğrudan da hesab edir ki, konstitusiyada Azərbaycana qarşı ərazi iddiası yoxdur və Qarabağ Azərbaycandır?

Axı kim zəmanət verə bilər ki, sabah hakimiyyətə qatı revanşistlər gələndən sonra Ermənistanın Konstitusiya Məhkəməsi yenə Müstəqilik Aktına və konstitusiyaya istinad edərək, 26 sentyabr qərarına zidd qərar verməyəcək?

Heç kim. Elə ona görə Azərbaycan Paşinyanla, onun hakimiyyəti ilə yox, Ermənistan və onun xalqı ilə sülh müqaviləsi bağlamaq istəyir. Elə bir sənəd ki, məsələn, Qars Müqaviləsi kimi bütün zamanlar və iqtidarlar üçün qüvvədə qalsın…

Ola bilsin, Nikol Paşinyan acı gerçəyi deməyə qorxur. Çünki bilir ki, ölkə konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmaq məsələsinə qarşı cəmiyyətdə ciddi müqavimət var. “Gellup”uin keçirdiyi rəy sorğuları da təsdiqləyir ki, əhalinin mütləq əksəriyyəti konstitusiya dəyişikliyinin əleyhinədir. Bu da o anlama gəlir ki, haylar Azərbaycan və Türkiyə ilə barışıq istəmir, blokadada qalmağı, rəzil gündə yaşamağı üstün tuturlar.

Özləri bilər. Bu bizim problem deyil ki. Can onların, cəhənnəm Tanrının. Ancaq o halda gərək iqtidarlı-müxalifətli “Azərbaycan və Türkiyə niyə bizim ordu quruculuğumuza, silah-sursat almağımıza pis baxır”, yaxud “Bakı nədən ATƏT-in Minsk Qrupunun rəsmi ləğvini tələb edir”, “Paşinyan Qarabağı Azərbaycan sayırsa Türkiyə nə üçün sərhədləri açmır” kimi axmaq suallar verməsinlər.

Pis baxırıq, baxacağıq, o yana da keçəcəyik. Ona görə ki, şübhələnmək haqqımız var. Ermənistanın hansı məqsədlə sürətlə silahlandığının, sülh müqaviləsindən neçə ildir nə səbəbə yayındığının fərqindəyik. İrəvanın revanşist planlarından yaxşı xəbərdarıq…

Ən mühümü, erməni toplumu, onun aparıcı ictimai-siyasi kəsimi 35 ildə başlarına gələnlərdən, 44 +1 günlük müharibədən nə yazıq ki, dərs götürməyib. Xocalı soyqırımına, Azərbaycan xalqına qarşı törətdikləri digər vəhşiliklərə və hərbi cinayətlərə, vandallıqlara görə tükləri belə, hələ də tərpənmir. Peşmançılıq, tövbə, üzrxahlıq-filan gözə dəymir.

Demək ki, bunlarla sülh içində, dinc-yanaşı yaşamaq, adam dilində danışmaq bir müddət də çətin, hətta mümkünsüz olacaq.

Odur ki, sayıqlığımızı itirtməməli, çomağı yerə qoymamalı, barıtımızı daim quru saxlamalıyıq…

Zahid SƏFƏROĞLU – musavat.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Elçibəyin Bakıdakı evi qarət edildi – Foto
Next: Messi Bakıda Qarabağ atlarını izlədi – Video – Fotolar

OXŞAR MÖVZULAR

1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
1784879475_screenshot-2026-07-24-114926
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

admin 24.07.2026

XƏBƏR LENTİ

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində fərdi yaşayış evində yanğın baş verməsi...
DAVAMI Read more about Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO
“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub 1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
Pakistanın Tank şəhərində (Xayber-Paxtunxva əyaləti) törədilmiş terror aktı nəticəsində 15 nəfər həlak olub, onlardan 14-ü təhlükəsizlik qüvvələrinin...
DAVAMI Read more about “Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
İran Küveyt və Bəhreyni vurdu 1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
İran ABŞ ordusunun Küveyt və Bəhreyndəki infrastrukturuna zərbələr endirib.  Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)...
DAVAMI Read more about İran Küveyt və Bəhreyni vurdu
“Azza”dan alınan məhsul xarab çıxdı – Video 1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
“Azza” şirniyyat evinin filiallarından birində vaxtı keçməmiş, lakin xarab olduğu iddia edilən məhsulun satıldığı bildirilir. Bu barədə...
DAVAMI Read more about “Azza”dan alınan məhsul xarab çıxdı – Video
Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO 1784894487_bandicam-2026-07-24-15-33-41-699
  • CƏMİYYƏT

Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

admin 24.07.2026
Dövlətin vətəndaşlara pulsuz, şəffaf və rahat tibbi xidmət vəd etdiyi İcbari Tibbi Sığorta sisteminin arxasında qanunsuz bir...
DAVAMI Read more about Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

Bütün yazılar

whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.