Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Universal” Hospitalın həkimi Azər Kərimovdan ŞİKAYƏT… – “Məni kor etdi”
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

“Universal” Hospitalın həkimi Azər Kərimovdan ŞİKAYƏT… – “Məni kor etdi”

admin 11.12.2024
1733896266_1
Salyan rayon sakini Gülşən Adışirinova göz həkimi Azər Kərimovun həyata keçirdiyi əməliyyatdan sonra görmə qabiliyyətini itirdiyini iddia edir. Şikayətçi bildirir ki, əməliyyatdan öncə həkimin onun problemini həll edəcəyinə dair təminat verdiyini desə də, əməliyyat nəticəsində onun vəziyyəti daha da pisləşib.

Məsələ ilə bağlı “Ajans.az”a müraciət edən zərərçəkmişin oğlu İsmayıl Adışirinov hadisənin detalları haqqında geniş açıqlama verib. O, bildirib ki, anasının bir gözü 7 il əvvəl görmə qabiliyyətini itirmişdi:

“ARB kanalında Azər Kərimovu izlədikdən sonra ona müraciət etdik. Həkim anamın sol gözündə katarakta olduğunu və əməliyyatın uğurlu keçəcəyini təmin etdi. Analizlərdən sonra əməliyyata qərar verildi. İlk əməliyyatdan sonra anamın gözündə güclü ağrılar başladı. Həkim bu ağrıları müvəqqəti hesab edərək analgin və dimedrol kimi dərmanlarla müalicəni tövsiyə etdi. Lakin vəziyyət daha da pisləşdi, göz təzyiqinin oynadığı bildirildi və anam ikinci dəfə əməliyyat olundu”.

İsmayıl Adışirinovun sözlərinə görə, həkim anasını onların xəbəri olmadan ona narkoz verilərək yenidən əməliyyata salıb və gözünə linza yerləşdirib: ” Halbuki, xəstənin narkoz alması onun sağlamlığı üçün ciddi risk təşkil edirdi. Sonradan başqa həkimlər tərəfindən aparılan müayinələr zamanı məlum olub ki, əməliyyat zamanı Gülşən Adışirinovanın gözünün buynuz qişası zədələnib və onun görmə qabiliyyətini bərpa etmək üçün donor göz qişasına ehtiyac var”.

Adışirinov ailəsi iddia edir ki, Azər Kərimov əvvəlcə “Məlhəm” və “Kəpəz” hospitalında çalışıb. Onların sözlərinə görə, ana Gülşən Adışirinovanın gözü sonuncu olaraq “Kəpəz” hospitalında keçirilən əməliyyat nəticəsində görmə qabiliyyətini tam itirib. Həkim hazırda “Universal” hospitalında işləyir. “Universal” hospitalın baş həkimi isə Aytən Sultanovadır.

İsmayıl Adışirinov anasının gözünün zədələnməsinə görə məsuliyyəti Azər Kərimovun daşıdığını hesab edir. Onlar, həmçinin, digər pasiyentləri bu cür hadisələrin təkrarlanmaması üçün diqqətli olmağa çağırır.

Qeyd edək ki, qarşı tərəfin mövqeyini öyrənmək üçün Azər Kərimovla əlaqə saxlamağa çalışdıq. Onun meneceri bizə bildirdi ki, bütün məsələlər Azər Kərimovun xeyrinə həll olub.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Təmiz Qaz” QSC-nin 700 işçisi İXTİSARA SALINIR – ailə başçısı ailələrinin aclıqla üzləşəcəkləri anons etdi
Next: Əli Həsənov BUNA GÖRƏ HƏDƏFƏ ÇEVRİLİB… – Mehdiyev üçün də havalar xoş olmaya bilər…

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.