Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Zəhər Mamed” camaatın gününü ZƏHƏRƏ DÖNDƏRİB… – NARAZILIQ VAR…
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Zəhər Mamed” camaatın gününü ZƏHƏRƏ DÖNDƏRİB… – NARAZILIQ VAR…

admin 10.12.2024
1733833228_memmed-memmedov

2018-ci ilin iyunun 7-dən vəzifədə olan Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonu rəsmən işğal edib.

Bu barədə Axar.az-a adının çəkilməsini istəməyən rayon sakinləri danışıb.

Onların sözlərinə görə, əvvəllər biznesmen olan Məmməd Məmmədov kənd təsərrüfatında istifadə edilən gübrələrin, dərman preparatlarının satışını həyata keçirən şirkətin rəhbəri olub. Elə ona görə də el arasında “Zəhər Mamed” adını alıb.

Məmmədov icra başçısı kimi fəaliyyətə başlayan gündən rəhbərlik etdiyi və nəzarətində olan şirkətlər vasitəsilə Tovuzun min hektarlarla əkinə yararlı torpaqlarını ələ keçirib.

“Tovuzun ən böyük su rezervuarı olan və yaxın illərdə istifadəyə verilən Yuxarı Öysüzlü və Qazıqulu kəndlərinin ərazisində yerləşən dəryaçadan 2 1000 diametrlik boru qeyri-qanuni şəkildə Məmməd Məmmədovun əkin sahələrini suvarmaq üçün ayrılıb. Son illərdə içməli su qıtlığından əziyyət çəkən rayonların siyahısına Tovuz da daxil olub. Bütün yayı Tovuz əhalisi su qıtlığından əziyyət çəksə də, başçısının əkin sahələri susuz qalmır. Çünki rayonun su mənbələri başçının tarlalarına axıdılır”, – sakinlər vurğulayıb.

Qeyd edilir ki, Azərbaycanın ən böyük və ən potensiallı rayonlarından biri olmasına baxmayaraq, Tovuz bu gün problemləri ilə dolu olan rayonlardan birinə çevrilib:

“Məmməd Məmmədov vəzifədə olduğu 6 il yarım ərzində rayon üçün heç bir iş görməyib. Rayonda işsizlik baş alıb gedir, küçələr bərbaddır. İcra Hakimiyyətinə müraciət etməyin də mənası yoxdur, edilən müraciətlər demək olar, cavabsız qalır. Üz üz tutacağımız ünvan yoxdur.

Rayonda sahibkarlıqla məşğul olmaq da müşkülə çevrilib. Əkinlə məşğul olan, fermer təsərrüfatı yaratmaq, biznes qurmaq istəyənlər mütləq başçının qılıncının altından keçməlidilər. Orta və böyük sahibkarlar qazandıqları puldan başçıya ənam verirlər. Olmasa, heç kim nə taxıl əkə, nə üzüm bağı sala, nə da başqa iş görə bilər”.

Sakinlər bildirib ki, Tovuzun turizm üçün ən əlverişli obyektləri də M.Məmmədov və adamları tərəfindən rəsmən işğal olunub. Əksər turizm obyektləri Məmmədov və adamlarına məxsusdur:

“Misal üçün, rayonun Kirən kəndində sovet dövründə fəaliyyət göstərmiş yay pioner düşərgəsi də icra başçısının şəxsi obyektinə çevrilib. Məmmədov düşərgəni ələ keçirərək, şəxsi əmlakı kimi istifadə edir”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Vasif Məhərrəmli kişilikdən DANIŞDI: “Etiraf edirəm ki, yolumu azdım”
Next: Azərbaycanın ən bivec qurumu ADSEA Prezidentin projesini batırır… -Zaur Mikayılov ölkəni Zimbabve, Mozambik səviyyəsinə endirib

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.