Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Baş redaktor AYNA-nı məhkəməyə verəcək… – BUNA GÖRƏ…
  • CƏMİYYƏT

Baş redaktor AYNA-nı məhkəməyə verəcək… – BUNA GÖRƏ…

admin 10.12.2024
1733811806_1
“Təzadlar” qəzetinin baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü, jurnalist Asif Mərzili Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) məhkəməyə verməyə hazırlaşır…

Bu barədə jurnalist Asif Mərzili “KontrastTV”yə özü məlumat verib.
Bəs məhkəmə iddiasına səbəb nədir? Asif Mərzili əməkdaşımıza bunları dedi: “…Məsələ belədir: redaksiyanın ehtiyacları üçün idarə etdiyim “Mersedes- Benz” markalı avtomobilimi hər il texniki baxışdan keçirərək dövlət büdcəsinə 90 manat pul ödəyirəm. Üstəlik, illik icbari sığortaya görə də dövlət büdcəsinə əlavə 80 manat vergi ödəməli oluram…. (Mən hələ məcburi qayda pozuntularına görə (paytaxtdakı tıxaclardan can qurtarmaq üçün bəzən alternativ yol axtararkən məcburən tək və ya qoşa xətti kəsərək dönmə əməliyyatı edir, yaxud eyni səbəbdən məcburən avtobus yoluna keçmə səbəbindən və s.) dövlət büdcəsinə hər ay ən azı 40-80 manat cərimə formasında edilən ödəməni demirəm). Lakin uzun müddətdir ki, şəxsi avtomobilimdən paytaxtdakı tıxaclar səbəbindən istifadə edə bilmirəm. Bütün bunlara səbəb isə odur ki, AYNA paytaxtın mövcud yollarını genişləndirmədən, biz sürücülərin hüquqlarını tapdayaraq yolları süni surətdə daraldıb süni tıxaclar yaratmışdır. Məsələn, Xocalı və nəqliyyatın axınlı olduğu digər əsas yolların bir zolağını parklamaya, bir zolağını avtobusa, bu da bəs deyilmiş kimi, bir zolağını da velosipedə ayıraraq biz sürücülərin onsuz da tıxacla yüklü yolunu 3 dəfə daraltmışdır. Nəticədə Bakıda yollar görünməmiş halda tıxacla dolub- daşır, sürücü və sərnişinlər müntəzəm olaraq gün ərzində saatlarla tıxacda qalır. Bu isə normadan 3-5 dəfə artıq yanacaq sərfiyyatına gətirib çıxarır. Üstəlik, yol polisinin iş fəaliyyətini daha da gərginləşdirmiş olur… Ən vacibi, Bakının ekologiyası görün bu səbəbdən nə hala düşməkdədir!!! Bu COP29 kimi bəşəri bir niyyətli tədbirə ev sahibliyi etmiş Bakımıza mənəvi zərbədir! Əgər mən əvvəllər yaşadığım ərazidən iş yerim olan “Azərbaycan” nəşriyyatına 9 dəqiqəyə gedirdimsə və 10 manatlıq yanacaq təxminən 1 həftəyə bəs edirdisə, indi həmin yolu 35-40 dəqiqəyə qət etməklə, 10 manatlıq yanacaq 1,5 günə güclə çatır. Beləliklə, AYNA- nın paytaxt yollarını əsassız olaraq daraltması nəticəsində həm hər gün iş saatlarımı itirir, üstəlik, məcburən tıxaclarda külli miqdarda yanacaq yandırmaqla ay ərzində böyük miqdarda maddi ziyana düşürəm. Bu isə mənim jurnalist, vətəndaş və sürücü olaraq ildə texniki baxışına və icbari sığortasına görə dövlət büdcəsinə xeyli miqdarda vəsait ödədiyim şəxsi avtomobilimdən istifadə imkanlarımı əlimdən alır. Ona görə də artıq xeyli müddətdir həmin avtomobilimdən istifadə edə bilmirəm…”.

Asif Mərzili bildirdi ki, bununla bağlı iddia ərzisəni tezliklə məhkəməyə təqdim edəcək. Baş redaktor iddia ərizəsində məhkəmədən AYNA-nın üzərinə süni tıxaclara səbəb olan yolları daraltmaqla sürücülərin nəqliyyat vasitələrindən qanuni istifadə hüququnu məhdudlaşdıran maneələrini dərhal aradan qaldırma öhdəliyini qoymağı xahiş edib.

“Təzadlar”

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Tanınmış hakim təqaüdə göndərildi – Xaçatryana hökm çıxaranlardan biri idi
Next: İqbal Məmmədovun şirkəti daha bir tender qanandı – 1,3 milyon vergi borcu var

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.