Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Sədərək rayon Təhsil Şöbəsində ŞIDIRĞI ALVER GEDİR… – “…dərs saatlarını əlindən alıb, başqalarına satırlar”
  • CƏMİYYƏT

Sədərək rayon Təhsil Şöbəsində ŞIDIRĞI ALVER GEDİR… – “…dərs saatlarını əlindən alıb, başqalarına satırlar”

admin 10.12.2024
1733821393_395335646_122114022908077241_4166547807487250302_n

Sədərk rayon Təhsil Şöbəsində dərs saatlarının müəllimlərə pulla satıldığı bildirilir. Bu haqda “Gündəlik Naxçıvan”a rayonda fəaliyyət göstərən bir qrup müəllim məlumat verib. Müəllimlər bildirirlər ki, normal dərs saatı almaq üçün onlardan tələb olunur ki, aldıqları maaşın bir hissəsini şöbə rəhbərinə çatdırsınlar. Bununla razılaşmayan müəllimlərin dərs saatları əlillərindən alınır.
Dərs saatı əlindən alınanlardan biri də rayonun 1 saylı məktəbində 30 ildən artıqdır çalışan ibtidai sinif müəllimi Şəhla Əliyevadır. O deyir ki, şöbə müdiri 3 ildir ki, ona normal dərs saatı vermir, bu il isə olan-qalan saatın yarısını əlindən alıb:
“Sirac Qarayev iş başına gələndən, mənə işləməyə imkan vermir. Hər il dərs saatımı kəsə-kəsə gedir. Bu il də 15 saatımı kəsib. Niyə kəsdiyi, kəsdiyi saatları hansı şərtlər altında kimlərə verdiyi haqda danışmaq istəmirəm, bunu rayonda hamı bilir. Mən son sertifikasiya imtahanından 51 balla keçmişəm, Siniflərimin şagirdləri illərdir ki, ən yüksək nəticələr göstəriblər. Mənim dərs saatımı kəsmək üçün heç bir əsasları yoxdur. Tək qadınam, övladımı oxuduram. Kəsilən maaşımla necə dolanım bundan sonra? Hər il əlavə olaraq 4 saat dərnək dərsi verir, onu da köhnə cədvəllə hesablayır. Prezidentin qərarı var ki, sertifikasiyadan yüksək balla keçənlərin dərnək saatları yüksək cədvəllə hesablanmalıdır. Bunlar dövlət başçısını da saymırlar. Direktora deyirəm, deyir ki, mənlik deyil, şöbədən belə tapşırıblar. Hara şikayət edirəm, xeyri yoxdur. Müdir heç kimi saymır”.
Adının çəkilməsini istəməyən digər müəllim isə, iş saatı kəsilməsin deyə, maaşının bir hissəsini şöbə rəhbərinə verməyə razılaşıb:
“35 saat dərsim var idi. Çağırıb dedilər ki, ya 6 saatın maaşını hər ay bizə verəcəksən, ya da dərs saatını 20-yə endirəcəyik. Məcbur olub, razılaşdım. Razılaşmayanların dərs saatlarını əlindən alıb, başqalarına satırlar. Bilirəm ki, düz iş görmürəm, ancaq, ailəmi dolandırmaq üçün başqa yolum yoxdur”.
Sədərək rayon Təhsil Şöbəsindən müəllimlərin ittihamlarına cavab vermək istəmədilər.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Aidiyyəti qurumlar niyə susurlar? — “20 Yanvar” yeraltı keçidi ilə bağlı müəmmalı vəziyyəti İTV işıqlandırdı VİDEO
Next: Tanınmış hakim təqaüdə göndərildi – Xaçatryana hökm çıxaranlardan biri idi

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.