Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Elşən Salahovun BAŞI CƏNCƏLDƏ… – İTTİHAM VAR…
  • CƏMİYYƏT
  • ÖLKƏ

Elşən Salahovun BAŞI CƏNCƏLDƏ… – İTTİHAM VAR…

admin 10.12.2024
1733809579_resize

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov həbsin bir addımlığındadır. Bu barədə redaksiyamızı etibarlı mənbə məlumatlandırıb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, buna səbəb Xəzər rayonunun ən böyük qəsəbəsi sayılan Binədə son 4-5 ildə həyata keçirilən çoxsaylı qanunsuz tikililərdir. Hamısı müxtəlif məmurlara, iş adamlarına məxsus olan qanunsuz villalar o qədər genişlənib ki, artıq strateji obyekt olan hava limanı ərazisinə qədər “gəlib çıxıb”. İcra başçısının öz tamahı ucbatından dövlətin strateji obyekti üçün təhlükə yaratması, ali hakimiyyətin qəzəbinə səbəb olub. Məhz bundan sonra Xəzər rayonunda təftiş kompaniyasına start verilib. Aparılan ilkin araşdırmalar nəticəsində hava limanına yaxın ərazilərdə 60-a yaxın qanunsuz villa aşkar eidlib. Məlum olub ki, bu villaların heç birinin tikintisi üçn rəsmi icazəsi olmayıb və bunların hamısı Elşən Salahovun “xeyir-duası” ilə inşa edilib.

Bununla yanaşı Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun yaxın qohumları ciddi narazılıqlara səbəb olan addımlar atır. Bu barədə cumhuriyyet.az-a daxil olan məlumatda iddia olunur ki, Elşən Salahovun Arif adlı yaxın qohumu və onun Yaşar adlı dostu rayon ərazisindəki inşaat işlərinə bu və ya digər formada müdaxilə edir. Xəzər Rayon İcra Hakimiyyətində heç bir vəzifə tutmayan adıçəkilən şəxslər onların razılığı olmadan inşaat işlərinin aparılmasını qadağan edib. Rayondan daxil olan məlumatda bildirilir ki, Arif və Yaşar adlı şəxslər onlarla razılaşmayan vətəndaşlara tikinti aparmağa imkan vermir. Bundan başqa, onlar qeyri-qanuni tikintilərə də rəvac verir. Bildirilir ki, onların qanunsuz hərəkətləri barədə yerli icra hakimiyyətinə müraciətlər edilsə də, heç bir nəticəsi olmayıb.
Məlumatda həmçinin qeyd edilir ki, Elşən Salahov Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçmiş rəisi Mehman Hüseynovun Natiq adlı qardaşı oğlunu da tikinti işləri ilə bağlı “əməliyyatlara” cəlb edib. Bir neçə il əvvəl Elşən Salahov Xəzər Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatla gündəmə gəlmişdi. Həmin vaxt əməliyyat zamanı qurumun təsərrüfat şöbəsinin müdiri Tural Zeynalov saxlanıılmışdı. Onun cinayət başında yaxalandığı barədə məlumatlar yayılsa da, sonradan 200 manat cərimə müqabilində azadlığa buraxılmışdı. Mediada gedən məlumatlarda iddia edilirdi ki, Tural Zeynalovun azadlığa çıxmasında Elşən Salahovun böyük rolu olub. Bu, Tural Zeynalovun qanunsuz əməllərində Elşən Salahovun da məsulyyət payının olması ilə əsaslandırılırdı

Hazırda Xəzər rayonu və Binə qəsəbəsində qanunsuz tikililərl bağlı yoxlama prosesinin ikinci dalğasına start verilib. Aparılan yoxlama proses nəticəsində daha yüzlərlə qanunsuz tyikilinin üzə çıxacağı şübhəsizdir. Mənbənin məlumatına görə, Elşən Salahov baş verənlərədn sonra hakimiyyətin yuxarı eşalonunda yer tutan bəzi məmurlardan kömək istəsə də, hələ ki, heç kim ona açıq dəstək verməyə cəsarət etmir.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Ağadadaş Ağayevin qaldırdığı mülki iddia məhkəmə baxışına verilib
Next: Təhsil hara, icra hakimiyyəti hara ? – Goranboy təhsilində nələr baş verir ? // VİDEO

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.