Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ekspertdən bankların ünvanına CİDDİ İTTİHAMLAR – Görünəni odur ki…
  • İQTİSADİYYAT

Ekspertdən bankların ünvanına CİDDİ İTTİHAMLAR – Görünəni odur ki…

admin 03.12.2024
1733204013_1
“Bank sektorunda yaranmış problemlərə daha fundamental və dərin yanaşmaq lazımdır. Nəinki bankların sayı və struktur məsələlərinə, regional və xarici ölkələrlə birgə bankların açılması məsələsinə də. Əgər xarici banklar real sektora, istehsala yönəlik investisiyalara xidmət etməyəcəklərsə, onların ölkəyə gəlişi ilə investisiya artımına nail olmayacağıqsa, gəlməsələr, daha yaxşıdır. Bizə lazımdır ki, real sektora investisiyalar artsın. Bank sektorunun, sisteminin tək missiyası pulu yaratmaq və investisiyaları istiqamətləndirməkdir. Bank sisteminin fəlsəfəsi də, mahiyyəti də budur”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov bildirib.
O hesab edir ki, bank sistemi iqtisadiyyatdan, real sektordan təcrid olunmamlı, özü-özünə mənfəət yaratmaqla funksiyasını məhdudlaşdırmamalıdır:
“Bu çox prinsipial bir məsələdir. Əgər ölkəyə xarici bank gəlirsə, bu məsələləri prioritet kimi götürmürsə, onda onun gəlməyinin heç bir xeyri yoxdur. Bu məsələlərin prioritet götürülməsi üçün müvafiq qaydada aidiyyatı qurumlar, ilk növbədə Mərkəzi Bank effektiv sistem təşkil etməlidirlər. Nəticədə banklar real sektora istiqamətlənə, kreditlərini investisiya yönümlü edə bilərlər. Banklar bu gün nə dərəcədə ölkədəki investisiya resurslarında iştirak edirlər? Ölkənin investisiya tutumunda Bankların xüsusi çəkisi çox cüzidir. Belə olan halda istər yerli, istər xarici banklar olsun, biz onlardan müsbət nəticələr görməyəcəyik. Bəli, rəqabət mühiti üçün hansısa xarici bank ölkəyə gətirilə bilər. Amma milli iqtisadiyyatımızın maraqları çərçivəsində. Maraqlarımız isə onu diqtə edir ki, bank sektoru investisiyalara xidmət etməlidir. Bank sektorunun yaxşı işləməsini onun dövlətin iqtisadi maraqlarına nə dərəcədə cavab verməsi ilə ölçmək lazımdır”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bizi dünyada qürurlandıran öncül cərrahlarımızı tanıyaq
Next: “Onlar özləri çəkiliş aparır, heç bir söz deməyə imkan vermirlər…” – NARAZILIQ VAR…

OXŞAR MÖVZULAR

1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
media-InShot_20260716_100244406-kcrhit
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti artdı

admin 16.07.2026
1784094654_screenshot-2026-07-15-094843
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

admin 15.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.