Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ağadadaş Ağayev məhkəmədə: Azərbaycanın Xalq artisti kimi bunu özümə yaraşdırmıram
  • ARAŞDIRMA
  • GÜNDƏM

Ağadadaş Ağayev məhkəmədə: Azərbaycanın Xalq artisti kimi bunu özümə yaraşdırmıram

admin 03.12.2024
1733225853.1731583366.b4231341-90f5-450f-bd97-670573bae335

 Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ağadadaş Ağayev ifadə verib.

O bildirib ki, hadisədən əvvəl həmin klinkada əməliyyat olunub:

“Qulağımdan əməliyyat olundum. Qəza keçirəndə telefonum da qırılmışdı. Ağrıkəsicilər vururdular. Sonradan ağrılarım çoxaldı, qulağımda qanaxma olurdu. Mən evin terrasına çıxdım, xəstəxana yolun əks istiqamətində idi. Yuxarıdan mühafizəçiyə müraciət etdim ki, xəstəxanaya desinlər, mənə kömək eləsinlər. Bu şəxsə dedim ki, əməliyyat edən şəxslərdən kimisə çağırsın, mənə yardım göstərilsin.

Bunun mənə cavabı pis oldu. Dedi ki, sən kiməsə əmr eləməyə öyrənmisən, qudurmasan-falan… Mən anında reaksiya vermədim, bir az səbrimi basdın. Bu, mənim pisimə gəldi. Gözünü yumub, ağzını açdı. Artıq elə söz dedi ki, aşağı düşməli oldum. Gördüm ki, bu mənim qapımın ağzındadır. Bunu uzaqlaşdırdılar. Xəstəxananın qarşısından keçdi yolun o biri tərəfinə. Bir də eşitdim ki, səsi gəlir. Məni təhrik elədi ki, çıx bayıra.

Bu ikinci dəfə gələndə hiss elədim ki, əlində nəsə alət var. Mən də ehtiyat üçün rəngli baltanı götürdüm. Onu balta ilə vurmaq niyyətim olmayıb, əgər olsaydı, qapımın ağzında vurardım. O məni elə həddə çatdırdı ki, bu hadisə baş verdi. Buna dedim uzaqlaş, getmədi, ona görə baltanı atdım. Məni bu hadisəyə təhrik elədi, dedi kişisənsə, çölə çıx. Anesteziyanın təsirindəydim, əlbəyaxa olacağımıza inanmırdım.

Sonradan dalaşmağa başladıq. Dəmir parçasını götürüb, birinci zərbəni mənə vurdu. Amma yıxılmadım. Gördüm ki, “dubinka” ilə yaramın üstündən vurdular. Orada daha iki nəfər var idiI, guya bizi aralayırdılar. Mən “dubinka”nın zərbəsindən yıxıldım. Yıxılandan sonra da məni vurmağa başladılar. Necə insandırlar ki, yıxılanı belə vururdular. Adamın gərək insaniyyəti olsun. Belələrindən insan olmaz. Nəhayət bizi aralaşdırdılar. Xəsarətlər alıb evimə gəldim”.

A.Ağayev bildirib ki, bu hadisə ona qarşı düşünülmüş bir addımdır:

“Hadisədən sonra düşüdüm ki, bu mənə qarşı əvvəldən hazırlanmış məsələdir. Mən heç xəsarət alan qadını görməmişəm. Heç baltanın ona dəydini bilməmişəm. Baltanı atanda əsəbdən insanlıqdan çıxmışdım. Mən Nurəddini vurmaq istəsəydim, qapımın ağzında onu vurardım. Kamera görüntülərinə baxsaz görərsiniz ki, o məsafədən balta ilə kimisə vurmaq olmaz. Dalaşdandan sonra bir nəfər mənə köməklik edib, evə qədər gətirdi. Mənə qarşı çox haqsızlıq olub. Mən özümə bu hadisəni törədərəm. Azərbaycanın xalq artisti kimi bunu özümə yaraşdırmıram”

Qeyd edək ki, Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Qarabağdan köçkün: “Öz torpağımı özümə satırsan?”
Next: Beyləqanda ƏYRİ-ÜYRÜ İŞLƏR… – İLGİNC…

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.