Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Alimlər `ƏLƏKDƏN KEÇİRİLİR`: İllər öncə elmi ad alanları nə gözləyir? – “Bizim dərdimizi Emin Əmrullayev anlamaz”
  • CƏMİYYƏT

Alimlər `ƏLƏKDƏN KEÇİRİLİR`: İllər öncə elmi ad alanları nə gözləyir? – “Bizim dərdimizi Emin Əmrullayev anlamaz”

admin 02.12.2024
1733133269_1733121539_0001

Bu günlərdə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev elmi işlərin maliyyələşdirilməsi ilə bağlı maraqlı açıqlama ilə çıxış edib.
“Hər oxuyan Molla Pənah olmaz”
“Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik”, deyə nazir çıxışında bildirib.
Emin Əmrullayev deyib ki, ayrılan elmi xərclərin əsas hissəsi əməkhaqlarının ödənişidir.
“Biz ödənişi elmi nəticələrə bağlamalıyıq. Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik. Elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir. Biz elmi nəticəsi olan 100-ə qədər alimə əlavə ödənişlər etməyə başlamışıq. Burada elmi adlara yox, ölçülə bilən elmi fəaliyyətə görə ödəniş olunsun. İslahatların əsası budur ki, pul adlara görə verilməyəcək, elmi fəaliyyət əsas götürüləcək”, deyə nazir vurğulayıb.
Bəs görəsən, elmi ad alan alimləri gələcəkdə nə gözləyir?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin elmi katibi, Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri Sputnik Azərbaycan-a elmin maliyyələşməsində tətbiq edilən yeni yanaşmanı şərh edib.
S.Xavəri deyib ki, hazırda tətbiq edilən elmi fəaliyyət sahəsində maliyyələşmə iki səviyyəyə bölünür. Bunlardan biri baza, digəri isə ünvanlı maliyyələşmə sistemidir. S. Xavərinin sözlərinə görə, dünyanın müxtəlif ölkələrində bu maliyyələşmə metodlarının hər ikisi tətbiq edilir. Onun sözlərinə görə, ünvanlı maliyyələşmə qrant layihələr əsasında aparılır.
“Sovet təhsil sistemində elmdə əsasən baza maliyyələşmə mexanizmi olub. Amma dünyada həm baza, həm də ünvanlı maliyyələşmə mexanizmi tətbiq edilir. Hazırda elmdə baza maliyyələşməsindən ünvanlı maliyyələşməyə keçidə başlanılıb. Düşünürəm ki, ünvanlı maliyyələşmə mexanizmi doğru yanaşmadır”, – deyə müsahibimiz bildirib.

AMEA səlahiyyətlisi bununla belə bildirib ki, amma elmdə tamamilə baza maliyyələşməsindən imtina etmək də olmaz. Çünki baza maliyyə elmin inkişafı üçün mühüm rol oynayan elmi mühitin mövcudluğunu, yəni elmi konteksti qoruyub saxlayır. Ünvanlı maliyyələşmə isə bu mühitdə yeni elmi ideyaların yaramnmasına təkan verir: “Biz elmdə baza maliyyələşmə mexanizmini saxlamaqla ünvanlı maliyyələşməni inkişaf etdirməliyik. Bu halda elmdə baza və ünvanlı maliyyələşmə stimullaşmaya səbəb ola bilər”.
“Əlavələrin kəsilməsi radikal addım olar”
O ki, qaldı elmi dərəcələrə görə alimlərə əlavələrin verilməməsinə, AMEA-nın Elm və təhsil şöbəsinin müdiri bunu düzgün hesab etmir. Onun qənaətinə görə, elmi dərəcələrə görə əlavələr hazırda qüvvədə olan elm və təhsil sahəsindəki fəaliyyəti tənzimləyən normativ hüqqi bazaya əsaslanır.
“Elmi dərəcələrə görə alimlərə əlavələrin verilməsinin ləğvi, radikal addım olardı. Daha doğru yanaşma odur ki, elmi dərəcələşmə ilə real elmi fəaliyyət və elmi nəticəliliyin bir-birinə düz mütənasibliyi təmin edilsin. Bu istiqamətdə isə elm və təhsil sahəsində dövlət siyasətinə məsul qurumlar- Elm və Təhsil Nazirliyi, AMEA və Ali Attestasiya Komissiyası qarşılıqlı əməkdaşlıq şəraitində tədbirlər həyata keçirilməkdədir”, deyə Sərxan Xavəri əlavə edib.
Elmdə differensial yanaşma olmalıdırmı?
“Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a bildirib ki, elmi ad alan şəxslər elmi tədqiqat və ali təhsil müəssisəsində çalışdıqda ona elmi dərəcələrə görə əlavələr verilir. Onun sözlərinə görə, əgər fəaliyyəti sırf elmi tədqiqatla bağlı deyilsə, bu zaman həmin şəxs elmi dərəcəyə görə ödənilən vəsaiti almır. İ. Orucov deyir ki, əmək haqqına münasibətdə differensial yanaşmaya gəlincə, elmi tədqiqatla məşğul olanlara münasibətdə differensial yanaşma yoxdur: ” Dünyada elm humanitar və elmlərə ayrılır. Xaricdə elm dedikdə daha çox həyat və texniki elmlər nəzərdə tutulur. Bəzi ölkələrdə humanitar və fundamental elmlər sahəsində çalışanların əmək haqqı fərqli olur. Fundamental elmlər sahəsində çalışanların əmək haqqı daha yüksək olur”.

Müsahibimiz bildirir ki, elmdə differensial yanaşma olmalıdır, amma bunun bir yolu tapılmalıdır. İ. Orucov qeyd edib ki, artıq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyində olan elmi müəssisələrdə çalışan və elmi göstəriciləri daha yüksək olan bir sıra tədqiqatçıya müvafiq olaraq hər ay 1000 manatadək vəsaitin ödənilməsinə başlayıb. Mükafatlandırma Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən hazırlanmış “Elmi iş müəlliflərinin müəllif balının hesablanması metodologiyası” əsasında pilot qaydada elmi tədqiqat institutları tərəfindən tətbiq edilir.
“Bu yaxşıdır, amma mən bunu da ideal hesab etmirəm. Bu fəaliyyətinə görə insan əməyinin qiymətləndirilməsidir. Ona görə ideal deyil ki, Azərbaycan mühitində xaricdə indeksli jurnallarda məqalələrin çapı ilə bağlı da xeyli sui-istifadə halları var. Mən adam tanıyıram ki, yüksək indeksli jurnallarda ayda iki məqaləsi çıxır, amma onların heç birindən xəbəri yoxdur. Xarici müəlliflərlə, elmi tədqiqatçılarla münasibətləri olduğundan, o məqalələrə öz adlarını da yazdırırlar. Həmin məqalələrə nəzər salsaq görərik ki, o tədqiqatları aparmaq üçün Azərbaycanda nə avadanlıq, nədəki laborator şərait yoxdur. Belə hallar kifayət qədərdir. Reytinqli nəşrlərdə çap olunmaq üçün bəzi adamlar sui-istifadə hallara yol verir. Xüsusilə qrup halında tədqiqatlara azərbaycanlı alimləri də daxil edirlər ki, həmin tədqiqatlarda azərbaycanlı alimlərin rolunu müəyyənləşdirmək çətindir. Bununla mübarizə aparmaq da çətindir. Qiymətləndirənlər bunu müəyyən edə bilmirlər ki, o araşdırmada azərbaycanlı müəllifin nə qədər rolu var. Bu artıq elmi etika məsələsidir ki, bizdə bununla bağlı problemlər mövcuddur”, – deyə İlqar Orucov bildirib.
Bununla belə İ.Orucov deyir ki, əmək haqqına yanaşmada diferensiallaşma mütləq olmalıdır. O, hesab edir ki, indiki halda nazirliyin yanaşması doğrudur, amma bunu təkmilləşdirməyə ehtiyac var.
“Bizim dərdimizi Emin Əmrullayev anlamaz”
Dosent Zaur Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nazirin elmə, alimlərə yönəlik fikirləri ilə razı deyil.
“Cənab nazir qeyd edir ki, elmi dərəcələrə görə pul artırmağın mənası yoxdur. Bəs yaxşı bu lazım deyilsə, onda niyə universitetlərdə elmi dərəcəsi olmayanların müəllim işləməsinə icazə verilmir? Yaxud alimlərdən məcburi xarici reytinqli jurnallarda məqaləsinin çıxması tələb olunur? Yaxud elmi iş müdafiə edəndən sonra Ali Attestasiya Komissiyası ağır şərtlər irəli sürür ki, bunların hamısı xərc tələb edir. Alimə elmi dərəcəsinə görə əlavə verilmirsə, alim bu xərcləri necə qarşılasın? Emin Əmrullayev deyir ki, alimə ödəniş olmaz, əlavə olmaz, yüksək maaş olmaz. Onda birdəfəlik deyin ki, ölkəyə elm və alim də lazım deyil. Alimin elmi dərəcə almasının necə ağır şərtlərlə başa gəldiyini elm və təhsil naziri anlamaz. Çünki, o özü alim deyil, elmi iş yazmayıb və elmdən xəbəri yoxdur! Elmin və alimin dərdini alim anlaya bilər, menecer nazir yox!”, deyə dosent bildirib.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Formula-1”: Qətər Qran-prisinin qalibi bəlli oldu
Next: Gürcüstanın Baş naziri müxalifətlə danışıqların mümkünlüyünü istisna edib

OXŞAR MÖVZULAR

1780638995_17551125641751480099inshot_20250702_221153178_1_1780602953
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazirlikdən multimilyonluq laboratoriya tenderi – TƏFƏRRÜAT

admin 05.06.2026
media-rr-47xtz0
  • CƏMİYYƏT

“Royal Fish” mağazasından narazılıq

admin 05.06.2026
1780647755_1
  • CƏMİYYƏT

Nazirin vəzifə payladığı şəxslər haqda ŞOK faktlar – milyonlar dost-tanışa gedir…

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.