Skip to content
25.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?
  • GÜNDƏM

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

admin 29.11.2024
1732780171_1
Son günlər mediada parlamentə öz namizədliyini irəli sürənlər müzakirə edilir. Parlamentdə olduğu müddətdə “susmaq qızıldır”- ifadəsini əlində bayraq edərək danışmayanlar yenidən önə keçiblər. Əslində parlament sözünün mənası danışmaq deməkdir. Elə millət vəkili də xalqın sözünü öz üzərinə götürüb parlamentdə danışan adama deyirlər. Ərəb dilindən götürülmüş “vəkil” sözü “başqasının işini görmək üçün tapşırıq almaq” anlamına gəlir. Latıncadan “advakatus” sözü isə “yardıma çağırıram” mənasını verir. Yəni istənilən halda millət vəkili adını daşımağa layiq olan şəxs, həmin secicilərinin sözünü parlamentdə deməlidir. Amma elə millət vəkillərimiz olub ki, parlamentdə olduqları müddətdə bir dəfə də olsun danışmayıblar. Belə susmağı qızıl hesab edənlərdən biri də sabiq deputat Xanlar Fətiyev olub. Sabiq deputat parlamentdə olduğu dövrdə bir dəfə də olsun danışmayıb. Əgər danışsaydı onun videogörüntüsünü ekranlarda görə bilərdik. Uzun müddət susqun qalan sabiq deputat bu illərdə öz gününə ağlamağı bacarıb. Yəni fərasət işlədərək özünə böyük biznes qurmağı bacarıb. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olan Xanlar Fətiyev, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, İntizam komissiyasının üzvü olub. Amma bu saydıqlarımız sadəcə bir görüntü olub. Xanlar Fətiyev Azərbaycan-Avstraliya və Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belarus, Bolqarıstan, Çexiya, Çin, İraq, Koreya, Makedoniya, Moldova, Sloveniya, Tailand parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub. Ağıllı olan Fətiyev məhz işçi qrupunun üzvü olduğu ölkələrdə biznes qurmağı bacarıb. Sabiq deputat öz biznesini genişləndirməklə həmin dövrdə külli miqdarda vəsaiti ölkədən kənara çıxarmağı bacarıb. Fərasətli olan sabiq deputat müxtəlif ölkələri əhatə edən biznes şəbəkəsi qurub. Hələ bir neçə il öncə mühacirətdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli Xanlar Fətiyevin Avropanın bir sıra ölkələrində qurduğu şirkətlər barəsində sənədləri açıqlayıb.

Hələ o zaman Cavanşir Həsənli Xanlar Fətiyevin biznesi ilə əlaqədar hazırladığı və özünün “Facebook” profilində yerləşdirdiyi materiallara nəzər salaq:

“Parlamentin mandatını daşıyan oliqarx, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev Almaniyada böyük işlər görməkdədir. Adamı zatən ora təyin ediblər ki, Almaniyada ölkəmizlə bağlı iş aparsın, ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini versin. O da əlindən gələni edir. Berlində, Ştutqartda şirkətlər açıb, nə az-nə çox 3 milyon avrodan artıq yatırım edb. Şəkillərini paylaşdığım AZ seriyalı 100 minlik avtomobillərə təkcə Berlində və Ştuttqartda deyil, Münxendə, Hamburqda, Frankfurtda, Drezdendə (aeroport terminalı) rast gələ bilərsiniz.

Bunlar kolleksiya filan deyil, Gəncə Avtomobil Zavodunun rəhbərinə məxsus avtomobillərin icarəsi ilə məşğul olan AZNUR GMBH şirkətinə məxsusdur.

Şirkət 2010-cu il iyunun 15-də Charlottenburg (Berlin) ədliyyəsində nizamnamə kapitalı 25 min avro olmaqla HRB 127288 B saylı şəhadətnamə ilə qeydiyyatdan keçib. Müxtəlif vaxtlarda Sona Osmanova, Murad Süleymanov, Fəxri Həsənov tərəfindən idarə olunub. Berlinin AUGSBURGER STR. 31 ünvanında fəaliyyət göstərən şirkətin hazırki direktoru Elvira Şahbazovadır. Elvira Şahbazova bir müddət həm də Berlində Fətiyevə məxsus, 2006-cı ilin fevralından fəaliyyət göstərən, dövriyyəsi 1 milyon avrodan yuxarı olan BRASIL GASTRO GMBH adlı şirkəti və eyni adlı restoranı idarə edib.

Xanlar Fətiyev bir müddət adıçəkilən restoranı tanıdığını və orada olduğunu etiraf etsə də, “Brasil Brasileiro”nun ona məxsus olduğunu təkzib etmişdi:

“Berlində, Kudamda yerləşir. Çox gözəl restorandır. İstəyərdim, mənim olsun, ancaq o restoran mənim deyil və mənə heç bir aiddiyəti yoxdur”.

Deputatın Almaniyadakı daha bir şirkəti 2010-cu ilin oktyabr ayında Ştuttqart şəhərində AZNUR STUTTGART GMBH adı ilə 25 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. 2016-cı ilin aprelin 20-də şirkət yenidən Charlottenburg (Berlin) ədliyyəsində HRB 176094 B saylı lisenziya ilə qeydiyyatdan keçirilib və AZNUR TRAVEL GMBH adı ilə Berlində Fətiyevin avtomobillərinin kirayəsi ilə məşğul olan AZNUR GMBH-nin ofisində, AUGSBURGER STR. 31 ünvanında fəaliyyət göstərməyə başlayıb, yeni nizamnaməyə uyğun olaraq turizm xidmətləri göstərir. 2011-ci ili 100 min avro zərərlə başa vuran bu şirkətini hazırda Berlində yaşayan Sona Osmanova idarə edir.

Almaniyanın Lübeck şəhərində, Pinassenweg 26-da isə AZNUR GMBH tərəfindən taksi parkı açılıb.

AZNUR adı altında Fətiyevin Gəncə Avtomobil Zavodundan şaxələnən biznesi Maltaya, İspaniyaya qədər uzanıb. İspaniyanln Ciudad aeroportunda da AZNUR-un kirayə avtomobilləri xidmət göstərir.

Keçək, Belarusiyaya…

Bu ölkədə Fətiyevin iki şirkəti var. Minskdə Xanlar Fətiyevə məxsus AZNUR ZTAA (Замежнае таварыства з абмежаванай адказнасцю “АЗНУР””) şirkəti də avtomobillərin icarəsi ilə məşğuldur. 2010-cu ilin sentyabrın 15-dən fəaliyyətdə olan şirkətin (qeydiyyat nömrəsi: 191431445) ofisi Belarusiya paytaxtının Sovetskaya 2/2 ünvanında yerləşir. Şirkətin bu ünvandakı avtoparkından başqa, Minskin Kirovsk küçəsi 13 ünvanındakı “Crowne Plaza” otelində də xidmət parkı var. Şirkət sürücüsüz və ya sürücülü olmaqla ümumilkdə icarəyə 32 avtomobil təqdim edir. (http://aznur.by/services/…)

Deputatın Belarusiya paytaxtındakı taksi xidməti ilə məşğul olan digər şirkəti AZNUR TAKSİ (Прыватнае ўнітарнае прадпрыемства па аказаннi паслуг “АЗНУР Таксі”) 2015-ci ilin sentyabrın 14-dən fəaliyyətə başlayıb, lakin ötən ilin martında bağlanması üçün rəsmi müraciət olunub.

Moskva və Kiyevdə də şirkətin avtomobillərin icarəsi xidməti göstərən filialları var.

Azərbaycanda AZNUR MMC ilə bağlı isə yazmağa lüzum yoxdur, zatən Binə aeroportundan tutmuş ölkənin bir sıra şəhərlərində Fətiyevin avtoparkları hər kəsə bəllidir.

Amma oliqarx deputat heç də təkcə avtomobil icarəsi, taksi xidməti və turizm sahəsində imperiya qurmayıb. Bakı şəhərində Nərimanov prospekti 205 ünvanındakı “Belaruski” supermarketi də deputata məxsusdur.

Buna qədər Xanlar Fətiyev Tiflisdə eyni ad altında 4 supermarketdən ibarət marketlər şəbəkəsi qurub.

1. Tbilisi, 10 I. Abashidze St.

2. Tbilisi, 34 Ts. Dadiani St, B. 5

3. Tbilisi, 4/2 Gulia Sq.

4. Tbilisi, Gldani, II M/D, 1 Pore Mosulishvili St.

Marketlər Fətiyevin Gürcüstandakı AZNURGEORGIA şirkəti tərəfindən idarə olunur.

AZNUR GEORGİA LLC 2016-cı il mayın 23-də Gürcüstanın Ədliyyə nazirliyində 404513941 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirilib. Qeydiyyat ünvanı Georgia, Tbilisi, Vake-Saburtalo, M.Kostava N 63/68 olaraq qeyd olunub. Şirkətin rəsmi təsisçisi Fətiyevin Azərbaycandakı AZNUR MMC (2002-ci ildən fəaliyyətdədir) şirkətidir.

Azərbaycandakı AZNUR TRADE MMC supermarketlər şəbəkəsi üçün təkcə ötən ilin yanvarında Belarusiyanın Poltava ət kombinatına (Тов Полтавський Мясокомбінат) 19950 kq ət məhsulları sifariş edib.

Bu da hamısı deyil, Fətiyev çox uzaq ölkələrin birində xüsusilə “məşhurdur”. Əməlli-başlı skandal yaradıb.

Bu barədə başqa bir vaxt…”

Göründüyü kimi “susmaq qızıldır” deyib danışmayan Fətiyev cəmi bir neçə il ərzində Avropanı fəth etməyi bacarıb. Bu gün yenidən parlamentə düşmək eşqinə düşən və bunun üçün himayədarlarından dəstək alan Fətiyev görəsən indi hansı qitəni fəth etmək eşqinə düşüb.

Artıq çoxlarına məlumdur ki, Fətiyev kimlərinsə razılığını almaqla işin yarısını həll edə bilib. Qaldı namizədliyi hakim partiya tərəfindən irəli sürüldüyü 98 saylı Bərdə – Tərtər seçki dairəsinin seçicilərinin insafına…

İndi 98 saylı Bərdə – Tərtər seçki dairəsinin seçicilərinin ona səs verəcəyi heç də inandırıcı görünmür.

Vətəninfo.az
https://tribunainfo.az/xanlar-fetiyev-haqqinda-sensasion-faktlar-sabiq-deputat-kulli-miqdarda-vesaiti-olkeden-nece-cixarib/

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Putin: “KTMT İrəvan üçün Qarabağda döyüşməli deyildi”
Next: NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?

OXŞAR MÖVZULAR

1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
1784879475_screenshot-2026-07-24-114926
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

admin 24.07.2026

XƏBƏR LENTİ

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində fərdi yaşayış evində yanğın baş verməsi...
DAVAMI Read more about Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO
“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub 1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
Pakistanın Tank şəhərində (Xayber-Paxtunxva əyaləti) törədilmiş terror aktı nəticəsində 15 nəfər həlak olub, onlardan 14-ü təhlükəsizlik qüvvələrinin...
DAVAMI Read more about “Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
İran Küveyt və Bəhreyni vurdu 1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
İran ABŞ ordusunun Küveyt və Bəhreyndəki infrastrukturuna zərbələr endirib.  Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)...
DAVAMI Read more about İran Küveyt və Bəhreyni vurdu
“Azza”dan alınan məhsul xarab çıxdı – Video 1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
“Azza” şirniyyat evinin filiallarından birində vaxtı keçməmiş, lakin xarab olduğu iddia edilən məhsulun satıldığı bildirilir. Bu barədə...
DAVAMI Read more about “Azza”dan alınan məhsul xarab çıxdı – Video
Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO 1784894487_bandicam-2026-07-24-15-33-41-699
  • CƏMİYYƏT

Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

admin 24.07.2026
Dövlətin vətəndaşlara pulsuz, şəffaf və rahat tibbi xidmət vəd etdiyi İcbari Tibbi Sığorta sisteminin arxasında qanunsuz bir...
DAVAMI Read more about Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

Bütün yazılar

whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.