Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  •  Şikayətçi də, problemin “həlli” də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
  • GÜNDƏM
  • ÖLKƏ

 Şikayətçi də, problemin “həlli” də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?

admin 28.11.2024
1732710621_1
Nəhayət uzun fasilədən sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikanın bölgələrində vətəndaş qəbuluna başlayıb. Əvvəla tənqiddən nəticə çıxardığına görə səlahiyyətli nümayəndəyə təşəkkür edirik.

TNS-də bu ilin yanvar ayında “İki fotonun və iki məmurun fərqi, yaxud Naxçıvanın fərqlənmək “xəstəliyi” adlı tənqidi yazı dərc olunub. Yazıda Fuad Nəcəflinin və Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin Naxçıvanda keçirdiyi vətəndaş qəbullarının fərqi təhlil edilib. Həmin məqləni buradan oxuya bilərsiniz.

Bu tənqidi məqalədən sonra Fuad Nəcəfli vətəndaş qəbulu keçirməyib. 10 ay sonra cənab Nəcəfli muxtar respublikanın şəhər və rayonlarında vətəndaş qəbulları keçirməyə başlayıb. Bu qəbullarda artıq səlahiyyətli nümayəndə fərqlənmək istəyini göstərmir. Fotolardan görünür ki, qəbullar Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin vətəndaş qəbulları kimi keçirilir.

Ancaq səlahiyyətli nümayəndənin keçirdiyi qəbullar muxtar respublika sakinlərinin ürəyincə deyil. Sosial şəbəkələrdə yayılan məlumatlardan aydın olur ki, Fuad Nəcəfli ilə görüşə əvvəlcədən müəyyənləşdirilmiş və ciddi problemlər qaldırmayan şəxslər dəvət edilirlər. Bu şəxslərə isə tapşırılır ki, kiçik məişət problemlərindən danışsınlar.

Məsələn, Şahbuz rayon sakini Asəf Babayev sosial şəbəkədə yazıb ki, görüşdən həmin gün xəbər tutsa da, içəri buraxılmayıb: “Dedilər ki, əvvəlcədən yazılmaq lazım idi. Əvvəlcədən də heç kimə xəbər etməyiblər. Görüşdən iki gün qabaq yerli media yazıb ki, onları da heç kim oxumur. Qəsdən belə ediblər ki, şikayətçilər xəbər tutmasınlar. Mənim həm rayon, həm də muxtar respublika rəhbərliyindən çoxlu şikayətlərim var. Ən böyük problem işsizlikdir. Üç övladım var, heç biri işləmir. Aldığım təqaüdlə güc-bəla ilə keçinirik. Görüşə gedib, onları səlahiyyətli nümayəndənin nəzərinə çatdırmaq istəyirdim. Lakin mənə xəbərdarlıq edildi ki, şikayətimə görə başım ağrıya bilər”.

Göründüyü kimi, bu ilin əvvəlindən fəqrli olaraq, Fuad Nəcəfli geniş vətəndaş qəbulu keçirə bilmir. Bunun da ciddi səbəbləri var. Yeni komanda Naxçıvandakı problemləri həll edə bilməyib. Son 2 ilə yaxın müddət ərzində Naxçıvanda 60 mindən çox iş yeri bağlanıb, tikinti sektoru iflic vəziyyətinə salınıb, dövlətin Naxçıvanın inkişafı üçün ayırdığı milyonlarla manat vəsait istifadə olunmadığından geri qaytarılıb. Fuad Nəcəflinin vətəndaşlara verəcək cavabı yoxdur. Ona görə də qəbullara ciddi problemlər qaldırmayan seçilmiş insanlar buraxılır.

Bunu əldə etdiyimiz sənədlər sübuta yetirir. Səlahiyyətli nümayəndəlikdən muxtar respublikanın şəhər və rayon icra hakimiyyətlərinə təlimat göndərilib. Həmin təlimatda qeyd olunur ki, qəbula düşmək istəyən vətəndaşlar müraciətin məzmununu bildirməlidir. Yəni, vətəndaş nədən və kimdən şikayətçi olduğunu əvvəlcədən deməlidir. Tutaq ki, Kərgərli rayon sakini icra başçısından şikayətçidir. Vətəndaş başçıdan şikayətçi olduğunu bildirərsə, onu səlahiyyətli nümayəndənin qəbuluna buraxarlarmı? Əlbəttə ki, yox. Daha yüksək vəzifəli şəxslər ona görə qəbullar keçirir ki, vətəndaşlar yerlərdəki məmurlardan onlara şikayət edə bilsin. Maraqlı cəhər həm də odur ki, icra hakimiyyətlərinə göndərilən təlimatda müraciətin məzmunu ilə yanaşı problemin “həlli yolları”nın da yazılması tələb olunub. Deməli, şikayətçi də, müraciətin məzmunu da, problemin “həlli yolları” da əvvəlcədən hazırlanır. Belə vətəndaş qəbulu olar? Ancaq başqa çıxış yolları da yoxdur. Ötən dövrdə iş görməyiblər axı. İndi vətəndaşın qarşısına necə çıxsınlar?

Fuad Nəcəflinin vətəndaşlarla görüşlərində diqqət çəkən başqa bir məqam isə qəbullarda iştirak edən məmurlardır. Son günlər keçirlən qəbullardan yayılan fotolarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Apratının rəhbəri Ülvi Hüseynlini görürük. Ülvi Hüseynli Fuad Nəcəfliyə heç bir aidiyyəti olmayan bir orqanın rəhbər vəzifəli şəxsidir. Sual olunur – o, səlahiyyətli nümayəndənin qəbullarında niyə iştirak edir? Prezident Administrasiyasının yüksək vəzifəli şəxslərinin vətəndaş qəbulu zamanı Milli Məclisin Aparat rəhbəri iştirak edir? Əlbəttə ki, bu, mümkün deyil və absurddur. Deyək ki, Ülvi Hüseynlinin belə görüşlərə qatılmağa həvəsi var, Fuad Nəcəfli də ona şərait yaradır. Bəs, Ülvi Hüseynlinin faktiki rəhbəri, Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov niyə susur? Bəxtiyar Məmmədov bununla sübut edir ki, o, heç kimdir, kiminsə drijor çubuğu ilə hərəkət edən şəxsdir. Və bu, həm də onu sübut edir ki, Bəxtiyar Məmmədovun Azərbaycanın və Naxçıvanın konstitusiyalarından xəbəri yoxdur. Adam hansı vəzifəyə seçildiyinin fərqində deyil. Və nəhayət, bütün bunlar onu göstərir ki, Naxçıvanda hüquq adına heç nə qalmayıb. Muxtar respublika rəhbərliyi heç bir qanun, qayda tanımır. Naxçıvanda dərəbəylik hökm sürür. Fuad Nəcəfli demək istəyir ki, “Burda mənəm, Bağdadda kor xəlifə”. Fikrimizcə, muxtar respublikanın bəzi rəhbər vəzifəli şəxslərini idarəçilik kursuna cəlb etmək, onlara dövlətçilik anlayışını öyrətmək lazımdır.

Ülvi Hüseynlinin səlahiyyətlərinə aid olmayan məsələlərlə məşğul olması ilə bağlı dəfələrlə yazılıb, bu, bir neçə dəfə gündəmə gətirilib. Naxçıvan ictimaiyyəti də belə idarəçilik formasından narazıdır. Bir daha xatırladırıq, ictimai rəyə tüpürmək sonra kimlərəsə baha başa gələcək. Vasif Talıbov nümunəsi ortadadır. Bizdən demək.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır
Next: “Dərhal iş yerləri bərpa olunmalıdır” — Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən DANIŞDI

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.