Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycanda ən yaşlı və ən gənc rektorlar – SİYAHI
  • İQTİSADİYYAT

Azərbaycanda ən yaşlı və ən gənc rektorlar – SİYAHI

admin 28.11.2024
1732778860_unilerjpg-1732770563

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin Sərəncamı ilə Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib.
Bakıvaxtı.az xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.
Qeyd edək ki, 70 yaşı noyabrın 9-da tamam olan Siyavuş Kərimi bu musiqi ocağına 23 il rəhbərlik edib.
Bəs Azərbaycanın digər universitetlərinin rektorları neçə ildir bu vəzifəni icra edirlər?
Bakıvaxtı.az siyahını təqdim edir:
59 yaşlı Elçin Babayev 2019-ci il martın 11-də Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilib. 2024-cü il martın 27-də növbəti 5 il müddətinə həmin universitetin rektoru təyin olunub.
62 yaşlı Ədalət Muradov Azərbaycan Respublikası Prezidentinin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilib. O, 10 ildir müvafiq vəzifəni icra edir.
71 yaşlı Gülçöhrə Məmmədova isə 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilib. Həmçinin, o, 2000–2005-ci il tarixində Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı olub. 25 ildir rektor olaraq çalışır.
Gəray Gəraybəyli 11 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin edilib. 57 yaşlı Gəraybəyli 8 ildir universitet rektorudur.
Anar Nağıyev 24.06.2021-ci ildən Bakı Slavyan Universitetinin rektoru səlahiyyətlərini müvəqqəti icra edib. 18 fevral 2022-ci ildə Prezident İlham Əliyev Anar Rüstəm oğlu Nağıyevin Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. 3 ildir rektordur.
64 yaşlı Vilayət Vəliyev 2019-cu ildə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib. 29 iyul 2024-cü ildə yenidən həmin universitetinin rektoru təyin edilib. 5 ildir ATU-ya rəhbərlik edir.
83 yaşlı Hafiz Paşayev Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının (ADA) rektoru təyin edilib. 18 ildir rektordur.
Vazeh Əskərov 2023-cü il iyul ayının 13-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin əmri ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin strateji məsələlər üzrə prorektoru və nazirin digər əmri ilə ADNSU-nun rektoru vəzifəsinin icrasına başlayıb. 46 yaşlı V.Əskərov 1 ildir rektor olaraq fəaliyyət göstərir.
81 yaşlı Urxan Ələkbərov Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rektor təyin edilib. 13 ildir bu vəzifəni icra edir.
Kamal Abdullayev 2017-ci ildən Azərbaycan Dillər Universitetinin rektorudur. 7 ildir ADU-nun rektoru vəzifəsində çalışan Kamal Abdullayevin 74 yaşı var.
60 yaşlı Ceyran Məmmədova 30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. 6 ildir rektordur.
62 yaşlı Fuad Hacıyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 dekabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilib. Fuad Hacıyev 9 ildir Akademiyanın rektorudur.
İlham Mədətov Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilib. 71 yaşlı Mədətov 7 ildir rektordur.
64 yaşlı Cəfər Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsinə təyin olunub. 8 ildir bu vəzifəni icra edir.
51 yaşlı Elmar Qasımov 10 aprel, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakı Ali Neft Məktəbinin rektoru təyin edilib. 12 ildir Bakı Ali Neft Məktəbinin rektorudur.
Yaqub Piriyev Prezident İlham Əliyevin 13 sentyabr 2023-cü il tarixli sərəncamı ilə Bakı Mühəndislik Universitetinə rektor təyin edilib. 1 ildir rektordur.
44 yaşlı Rüfət Əzizov 2023-cü il sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. 1 ildir rektordur.
Mina Mikayılova

 Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Tovuzdakı dəhşətli qəzada ölən hərbçilər Kəlbəcərdə xidmət edirmişlər – Dəfn yerləri BİLİNDİ
Next: Suqovuşan-Kəlbəcər yolunun inşası davam edir – VİDEO

OXŞAR MÖVZULAR

1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
media-InShot_20260716_100244406-kcrhit
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti artdı

admin 16.07.2026
1784094654_screenshot-2026-07-15-094843
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

admin 15.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.