Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Belə pul qazanmaq əxlaqsızlıqdır“ – Turizm şirkətlərinin qanunsuz qazanc yeri
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Belə pul qazanmaq əxlaqsızlıqdır“ – Turizm şirkətlərinin qanunsuz qazanc yeri

admin 25.11.2024
1732519117_1

Şengen ölkələrindən hər hansı birinə səyahət etməyə icazə verən sənəd vətəndaşlar üçün əlçatmaza çevrilib. Səbəb? Əgər vizaya gedən yolda bir tərəfdən süründürməçiliyi yaradan xarici ölkələrin səfirlikləri və konsulluqlardırsa, digər tərəfdən, yerli turizm və vasitəçi şirkətlərdir.

Hazırda problemlə bağlı kütləvi narazılıqlar sosial platformalara ayaq açıb. Problemin əsas səbəbi isə xaricə səfər etmək istəyən insanların viza almaq üçün sərbəst şəkildə səfirliklərin saytından görüş yeri götürə bilməməsidir. Yerli turizm şirkətlərinə müraciət etdikdə yalnız VİP yerlərin mövcud olduğunu və bunun üçün qiymətin 200-300 AZN aralığında dəyişdiyini bildirirlər. Əgər təcili uçuşun varsa, qiymətin daha da qalxma ehtimalı var. Bu məbləğə viza dəstəyi üçün ödənilən 70-100 AZN daxil deyil. Faktı yoxlamaq üçün istənilən turizm şirkətinə telefon açmaq kifayətdir.

“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Rüşvətsiz görüş götürməyin yolları

Sosial platformalarda, səyahət qruplarında problemin yaranmasında yerli turizm şirkətləri ilə bərabər viza müraciətlərinə dəstək xidməti göstərən vasitəçi şirkətlərin də işbirliyinin olduğu qeyd edilir.

Yazılan statuslar və rəylər də problemin dərinliyini təsdiqləyir. “Xahiş edirəm, viza üçün rüşvətsiz görüş götürməyin yolları haqqında məlumat verəsiniz”; “Səfirliklərə görüş yeri üçün pulsuz yaxın düşmək mümkün deyil” kimi narazılıqlar baş alıb gedir. “Siz oranı da ələ keçirdiniz! Afərin sizə. Qabaqlar çətin də olsa, səfirliklə görüş vaxtı tapa bilirdik, indi isə bütün vaxtları zəbt etmisiniz və buranı da bazara çevirmişiniz. Yəqin ki, bu işlərə də bir əncam tapılar. Ancaq başa düşün ki, belə pul qazanmaq əxlaqsızlıqdır”, – bu rəyi isə turizm şirkətlərindən birinin paylaşımına biologiya elmləri doktoru Elimxan Cəfərov yazıb.

Səyahət bloqeri Elşən İsmayılov özünün “Facebook” profilində Almaniyanın ölkəmizdəki səfirliyinə narazılığını ünvanlayıb: “Hazırda may ayından etibarən yerlər (appointment) satılır. Səfirliyə dəfələrlə zəng edərək şikayətlər edilsə də, əhəmiyyət verilmir. Şəxsən mən 300-400 manata yer almağa məcbur olan onlarla adam tanıyıram. Ya konsul, ya da “Vizametrik” şirkəti sizə xəyanət edir”.

Mövzu ilə bağlı sual ünvanladığımız səfirliklərin heç birindən cavab ala bilmədik.

Dövlət Turizm Agentliyi: “Məlumatlıyıq”

Dövlət Turizm Agentliyindən narahatlıq yaradan sualımıza belə cavab verildi: “Qeyd olunan məsələ ilə bağlı məlumatlıyıq. Xarici ölkə səfirləri ilə ikitərəfli görüşlərdə viza prosedurları ilə bağlı vəziyyətin optimallaşdırılması üçün sözügedən məsələ mütəmadi olaraq qaldırılır. Eyni zamanda, məsələ müvafiq dövlət orqanlarının diqqətinə çatdırılır. Həmçinin turizm sənayesi üzrə ictimai təşkilatlarla da həll yolları istiqamətində mütəmadi olaraq müzakirələr aparılır. Hesab edirik ki, məsələnin öz həllini tapması ikitərəfli turizm əlaqələrinin inkişafı üçün vacib məqamdır”.

“Rüsum 30 avrodan artıq olmamalıdır”

Sorğumuza Daxili İşlər Nazirliyindən “DİN-ə aid sual deyil” cavabı gəldi. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığımız sual da bir ay keçməsinə baxmayaraq cavabsız qalıb.

Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov isə sualımızı cavablandıraraq müraciətimizdə qeyd etdiyimiz məqamların “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Saziş əsasında təsis edilmiş Avropa İttifaqı-Azərbaycan arasında Birgə Viza Sadələşdirilməsi Komitəsi zamanı, o cümlədən Avropa İttifaqına üzv dövlətlərlə keçirilən ikitərəfli görüşlərdə dəfələrlə tərəflərindən gündəmə gətirildiyini bildirir: “2013-cü il 29 noyabr tarixində imzalanmış Sazişin 6-cı maddəsinin 3-cü bəndinə əsasən üzv dövlətlər vizanın rəsmiləşdirilməsi üçün kənar xidmət təchizatçısı ilə əməkdaşlıq etdiyi halda, kənar xidmət təchizatçısı xidmətlər üçün rüsum ala bilər. Bu rüsum öz işlərinin icrası zamanı üzləşdiyi xərclərə mütənasib olmalı və 30 avrodan artıq olmamalıdır. Həmçinin sazişə tərəf olan ölkələr ərizəçilərə öz ərizələrini birbaşa onların konsulluqlarına təqdim etmək imkanını saxlamalıdırlar. Sazişin 7-ci maddəsinin 1-ci bəndinə əsasən, sazişə tərəf olan ölkələrin diplomatik missiyaları və konsulluq bölmələri vizanın rəsmiləşdirilməsi üçün ərizənin və tələb olunan sənədlərin qəbul tarixindən 10 təqvim günü ərzində vizanın rəsmiləşdirilməsi müraciəti ilə əlaqədar qərar qəbul etməlidir. Həmin maddənin 3-cü bəndinə əsasən, ərizəçilərdən ərizənin təqdim edilməsi üçün görüş təyin edilməsi tələb olunduğu təqdirdə görüş bir qayda olaraq görüş üçün edilmiş müraciət tarixindən etibarən 2 həftə ərzində baş tutmalıdır”. İdarə rəisi qeyd edib ki, müraciətimizdə qeyd olunan məsələlərlə əlaqədar XİN tərəfindən Avropa İttifaqına və üzv dövlətlərinə müraciət ünvanlanıb.

İnsanlar Şengen zonasına səyahət etməkdən çəkinirlər

Turizm üzrə ekspert Rəhman Quliyevin fikrincə, viza rəsmiləşdirməsində çətinliklər yarandığı üçün insanlarımız Şengen zonasına səyahət etməkdən çəkinir, digər ölkələrə maraq göstərirlər. Ekspert 2010-15-ci illərdə diplomatik korpuslarda vizaların rəsmilşdirilməsində canlı növbə olduğunu xatırlayır: “Onda insanlar anketlərini onlayn deyil, fərdi şəkildə doldurur, tələb olunan sənədləri toplayaraq konsulluğa müraciət edirdilər. Orda onları birbaşa konsul və ya köməkçisi qarşılayırdı. Viza verilməsi birbaşa konsulun səlahiyyətində idi. Amma indi vətəndaşlar böyük çətinliklərlə üzləşirlər. Çünki onlayn görüş yeri götürülməsi çox ciddi problem yaradır”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Burda müştərini rəsmən QARƏT EDİRLƏR – BU NƏ HESABDIR?
Next: Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir…

OXŞAR MÖVZULAR

1780862546_1
  • CƏMİYYƏT
  • VİDEO

Azyaşlının əlillik müavinəti niyə kəsilib? | Çətin vəziyyətdə qalan ailənin fəryadı VİDEO

admin 08.06.2026
1780906946_screenshot-2026-06-08-122123
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi…” – MÜRACİƏT

admin 08.06.2026
1780904042_screenshot-2026-06-08-113202
  • CƏMİYYƏT

İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR… – NARAZILIQ VAR…

admin 08.06.2026

XƏBƏR LENTİ

Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır 1764567382_zelenski
  • DÜNYA

Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır

admin 08.06.2026
Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistanın Baş naziri Nikol Paşinyanı 2026-cı il parlament seçkilərində “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsi...
DAVAMI Read more about Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır
500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT 1780908739_screenshot-2026-06-08-125057
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT

admin 08.06.2026
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə dələduzluqda ittiham olunan Zamiq Xankişiyevin cinayət işi üzrə...
DAVAMI Read more about 500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT
“Any Unboxing” piramidasının ifşası media-7-lxriwo
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Any Unboxing” piramidasının ifşası

admin 08.06.2026
Son aylarda Azərbaycanda sosial şəbəkələrdə, xüsusilə TikTok və Instagram platformalarında anyunboxing.com adlı layihənin reklamları geniş yayılıb. Platforma...
DAVAMI Read more about “Any Unboxing” piramidasının ifşası
“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO 9301ceebbbc29d2198a12df20a4f494e
  • GÜNDƏM

“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO

admin 08.06.2026
Tanınmış həkim Əliosman Qədimbəyli sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib. Həkim İstanbulda yerləşən Marmara Universitetinin əməliyyat və...
DAVAMI Read more about “1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı sub2nin7pnk8yohbxu8cmvmk3opiu6xbrh8l0y5e_1200
  • ARAŞDIRMA

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı

admin 08.06.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb. Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala”...
DAVAMI Read more about Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı

Bütün yazılar

1764567382_zelenski
  • DÜNYA

Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır

admin 08.06.2026
1780908739_screenshot-2026-06-08-125057
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT

admin 08.06.2026
media-7-lxriwo
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Any Unboxing” piramidasının ifşası

admin 08.06.2026
9301ceebbbc29d2198a12df20a4f494e
  • GÜNDƏM

“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.