Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Baboş”la gündəmə gələn, saxta içki istehsal etməkdə ittiham edilən şirkət rəhbərinin vergi borcu artdı – Ölkədən çıxışına “stop” qoyula bilər
  • CƏMİYYƏT

“Baboş”la gündəmə gələn, saxta içki istehsal etməkdə ittiham edilən şirkət rəhbərinin vergi borcu artdı – Ölkədən çıxışına “stop” qoyula bilər

admin 21.11.2024
1732175168_1
“Baboş”la gündəmə gələn, saxta içki istehsal etməkdə ittiham edilən şirkət rəhbərinin vergi borcu artdı
Spirtli içki istehsalı ilə məşğul olan qalmaqallı iş adamı Emin Hüseynovun rəhbərlik etdiyi “Quseynoff” MMC-nin xeyli miqdarda vergi borcu yaranıb.

Pravda.az-ın xəbərinə görə, şirkətin indiyədək dövlətə olan borcu 166 105 manatdır.

Qeyd: 2021-ci ildə dövlət qeydiyyatına alınan MMC-nin nizamnamə kapitalı 10 AZN-dir. Təcrübə göstərir ki, vergi borcu kəskin artan şirkətlərin direktorlarının ölkədən çıxışına “stop” qoyulur. Bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilir.

Xatırlatma: E.Hüseynov bir müddət əvvəl, “Mercedes-Gelandewagen” markalı avtomobillə “Baboş” ləqəbi ilə tanınan tiktoker Babək Cabbarova görə Bərdəyə getməsi müzakirələrə səbəb olmuşdu. Digər məsəl isə onun rəhbərlik etdiyi şirkət qanunsuz fəaliyyətdə və saxta içki istehsalında ittiham olunur. Belə ki, daxil olan müraciət əsasında Göygöl rayonunun Quşqara kəndində “Demonn” MMC-yə məxsus alkoqollu içkilərin istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb. Yoxlama zamanı “Demonn” MMC-nin sifarişi əsasında satışı həyata keçirilən viski məhsulunun qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz olaraq fəaliyyət göstərən “Quseynoff” MMC-də istehsal edildiyi məlum olub. “Quseynoff” MMC-nin direktoru izahatında viskini özü hazırladığını və mənşəyi, keyfiyyəti, təhlükəsizliyini təsdiq edən sənədlərinin olmadığını bildirib. Məhsulun etiketində heç bir əsas olmadan guya Şotlandiyada istehsal edilən viskilərin texnologiyasına uyğun olaraq istehsal edildiyi və palıd çəlləklərdə 12 il saxlanıldığı qeyd edilib. Müəssisədə sifariş əsasında satışı həyata keçirilən “Quseynoff” əmtəə nişanlı viski məhsulundan və “Demonn” MMC-yə məxsus istehsal tarixi 19 sentyabr 2024-cü il göstərilən “Organic River”, istehsal tarixi 31 avqust 2024-cü il göstərilən “Time Vodka” əmtəə nişanlı araq məhsullarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Tənzilə Rüstəmxanlı Milli Məclisdə Nefçalaların üzləşdiyi problemdən danışdı
Next: Muxtar Babayev: “İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır”

OXŞAR MÖVZULAR

1780921576_screenshot-2026-06-08-162533
  • CƏMİYYƏT

“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…

admin 08.06.2026
media-teln-hkzq8j
  • CƏMİYYƏT
  • ÖLKƏ

Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı?

admin 08.06.2026
1780913285_screenshot-2026-06-08-140601
  • CƏMİYYƏT

Ruslan Quliyev vəfat etdi

admin 08.06.2026

XƏBƏR LENTİ

“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ… 1780921576_screenshot-2026-06-08-162533
  • CƏMİYYƏT

“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…

admin 08.06.2026
“Ölkə nə gündədir ki, hər rayonda olmasa da, ən azından regional olaraq çağırışçılar üçün ixtisaslaşmış müayinəni təmin...
DAVAMI Read more about “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…
Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir… media-zakr-mrwpsq
  • ARAŞDIRMA

Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…

admin 08.06.2026
Müşfiq Məmmədlinin vəzifədən getməsinin əsas səbəbi… “AzərGold” QSC-də müşavir vəzifəsində çalışdığı bildirilən Müşfiq Məmmədlinin vəzifəsindən kənarlaşdırıldığı barədə...
DAVAMI Read more about Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…
Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi akif-qurbanov1
  • ARAŞDIRMA

Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi

admin 08.06.2026
Toplum TV işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli...
DAVAMI Read more about Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi
Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı? media-teln-hkzq8j
  • CƏMİYYƏT
  • ÖLKƏ

Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı?

admin 08.06.2026
Xətai rayonu, Telnov küçəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərin faktiki olaraq obyektlər tərəfindən zəbt edildiyi görünür....
DAVAMI Read more about Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı?
Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – İddialar araşdırılmalıdır media-90-uyt2g9
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – İddialar araşdırılmalıdır

admin 08.06.2026
Qaradağ Rayon 20 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında işçilərdən təmir məqsədilə pul toplandığı iddia olunur....
DAVAMI Read more about Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – İddialar araşdırılmalıdır

Bütün yazılar

1780921576_screenshot-2026-06-08-162533
  • CƏMİYYƏT

“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…

admin 08.06.2026
media-zakr-mrwpsq
  • ARAŞDIRMA

Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…

admin 08.06.2026
akif-qurbanov1
  • ARAŞDIRMA

Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi

admin 08.06.2026
media-teln-hkzq8j
  • CƏMİYYƏT
  • ÖLKƏ

Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı?

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.