Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Kollec direktorunun xınayaxdıda “hakışta” deyən tələbələrinə fərqli münasibəti – VİDEO
  • CƏMİYYƏT
  • GÜNDƏM

Kollec direktorunun xınayaxdıda “hakışta” deyən tələbələrinə fərqli münasibəti – VİDEO

admin 11.11.2024
1731328665_1731324573_mg-20241111-wa0003

2020-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecinnin direktoru Nərmin Qaralova 67 müəllimi bir gündə işdən çıxarması və tələbə qıza onlayn imtahan zamanı “şamtutan” deməsi ilə gündəm olmuşdu. O, müəllimlərin işinə xitam verməsini təhsil müəssisəsində struktur dəyişiklikləri ilə əlaqələndirməyə çalışsa da, məhkəmədə müəllimlərə uduzdu. “Şamtutmaq” felinin el içində ikinci, təhqiramiz mənasını da o vaxtadək bilmədiyini iddia etsə də, inzibati tənbeh tədbirindən yayına bilməmişdi.

Hüquqları pozulan müəllimlər iddia edirdilər ki, onları ixtisar edərkən ştat azlığını əsas göstərən direktor boşalmış vəzifələrə yeni adamlar gətirib. Məsələn, Humanitar Kollecin direktor müavini Kamran Məsimovun bacısı Xəyalə İdrisovaya kollecdə həm tiyutor, həm də müəllim kimi yer verib.
Bildirilirdi ki, direktor tələbələri imtahanda bilərəkdən kəsərək alt qruplara salır, alt qruplara düşürülən yüzlərlə tələbə zorən kredit yolu ilə imtahanlar verməyə məcbur edilir. Nərmin Qaralova barəsində dövlət başçısına, təhsil nazirinə ünvanlanan şikayətlərdə qeyd olunur ki, o, indi də qeyri-qanuni attestasiya edərək müəllimləri ixtisarla hədələyir. Saxta attestasiya üçün verdiyi əmrə hər bir müəllimə məcburi qol çəkdirir və imzalamayan müəllimləri isə aktlaşdırıb Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbləri ilə hədələyir ki, əmək kitabçanızı ömürlük korlayacağam və siz heç bir yerdə işlə təmin oluna bilməyəcəksiniz. Bu yolla müəllimləri şantaj edir. “Kim hara müraciət edirsə etsin, mən heç kimdən qorxmuram” – deyir. Deyir ki, 2021-ci ildə 67 müəllimi ixtisar edəndə Prezidentə müraciət etdiniz, nə oldu? Mən yenə də işimdəyəm, mənə heç nə edə bilməzsiniz, mənim soyadım bu dövlətdə öz sözünü deyib, siz kim, mən kim”. Halbuki, kollec publik hüquqi şəxs olduğuna görə, Nizamnamənin 8.1-ci maddəsində bu səlahiyyətin, yəni kollecin ləğvi və yenidən təşkili məsələsi Nazirlər Kabinetinə aiddir. Məlumata görə, 10 may 2024-cü ildə keçirdiyi Pedaqoji Şuranı heç bir səsverməyə qoymadan saxtalaşdırıb, daxili əmr verib. Bundan əlavə, öz çirkli əməllərinə alət elədiyi bir qrup muəllimləri müxtəlif bəhanələrlə imtahana daxil etmir və bununla da Konstitusiyanın 25-ci maddəsinin tələblərini pozur.

Tədris işləri üzrə müavini Kamran Mənsimov isə ona havadarlıq edərək saxta qanunsuz attestasiyanın keçirilməsi üçün təqdimat hazırlayıb. Bir sözlə, Nərmin Qaralova kolleci öz  qanunları ilə idarə edir, korrupsiya baş alıb gedir.
Həmçinin qeyd olunur ki, Nərmin Qaralova dövlətin müəssisəsini öz şəxsi mülkiyyətinə çevirmiş və kollecin idman zalını cudoistlərə icarəyə vermişdir.

İddia olunur ki, Nərmin Qaralova təyin olunan vaxtdan dövlətin müəllimlər üçün ayırdığı mükafatları mənimsəyir. Ancaq özünün təyin etdiyi müavinlərinə, şöbə müdirlərinə yüksək mükafat yazır.
İndi isə “şam məsələsi”nə bir daha qayıdaq. Bu günlərdə gundemxeber.az-ın redaksiyasına daxil olan məlumata görə, kollecdə II kursda əyani təhsil almalı olan Mancanova Qəmər Təyyar qızı təhsildə hər şeyin “qaydasında olduğunu” düşünərək Gəncə şəhərində xınayaxdı məclislərində “hakışta” deməklə məşğuldiur. Yeri gəlmişkən, dekor xonça üçün şamlar xınayaxdı və nişan mərasimlərinin əsas atributlarındandır.

Təbii ki, bu cür imtiyazlar havayı başa gəlmir. Kollecin direktoru və dekanı tələbələrin hansı səbəbdən dərsdə olmadıqlarını hamıdan yaxşı bilirlər. Xüsusilə də əyani təhsil alan tələbələrə istisna icazələr hansısa maraqlar əsasında verilir. Görünür, ortada hansısa maraqlar olanda Nərmin Qaralova nəinki şamtutanlara, hətta xınayaxanlara da münasibətdə çox “humanist” olur.
Və ən sonda qeyd edək ki, Nərmin Qaralova Bakıda doğulsa da, əslən Gürcüstan Respublikasının Başkeçid rayonunun Ormeşan kəndindəndir. Onunla eyni soyada sahib olan Azərbaycan Respublikasının sabiq Baş Prokuroru Zakir Qaralov da əslən Ormeşan kəndindəndir.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
(GundemXeber.Az)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Burda baş həkimin QOÇUSU MEYDAN SULAYIR… – NARAZILIQ VAR…
Next: Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri çərşənbə günü İrana səfər edəcək

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.