Skip to content
25.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Rektor öz təsərrüfatına texnika alır… xərci universitetə yükləyir… – İTTİHAM VAR…
  • GÜNDƏM

Rektor öz təsərrüfatına texnika alır… xərci universitetə yükləyir… – İTTİHAM VAR…

admin 08.11.2024
1731053137_hq720

Adı çoxdanlardan bəri el arasında ironiya ilə “açıq bazar” kimi məşhur olan Gəncə Dövlət Universiteti barəsində redaksiyamıza elə məlumatlar daxil olub ki, eşidəndə matımız-qutumuz qurudu.

Təsəvvür edirsiniz, sözügedən məlumatlardan birində Gəncə Dövlət Universitetinin kənd təsərrüfatı üçün texnikalar alınması məqsədilə 469 min manatlıq tender elan etdiyi deyilir?!

Heç hənanın yeridi ?

Ağır texnikalar Dövlət Universitetinin nəyinə lazımdır axı? – deyə, biz də sizin kimi düşünmüşdük.

Amma, sonra nə öyrənsək yaxşıdır?!

Universitetin rektoru Yusif Yusibovun və Maliyyə Nazirliyində aparat rəhbəri vəzifəsində çalışan qardaşı Cavanşir Yusibovun Gəncədə və Samuxda əkin sahələri, çox sayda parnikləri, eləcə də villalar və bahalı avtomobilləri var imiş.

Redaksiamıza məlumat verən etibarlı mənbənin sözlərinə görə bu tender elanı da qardaşların öz ciblərinə və şəxsi biznes maraqlarına hesablanıb.

Bundan əlavə, bildirilir ki, Universitetin rəhbərliyi bütün vəzifələri pulla satır. Gəncənin müxtəlif yerlərində, eləcə də ətraf rayonlarda obyektlər, villalar, restoranlar alır. Universitetin büdcəsini müxtəlif təmirlər və tenderlər adı altında talan edir. Universitetə, laboratoriyalara avadanlıq, cihaz, tədrisə lazım olan ləvazimat almır, bütün avadanlıqlar SSSR dövründən qalıb.

Universitetin Bayraq meydanındakı korpusunun qarşısında qeyri-qanuni kafe tikir.

Düzdür, keçən ilin sentyabr ayında İcra başçısı Niyazi Bayramov o, tikintinin qarşısını alıb, yəni həmin kafe sökülüb. Ancaq, həmin ərazidə – universitetin qarşısında rektor Yusif Yusibovun göstərişi ilə prorektorlar Şahin Xurşudov ilə Fəxrəddin Həsənov yenidən kafe tikirlər. Bu kafe həm universitetin görünüşünə, həm də Bayraq meydanının görünüşünə mənfi təsir göstərir. Üstəlik, şəhərin cavan-cahılları da gənc tələbə qızlara görə o, kafeyə axışacaqları da gözləniləndir.

Düzdür, əslində bu mövzuda orada iaşə obyektini tikən məmurla eyni düşünürük, amma eyni dəyərləndirmirik. Obyekt sahibindən fərqli olaraq, biz oraya toplaşacaq cavanların xərcləyəcəkləri pulları deyil, birinci növbədə onların gənc tələblərin (xüsusilə qızların) rahatlıqları və digər məsələlərdə rollarını düşünürük.

Qeyd edək ki, “DogruXeber.az” olaraq hər zamankı kimi məlumatları obyektiv araşdırmaq məqsədilə GDU-nə rəsmi sorğu göndərdik. Söz yox ki, veriləcək cavabı əvvəlcədən təxmin etmək çətin deyildi. “Kim öz ayranına turş deyər” ki?.

Bəli, GDU tərəfindən çox çək-çevirdən (təfərrüatları növbəti yazımızda) sonra göndərilən cavabda deyilir:

“Gəncə Dövlət Universiteti kənd təsərrüfatı təyinatlı olmadığı üçün, kənd təsərrüfatında istifadə olunan ağır texnikaların alınması məqsədi ilə tender elan olunduğu və qalib gəlindiyi fikri tamamilə əsassızdır. Gəncə şəhər Nizami prospekti ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən Universitetin Bayraq meydanı yaxınlığında yerləşən korpusuna yaxın ərazidə inşa edilən tikilinin isə bizim təhsil ocağına heç bir aidiyyatı yoxdur. Bu ərazi sabiq Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev tərəfindən 4 iyun 2018-ci il tarixli sərəncamla Namazov Qəzənfər Teymur oğluna verilib. Hazırda Namazov Qəzənfər Teymur oğlu tərəfindən həmin ərazidə tikinti işləri aparılır.”

Əvvəla onu qeyd edək ki, məlumatı göndərən mənbənin iddiasına görə, tender barəsindəki məlumat tam dəqiqdir. Hətta, buna dair faktlar da mövcuddur.

Tikinti aparılan əraziyə gəldikdə isə o və redaksiyamıza göndərilən digər materiallar barəsində növbəti yazımızda ətraflı məlumat verəcəyik.

Yəni anlayacağınız, mövzunu hələ davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

(“DogruXeber.az”)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Prezident: “İndi bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər”
Next: Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi – “Məhkəmə qərarını saya salmır”

OXŞAR MÖVZULAR

1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
1784879475_screenshot-2026-07-24-114926
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

admin 24.07.2026

XƏBƏR LENTİ

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində fərdi yaşayış evində yanğın baş verməsi...
DAVAMI Read more about Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO
“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub 1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
Pakistanın Tank şəhərində (Xayber-Paxtunxva əyaləti) törədilmiş terror aktı nəticəsində 15 nəfər həlak olub, onlardan 14-ü təhlükəsizlik qüvvələrinin...
DAVAMI Read more about “Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
İran Küveyt və Bəhreyni vurdu 1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
İran ABŞ ordusunun Küveyt və Bəhreyndəki infrastrukturuna zərbələr endirib.  Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)...
DAVAMI Read more about İran Küveyt və Bəhreyni vurdu
“Azza”dan alınan məhsul xarab çıxdı – Video 1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
“Azza” şirniyyat evinin filiallarından birində vaxtı keçməmiş, lakin xarab olduğu iddia edilən məhsulun satıldığı bildirilir. Bu barədə...
DAVAMI Read more about “Azza”dan alınan məhsul xarab çıxdı – Video
Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO 1784894487_bandicam-2026-07-24-15-33-41-699
  • CƏMİYYƏT

Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

admin 24.07.2026
Dövlətin vətəndaşlara pulsuz, şəffaf və rahat tibbi xidmət vəd etdiyi İcbari Tibbi Sığorta sisteminin arxasında qanunsuz bir...
DAVAMI Read more about Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

Bütün yazılar

whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.