Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Saleh Məmmədovun yaxın adamı da BU YOLLA PUL ÇIXARIR… -İŞİ ARAŞDIRILIR…
  • CƏMİYYƏT
  • ÖLKƏ

Saleh Məmmədovun yaxın adamı da BU YOLLA PUL ÇIXARIR… -İŞİ ARAŞDIRILIR…

admin 07.11.2024
1730962176_1730958742_0001

“Siracoglu” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır. MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

“Azərbaycan Reallığı” xəbər verir ki, “Siracoglu” MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Siracoglu” MMC ilə bağlı iş baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib. 5 noyabr tarixində hakim Rəşad Cavadzadənin sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qeyd edək ki, “Siracoglu” MMC-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İradə Heyətinin sədri Saleh Məmmədovun müşaviri Şahin İbadovun oğluna məxsus olduğu deyilir. AAYDA sədrinin müaşvirinin oğlu hazırda “Siracoglu” MMC-nin qanuni təmsilçisidir. Apardığımız araşdırmaya görə, 2019-cu ildə MMC yarananda, şirkətin qanuni təmsilçisi Əhmədzadə Eyyub Qalib oğlu olub.
“Siracoglu” MMC-nin tərkibində Aşıq Molla Cümə küçəsi, 46B ünvanında “BİÇER Luxury İnteriors” mağazası fəaliyyət göstərir. Mağazada Türkiyənin lüks brendlərindən olan mebellər satılır.
“Siracoglu” MMC-nin tərkibində Şəkidə və bir sıra rayonlarda böyük fermer təsərrüfatları da mövcuddur.

Soztv.az 

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: 177 nömrəli tam orta məktəbdə Zəfər Günü qeyd olunub – FOTO
Next: Sumqayıtda antisanitar VƏZİYYƏT – Məişət tullantıları niyə vaxtında DAŞINMIR? – FOTO

OXŞAR MÖVZULAR

1780904042_screenshot-2026-06-08-113202
  • CƏMİYYƏT

İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR… – NARAZILIQ VAR…

admin 08.06.2026
1780897553_screenshot-2026-06-08-094333
  • CƏMİYYƏT
  • ÖLKƏ
  • VİDEO

Bu MTK-nın idarəçiləri KİMƏ BELƏ GÜVƏNİR Kİ… – NARAZILIQ VAR…

admin 08.06.2026
1780900004_screenshot-2026-06-08-102441
  • CƏMİYYƏT

“Azərikimya”da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR… – “Bundan sonra harda iş tapaq?”

admin 08.06.2026

XƏBƏR LENTİ

Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib 1780898594_screenshot-2026-06-08-100038
  • İDMAN

Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib

admin 08.06.2026
 Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə “ITF Juniors – J60 Baku” beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib. Yarış Bakı...
DAVAMI Read more about Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR… – NARAZILIQ VAR… 1780904042_screenshot-2026-06-08-113202
  • CƏMİYYƏT

İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR… – NARAZILIQ VAR…

admin 08.06.2026
Naxçıvan Dövlət Avtomobil Yolları Agentliyində maaşlar hər ay gecikir, işçilər isə kredit faizləri ilə üz-üzə qalırlar. Qurum...
DAVAMI Read more about İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR… – NARAZILIQ VAR…
Bu MTK-nın idarəçiləri KİMƏ BELƏ GÜVƏNİR Kİ… – NARAZILIQ VAR… 1780897553_screenshot-2026-06-08-094333
  • CƏMİYYƏT
  • ÖLKƏ
  • VİDEO

Bu MTK-nın idarəçiləri KİMƏ BELƏ GÜVƏNİR Kİ… – NARAZILIQ VAR…

admin 08.06.2026
Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən “Megacity” yaşayış kompleksinin (MTK) sakinləri binanın idarəçiliyində yol verilən...
DAVAMI Read more about Bu MTK-nın idarəçiləri KİMƏ BELƏ GÜVƏNİR Kİ… – NARAZILIQ VAR…
“Azərikimya”da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR… – “Bundan sonra harda iş tapaq?” 1780900004_screenshot-2026-06-08-102441
  • CƏMİYYƏT

“Azərikimya”da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR… – “Bundan sonra harda iş tapaq?”

admin 08.06.2026
İxtisar dalğası SOCAR “Azərikimya” İstehsalat Birliyinə çatıb. Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq...
DAVAMI Read more about “Azərikimya”da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR… – “Bundan sonra harda iş tapaq?”
“5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” – VİDEO 1780901638_48390be794_001
  • CƏMİYYƏT
  • VİDEO

“5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” – VİDEO

admin 08.06.2026
Övadları ilə birgə yoxa çıxan azərbaycanlı keçmiş gimnast Zeynəb Cavadlının anası Solmaz Cavadlı videomüraciət ünvanlayıb. “Qafqazinfo” xəbər...
DAVAMI Read more about “5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” – VİDEO

Bütün yazılar

1780898594_screenshot-2026-06-08-100038
  • İDMAN

Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib

admin 08.06.2026
1780904042_screenshot-2026-06-08-113202
  • CƏMİYYƏT

İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR… – NARAZILIQ VAR…

admin 08.06.2026
1780897553_screenshot-2026-06-08-094333
  • CƏMİYYƏT
  • ÖLKƏ
  • VİDEO

Bu MTK-nın idarəçiləri KİMƏ BELƏ GÜVƏNİR Kİ… – NARAZILIQ VAR…

admin 08.06.2026
1780900004_screenshot-2026-06-08-102441
  • CƏMİYYƏT

“Azərikimya”da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR… – “Bundan sonra harda iş tapaq?”

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.