Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • GENERAL BƏRXUDAROVUN VƏ BABAYEVİN İŞİ DTX-YA GÖNDƏRİLDİ – Korrupsiya cinayətləri barədə araşdırma aparılacaq + VİDEO (Yenilənib)
  • CƏMİYYƏT
  • GÜNDƏM

GENERAL BƏRXUDAROVUN VƏ BABAYEVİN İŞİ DTX-YA GÖNDƏRİLDİ – Korrupsiya cinayətləri barədə araşdırma aparılacaq + VİDEO (Yenilənib)

admin 06.11.2024
1730824450_1
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyində və ona tabeli qurumlarda 143 milyon manatlıq korrupsiya ilə bağlı ilyarımdır sürən mühakimə yekunlaşmaqdadır.

Soztv.az “Azadliq.org”-a istinadla xəbər verir ki, ötən prosesdə cinayət işi üzrə həbsdə olanlardan biri – Quru Qoşunları Maliyyə İdarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov tələb irəli sürmüşdü. O, generallar Mais Bərxudarov və Münasib Babayev də daxil, 20-yə yaxın şəxsin məhkəməyə çağırılıb dindirilməsini istəmişdi. Məhkəmə dindirmə tələbi ilə razılaşmasa da, B.Bayramovun ərizəsində o adamlarla bağlı yazılanların araşdırılması üçün onu Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX-ya) göndərmək qərarı verib.

Polkovnik Bayramov daha üç nəfərlə – Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi Nizami Məmmədov, Hərbi Hava Qüvvələri Maliyyə İdarəsinin sabiq rəisi Cəlal Kazımov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinə rəhbərlik etmiş Vüsal Əlizadə ilə birlikdə mühakimə edilir.

Artıq dindirmələr və sənədlərin tədqiqi mərhələsi də bitib. Növbəti məhkəmə iclasında prokurorun təqsirləndirilən general və polkovniklərə cəza istəyəcəyi gözlənilir.

Bu dəfə dövlət ittihamçısı ötən məhkəmə iclasında B.Bayramovun təxminən bir ay öncə vəzifəsindən azad edilən korpus komandirləri M.Bərxudarov və M.Babayevin ünvanına səslənən korrupsiya ittihamları, eləcə də onların sürücüsü, aşpazı, mühasibi, yavəri və başqa vəzifələrdə çalışmış 15-ə yaxın şəxsin məhkəmədə dindirilməsi barədə vəsatətə münasibət bildirib.

Polkovnik Bayramov bu şəxslərin dindirilməsi haqda tələbini belə əsaslandırmışdı ki, M.Bərxudarov və M.Babayev hətta evlərinin, ailələrinin də xərclərini onlara ödətdirirdi. İndi isə həmin xərclər yeyinti kimi onların üzərində qalıb. Həmin dövrdə M.Babayev hələ korpus komandiri yox, M.Bərxudarovun rəhbərlik etdiyi II korpusda (Beyləqan korpusunda) qərargah rəisi idi.

B.Bayramovun dediyinə görə, general Bərxudarov üçün hər ay Beyləqanda “Real” adlı ərzaq mağazasına və “Zirvə” adlı hədiyyə-dəftərxana ləvazimatları mağazasına 2 min manat pul ödənilirdi. Bu, 24 ay davam edib və toplam 48 min manat pul xərclənib. Mağazalardan alınan malları isə Bərxudarovun yavəri Ülfət Abbasquliyev, sürücüsü, ya da mühasibi götürüb aparırdı.

O, M.Babayevə hər ay 3 min manat verdiyini vurğulayıb. Bu, 26 ay sürüb və toplam 78 min manat ödənib: “Bundan başqa, Hadrut qəsəbəsindəki evinə alınan qızdırıcı üçün 8 min manat ödəmişəm”. Onun sözlərinə görə, 2020-ci ilin dekabrından 2021-ci ilin avqustunadək M.Babayevin Hadrutdakı evinin xərclərindən ötrü də 6 min manat gedirdi. Alış-verişlə ya generalın sürücüsü Xəyal, ya da aşpazı məşğul olurdu: “Pulları mühasibə verirdim. Hələ mən ad günü, bayramlara görə verilənləri saymıram”.

B.Bayramov söylədiklərini sübuta yetirmək üçün generallar Bərxudarov və Babayevdən başqa, Ülfət Abbasquliyevin, Xalid Məmmədovun, Rəşad Salmanovun, Bəxtiyar Əliyevin, Orxan Cavadlının, Hamlet Allahverdiyevin, Rüfət Quliyevin, Namiq Məmmədovun, Əli Hümbətzadənin, Cavid Eyvazovun, Fərrux Xəlilov və digərlərinin də məhkəmədə dindirilməsini istəyib.

Əsas işin istintaqı davam edir.

İstər prokuror, istərsə hakimlər həmin şəxslərin hazırda məhkəmədə baxılan cinayət işinə aidiyyəti olmadığı qənaətinə gəlsələr də, DTX-nın İstintaq Baş İdarəsində 143 milyon manatlıq yeyintiyə dair cinayət işi bağlanmayıb. Məhkəməyə göndərilərkən cinayət işləri ayrılsa da, əsas iş yerində qalır və istintaq davam edir. Prokuror da təklif edib ki, hakimlər istəsə, öz təşəbbüsü ilə B.Bayramovun qaldırdığı vəsatəti araşdırılmasından ötrü istintaq orqanına göndərə bilər. Məhkəmə qərarında da vurğulayıb ki, polkovnik Bayramovun vəsatətində cinayət xarakterli məlumatlardan bəhs olunur. Bu səbəbdən onun ərizəsi araşdırılıb, hüquqi qiymət verilməsindən ötrü istintaq orqanına – DTX-nın İstintaq Baş İdarəsinə göndərilir.

M.Bərxudarov və M.Babayev ünvanlarına səslənən korrupsiya ittihamlarına cavab verməyiblər.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bu nə qanundur, nə qaydadır?.. – ETİRAZ
Next: Sumqayıt Gömrük İdarəsindən Prezidentə növbəti şikayət – Videomüraciət

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.