Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Padişah xalı” görün müştəriləri necə aldadır – AXI NİYƏ?..
  • CƏMİYYƏT

“Padişah xalı” görün müştəriləri necə aldadır – AXI NİYƏ?..

admin 05.11.2024
1730805349_padishah-xali

“Padişah xalı” təmizlik şirkəti barəsində redaksiyamıza şikayət daxil olub.

Həlimə Ələkbərova adlı xanım saytımıza ünvanlandığı şikayət məktubunda qeyd edib ki, şirkət, yuyulması üçün verdiyi pərdələri yararsız hala salıb və üstəlik də ondan 55 manat pul alıb:

“Padişah xalı” təmizlik şirkətinə pərdələrimin yuyulması üçün müraciət etdim. Geri qaytarıldıqda isə gözlərimə inanmadım. Pərdələrim cırıq-cırıq, bərbad vəziyyətdə idi. 180 manatlıq dəyəri olan pərdələrimi şəkildə gördüyünüz vəziyyətə salıb, bu azmış kimi xidməthaqqı olaraq 55 manat da əlavə pul alıblar. Şirkətə iradımı bildirsəm də, nəticəsi olmadı. İsrar etdilər ki, pərdələri belə qəbul ediblər.

Mən şirkətin nümayəndələrini başa sala bilmədim ki, bir halda ki, pərdələr yarasız olub, onda hansı məntiqlə onların yuyulması üçün 55 manat ödəmişəm. Kim yarasız pərdənin yuyulmasına 55 manat verər?

Onlara dedim ki, pərdə yarasız idisə, bunu qəbul etməli deyildilər, ya da protokol tərtib etməli və orada qeyd etməliydilər ki, pərdələrdə bu zədələr var. Amma bunun heç birini etməyə-etməyə müştərini ittiham edirlər. Bu məsələnin ona görə ictimailəşdirilməsini istəyirəm ki, bu şirkət digər müştəriləri də aldatmasın”.

Oxucunun şikayətini araşdırmaq üçün “Padişah xalı” təmizlik şirkəti ilə əlaqə saxladıq.

Şirkətdən zəngimizə cavab verən Samir adlı şəxs bildirdi ki, pərdənin yuyulmamışdan əvvəl çəkdikləri görüntülər onun əlindədir:

“Əvvəllər biz təhvil aldığımız əşyaları çəkmirdik, müştəriyə sözdə olaraq deyirdik. Eləsi olurdu başa düşürdü, eləsi olurdu deyirdi ki , mən bu dərəcədə bilmirdim. İndi isə video şəklində çəkirik ki, sonra problem olmasın. Mən müştəri şikayətini haqlı qəbul edirəm. Əgər müştərinin narahatlığı varsa, bizim borcumuzdur onu dinləmək. Bu xanım sadəcə bizdən pulunu geri istədi, dedi ki, mənim pulumu qaytar. Mən də izah etdim ki, biz də əziyyət çəkmişik, biz eyni şəkildə eyni dərman, eyni şampundan istifadə etmişik. Sizin pərdəni yuyub, ütüləyib təhvil vermişik. Pərdəni bizə təhvil verəndə də bizə özü zənbildə verib. Yəni biz nə pərdəni sökmüşük, nə götürmüşük. Özü çıxarıb zənbildə təhvil verib ki, özünüz ölçüb, yazarsınız. Biz əslində pərdəni açıq şəkildə, belə deyək, pəncərədən asılmış vəziyyətdə görsəydik, götürməyəcəkdik. Amma bizə sökülmüş, bağlı vəziyyətdə verib, biz də aparıb onu yuyulma yerində çəkib atmışıq özünə.

Bizim bunu kimi bir neçə müştərimiz olub. Biz onlara izah etmişik ki, bu xalçanı yusaq, cırılacaq, verməyin yuyulmağa. Deyirlər ki, siz yuyun, nə olar, olar. Belə çıxır ki, yoxlanış məqsədlə verirlər. Cırılsa pulunu vermərəm, cırılmasa malımı istifadə edərəm. Amma dərk etmirlər ki, bunun üçün bizim bir qrup işçi qüvvəmiz cəlb olunur. Yuyur, ütüləyir, aparıb qaytarırıq, vaxtımız gedir, sən də bəyənmirsən və deyirsən ki, xoşlamadıq, pulumuzu qaytarın. Belə çıxır ki, xoşlasa, götürəcək, xoşlamasa pulunu qaytaraq. Bura sınaq yeri deyil”.

Şirkət rəhbəri özü etiraf edir ki, pərdəni qəbul edərkən, ona baxmayıblar və zədələri qeyd etməyiblər. Yəni burada müştəri tam haqlıdır. Şirkətin borcu idi ki, pərdəni yerində təhvil alsın, hər hansı zədə varsa, onu protokollaşdırsın.

Bəs məsələ ilə bağlı ekspert nə deyir?

Məsələyə aydınlıq gətirmək üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun da fikirlərini öyrəndik.

E. Hüseynov bildirdi ki, kimyəvi təmizləmə və bu cür çamaşır şirkətlərindən daima Azad İstehlakçılar Birliyinə şikayətlər daxil olur:

“Biz, adətən istehlakçıların bu cür şikayətlərini İqtisadiyyat Nazirliyinə yönəldirik. Belə halda çox mürəkkəb vəziyyət əmələ gəlir. Ona görə də, malları bu cür şirkətlərə verən adamlar öncədən diqqətlə təhvil verməlidirlər. Yəni bu zaman təhvil-təslim aktı olsa, heç də pis olmaz. Bu zaman bütün qüsurları, harada nə varsa hamısı görünməlidir. Bahalı paltarların, xalçaların təmizlənməsində çox vaxt mübahisələr baş verir. Əgər vəziyyət deyilən kimidirsə, onda əlbəttə həmin o yuyucu şirkət bu məsələdə məsuliyyət daşıyır. İstehlakçı 195 qaynar xətti ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlakçı hüquqlarının pozulması barədə şikayət edə bilər”.(Publika.az)

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Azərkontrakt”ın ləğv edilməsi qazın qiymətinə təsir edəcək? – ARAŞDIRMA
Next: Ölkədən pul çıxaran “Yük Taksisi.Az” şirkəti ilə bağlı nə qərar veriləcək?

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.