Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • ATU Cərrahiyyə klinikası acınacaqlı vəziyyətdə – Səbəblər, qara əl, xəstə azlığı…
  • CƏMİYYƏT

ATU Cərrahiyyə klinikası acınacaqlı vəziyyətdə – Səbəblər, qara əl, xəstə azlığı…

admin 05.11.2024
1730809930_1730808383_0001

Azərbaycan Tibb Universitetinin 2013-cü ildə açılışı olduğu Tədris Cərrahiyyə Klinikası son vaxtlar demək olar ki, acınacaqlı vəziyyətdədir. Halbuki pandemiyadan öncə və pandemiya dövründə bu klinika səhiyyətinin sütunlarından biri idi.

Psixoloq, jurnalist Ramil Nəcəfli Tədris Cərrahiyyə klinikası ətrafında baş verən proseslərdən yazıb.

“Elə bil hansısa sehirli əl bu klinikanı boş qalmasında maraqlıdır. ATU-nun tədris üçün tikilən klinikaları səmərəli işlədilmir. İstər Tədris Terapevtik, istərsə də Tədris Cərrahiyyə klinikalarında mənzərə heç xoş deyil. Zəngin elmi kadr potensialını kimlərsə başqa yerlərə səpələməkdə maraqlıdır.

Tələbələrdə soruşuram ki, xəstələrin müayinələrinə, cərrahi əməliyyatlara aparırlarmı sizi? Cavab verirlər ki, xəstə yoxdur. Quru nəzəriyyə öyrənirik. Praktika yoxdur. Praktika üçün yer, xəstə lazımdır.

Bəs Tədris Klinikası nə üçündür? Tədris Cərrahiyyə Klinikasında kadr yetişdirmək üçün bütün imkanlar var. Belə klinikalara adətən kütləvi xəstə axını olmalıdır. Kafedralar da öz növbəsində tələbələrə konkret xəstələr üzərində praktiki biliklər öyrətməlidir. Klinika fəaliyyətə başladığı ilk illərdə müəyyən qədər xəstə axını var idi.

Bu tibb ocağı özünün peşəkar kadr potensialı və maddi-texniki imkanları ilə rəqabətdə irəli gedirdi. Vətəndaşlar yaxşı həkim sorağı ilə bu klinikaya çox üz tuturdular.

Ancaq İcbari Tibbi Sığorta tətbiqindən sonra klinika xəstə azlığı ilə üzləşib. Bu xəstələrin seçimi deyil. Müəyyən qurumnların fəaliyyəti ilə əlaqədardır.

Bu xəstəxananın imkanlarından istifadə etməmək gələcəyin həkimlərini praktiki biliklərdən məhrum etmək, peşəkar həkimləri, eyni zamanda elm adamlarını işsiz gücsüz, çarəsiz qoymaq Azərbaycan səhiyyəsinə qarşı düşünülmüş təxribat deyilmi?

Yoxsa bu müxtəlif qurumların arasında anlaşmazlıq və ya intriqaların nəticəsidir?

ATU Tədris Cərrahiyyə Klinikası nəyə görə İcbari Tibbi Sığortadan kənarda saxlanılır?

Bu klinikanın icbari tibbi sığortadan uzaq düşməsi kimlərin günahıdır?

ATU-nun Tədris klinikasına qarşı belə münasibət nədən xəbər verir?

2013-cü il Sentyabr ayında ölkə prezidenti səhiyyə ictimaiyyəti ilə birgə ATU-un bu möhtəşəm klinikasının açılışında geniş çıxış etdi və bura ilə bağlı gözləntilərini, arzu istəklərini, tapşırıqlarını ifadə etdi.

Prezident İlham Əliyev klinikanın açılışında belə demişdi: “Xatırlayıram ki, üç il bundan əvvəl bu klinikanın təməl daşını qoyduq. O vaxt – üç il bundan əvvəl Tədris-Terapevtik Klinikanın açılışını da qeyd etdik. O vaxt rektor və professor-müəllim heyətinin nümayəndələri müraciət etmişdilər ki, Cərrahiyyə Klinikasının tikintisinə də ehtiyac vardır. İlkin olaraq Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Ondan sonra dövlət büdcəsi hesabına bir neçə il ərzində bu gözəl tibb mərkəzi yaradılmışdır.

Deyə bilərəm ki, Azərbaycanda son illər ərzində yaradılmış tibbi mərkəzlər arasında bu gün bu mərkəzin xüsusi yeri vardır. Öz gözəlliyi, memarlığı və funksional cəhətləri ilə seçilən bir klinikadır.

O vaxt belə bir klinikanın yaradılması iki məqsədi güdürdü. İlk növbədə, qarşıda Azərbaycan Tibb Universitetində tədris prosesini daha da yüksək səviyyəyə qaldırmaq məsələsi dayanmışdı. Eyni zamanda, bütün cərrahiyyə yönümlü kafedraları bir yerə yığmaq məsələsi qarşıya qoyulmuşdu. Biz buna nail olduq. Eyni zamanda, Azərbaycanda yeni, müasir tibb mərkəzinin yaradılması da təmin edilmişdir. Yəni, burada həm təhsil, həm səhiyyə – ölkəmiz üçün vacib olan iki sahə birləşir. Burada bütün işlər ən yüksək səviyyədə təşkil edilmişdir. Ən müasir avadanlıq quraşdırılıb, çox gözəl şərait vardır, çox gözəl binadır. Həkimlər, tələbələr üçün burada ən gözəl şərait yaradılmışdır. Belə də olmalıdır….”

Ölkə başçısının da, səhiyyə ictimaiyyətinin və medianın da bu xəstəxana ilə bağlı böyük gözləntiləri var idi. Təəsüf ki, bu gözləntilərin əksinə olaraq bu klinika hansısa intriqaların qurbanına çevrilir. Görünən odur ki, İcbari Tibbi Sığorta ətrafında müəyyən oyunlar gedir və bunun acısını da Azərbaycan elmi və Tibb Universitetində təhsil alan minlərlə tələbə və müəllimlər çəkir.

Bizim haqqımız var suallar verməyə və izahat istəməyə. İcbari Tibbi Sığortadan istifadə yaxşıladıqca xəstələri başqa klinikalara yönəldirlər.

Əvvəlki dövlət xəstəxanaları təmir edilir, yeni-yeni klinikalar açılır. Bir sıra özəl klinikalarla anlaşma imzalanır.

Sanki deyirlər başqa klinika açaq, təki icbari tibbi sığorta sistemi ATU klinikalarından uzaq olsun.

Digər tərəfdən başqa özəl klinikalar da var ki, TƏBİB-lə anlaşması olsa da bağlanan müqavilələr kağız üzərində qalıb. Ümumiyyətlə, bu və ya digər klinikanın İcbari tibbi sığorta üzrə müqaviləsinin olmasından çox anlaşmanın işlək olması önəmlidir.

Anlaşmanın icra olunması üçün görəsən hansı meyarlar mövcuddur?

Klinikalar xəstələrin cəlb olunması üçün kimlərdən “Xeyir dua” almalıdırlar?

ATU Tədris Cərrahiyyə Klinikası ümumiyyətlə, heç kimin yadına düşmür.

Bu klinika hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansındadır. Səhiyyə Nazirliyinin balansında olan bir sıra dövlət xəstəxanalarında İcbari Tibbi Sığorta işləyir.

Dövlətin resurslarından biri də İcbari Tibbi Sığortadır. Bu sistem səmərəli şəkildə Azərbaycan Tibb Universiteti klinikasında da effektiv şəkildə istifadə olunmalıdır.

Böyük bir tədris klinikasını qurbana çevirmək olmaz.(Medicina.az)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Zakir Həsənov Slovakiyada atışlarda iştirak edib – FOTOLAR
Next: “Müəlliməyə bildirdi ki, oğlun şəhid deyil, veterandır, gedib işləsin” – İNCƏSƏNƏT MƏKTƏBİNİN KOLLEKTİVİ MÜDİRDƏN ŞİKAYƏTÇİDİR

OXŞAR MÖVZULAR

1780638995_17551125641751480099inshot_20250702_221153178_1_1780602953
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazirlikdən multimilyonluq laboratoriya tenderi – TƏFƏRRÜAT

admin 05.06.2026
media-rr-47xtz0
  • CƏMİYYƏT

“Royal Fish” mağazasından narazılıq

admin 05.06.2026
1780647755_1
  • CƏMİYYƏT

Nazirin vəzifə payladığı şəxslər haqda ŞOK faktlar – milyonlar dost-tanışa gedir…

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.