Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Razi Nurullayevdən tənqidlərə CAVAB – “Ağızlarına gələni yazırlar”
  • İQTİSADİYYAT

Razi Nurullayevdən tənqidlərə CAVAB – “Ağızlarına gələni yazırlar”

admin 04.11.2024
1730707355_1

Sosial şəbəkələrdə fərqli paylaşım, müzakirələrə səbəb olan videoları ilə gündəmə gələn Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev yeni təkliflə çıxış edib. O, regionlar üzrə səhiyyə xəritəsinin hazırlanmasının vacib olduğunu bildirib.

Təkliflə bağlı Bizim.Media-ya ətraflı danışan deputat deyib ki, bu xəritə hazırlansa, hansı bölgədə hansı xəstəliyin daha çox yayıldığını müəyyən etmək mümkün olacaq:

“Parlamentdə hörmətli akademik, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov dedi ki, “səhiyyə xəritəsi”adlı termin yoxdur. Mən tibb işçisi deyiləm, tibbi savadım o dərəcədə deyil.

“Səhiyyə xəritəsi” deyəndə müəyyən ərazidə çox sayda insanın eyni xəstəlikdən əziyyət çəkməsinin səbəbinin araşdırılmasını nəzərədə tutmuşam. Bunu yaradan səbəbləri, xəstəliyin yayılma arealını bilmək gərəkdir. Bunun üçün də bilməliyik ki, hansı rayonda daha çox hansı xəstəliklər yayılıb. Belə olduqda xəstəliklərin səbəbi müəyyən edilə, müalicə ilə bağlı doğru-düzgün addımlar atıla bilər.

Məsələn, bir ərazidə uzun illər hansısa zavod işləyib. Onun havaya buraxdığı tüstüdən müəyyən xəstəlik yaranıb. Yaxud bir rayonda onkoloji xəstə sayı çoxdur. Bunun səbəbi nədir? Yaxud başqa bir yerdə şəkər xəstələri çoxdur. Bu, bəlkə orada olan hansısa təbiət hadisəsi, insan fəaliyyəti ilə bağlıdır? Bütün bunları müəyyən etmək üçün “səhiyyə xəritəsinin” hazırlanmasını təkif etdim”.

Təklifiniz necə qarşılandı, həyata keçiriləcəkmi?

“Buna müvafiq qurumlar tərəfindən qərar veriləcək. Azərbaycanda tibb məntəqələri yoxa çıxıb, ya da yararsız vəziyyətdədir. İlkin səhiyyə demək olar ki, məhv olub. Bax, bunun dirçəldilməsi ilə bağlı danışılanda parlamentin sədri də bu məsələni Səhiyyə Komissiyası ilə müzakirə etdiyini söylədi. İlkin səhiyyə məsələsi də gündəmdədir. Yəqin ki, bununla bağlı addımlar atılacaq.

“Səhiyyə xəritəsi” ilə də bağlı yəqin ki, müzakirə olacaq. Bununla bağlı hər hansı qərar verilə bilər. Mən indi bunu deyə bimirəm. Amma onu bilirəm ki, bu məsələ diqqət çəkib. Yəqin Səhiyyə Komitəsində və Səhiyyə Nazirliyində müzakirə olunacaq. Lazım olub-olmaması ilə bağlı qərarı onlar verəcək”, – deyə deputat əlavə edib.

“Cəmiyyətimiz sadəliyi qəbul etmir”

Millət vəkili sosial şəbəkələrdəki bəzi paylaşımlarına görə edilən tənqidlərə də münasibət bildirib:

“Onlar hamısı keçmişdə qalıb. Siz niyə 4-5 ay qabaqkı məsələləri gündəmə gətirirsiz ki? O hər bir kəsdə belə olur. Cəmiyyətimizdə sadəliyi də qəbul etmirlər, zəhmi də. Açıq olmağı da qəbul etmirlər, bağlı olmağı da. Bu, cəmiyyətlərin problemidir. Amma onlar keçmişdə qalıb. Bir dənə paylaşıma görə niyə düşünürsüz ki, cəmiyyət qəbul etmir?! Sadəcə, onu qəbul etməyəndə fikri yönəldib mənfi rəy yazırlar, amma qəbul edəndə, müsbət rəy yazmırlar.

Bu, o demək deyil ki, hamı o cür düşünür. Minlərlə insan onu bəyəndiyini demişdi. Belədə mənə deyirlər, amma rəy yazmaq istəmirlər. Mənfi rəy formalaşdırmaq istəyənlər həmişə bir-birinin əlindən tuturlar, dəstək verirlər. Onların da xasiyyəti, içindən gələn budur. Ağızlarına gələni yazırlar. Onların 20-30 faizi cəmiyyət üçün itirilmiş insanlardır. Belələri üçün müqəddəs heç nə olmur. Dediyim kimi, bu, keçmişdə qalıb. İndi bir paylaşıma görə “sərt tənqid olunursuz” ifadəsini qəbul etmirəm”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olub
Next: Bu həftə – 4-10 noyabr tarixlərində Bakıda hansı mədəni tədbirlər olacaq? – AFİŞA

OXŞAR MÖVZULAR

1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
media-InShot_20260716_100244406-kcrhit
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti artdı

admin 16.07.2026
1784094654_screenshot-2026-07-15-094843
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

admin 15.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.