Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • AAK AMEA-nı TƏMİZLƏYƏ biləcəkmi? – “Bu qədər saxta akademik rəylərə…”
  • CƏMİYYƏT

AAK AMEA-nı TƏMİZLƏYƏ biləcəkmi? – “Bu qədər saxta akademik rəylərə…”

admin 04.11.2024
1730711956_1730697582_0001

“Sizinlə son zamanlar olduqca mənfi bir tendensiyanın yayılması barədə fikrimi bölüşmək istərdim: deməli, 10-15 il öncə müdafiə edilərək bütün instansiyalardan keçib imtina almış və heç bir elmi dəyəri olmayan bir dissertasiya, əgər kifayət qədər “güclü” adamlarınız və maliyyə imkanınız varsa, AMEA-nın prezidenti tərəfindən xüsusi təşəbbüslə yenidən gündəmə gətirilir. AMEA rəhbəri öz vəzifə səlahiyyətlərindən istifadə edərək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət edib və illər öncə ləğv olunmuş bir işi yenidən təsdiqlətməyə çalışır…” “DİA-AZ” xəbər verir ki, bunu öz açıqlamasında AMEA Tarix və Etnologiya İnstitutunun Aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Günel Aslanlı qeyd edib.
O daha sonra əlavə edib: “Bu məsələdə iki əsas tərəf var. Birinci tərəf, müraciət edən akademiklər – onlar hansı şəxsi və ya maliyyə maraqlarına görə bu addımı atırlar? Bu, açıq şəkildə vəzifədən sui-istifadə, korrupsiya və rüşvət mexanizminin təzahürü kimi görünür.
İkinci məsələ isə bu hadisənin mənəvi və etik tərəfləri: belə bir addım elmi dəyərlərə, elmin obyektivliyinə və dürüstlüyünə ziddir və eyni zamanda gənc tədqiqatçılara qarşı haqsızlıqdır! Belə bir tendensiya Azərbaycan elminin nüfuzuna və dəyərlərinə zərbə vurur, eyni zamanda ictimai etimadın azalmasına səbəb olur.
Elmin müstəqilliyi və obyektivliyi naminə bu kimi halların ciddi şəkildə araşdırılması və qarşısının alınması çox vacibdir. Ümid edirik ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, hörmətli Famil müəllim, bu mənfi tendensiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirərək, Akademiya daxilində baş verən intriqaların, rüşvət və korrupsiyaya meylli halların Komissiya səviyyəsində qarşısını almaqda prinsipial mövqe sərgiləyəcəkdir!”
“DİA-AZ” bildirir ki, bu çağırışnın ardından Günel Aslanlı daha sonra AAK rəhbərliyinə kifayət qədər ümid bəslədiyini də gizlətməyib:
“Mən inanıram ki, AAK-ın sədri, hörmətli Famil müəllim, bütün bu mənfi hallara qarşı prinsipial mövqe nümayiş etdirərək elmin şəffaflığını və obyektivliyini qorumaq üçün çalışır və çalışacaq. Hər cür saxta fəaliyyətin qarşısını almaq üçün əlindən gələni etdiyinə tam əminəm, çünki bu sahədə kifayət qədər təcrübəm var. Lakin təəssüf ki, müxtəlif instansiyalardan, o cümlədən bəzi akademik dairələrdən gələn böyük təzyiqlər və müraciətlər bəzən onun işini çətinləşdirir. Bu qədər saxta akademik rəylərə və təsir cəhdlərinə baxmayaraq, Famil müəllim elmi mühitin saxtakarlıqdan təmizlənməsi və müdafiə prosedurlarının ədalətli keçirilməsi üçün qətiyyətlə çalışır”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bu kollecin müəllimləri kütləvi şəkildə işdən çıxarılır – NARAZILIQ VAR…
Next: ADRA-dan şübhəli `MOYKA` PULU… – Rəsmən “iz” buraxmırlar…

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.