Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Rövşən Məmmədov Allaha təşəkkür edən jurnalisti işdən çıxardı – AzTV-də nə baş verir?
  • CƏMİYYƏT
  • ÖLKƏ

Rövşən Məmmədov Allaha təşəkkür edən jurnalisti işdən çıxardı – AzTV-də nə baş verir?

admin 04.11.2024
1730701143_1
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) bir totalitarizm mühiti hökm sürür. Xüsusən də Rövşən Məmmədovun sədr təyin olunmasından bir müddət sonra Şimali Koreya rejiminin bir modeli yaradılıb. Rövşən Məmmədovun mövqeyini möhkəmləndirməsi nəticəsində bu Qapalı Səhmdar Cəmiyyətində öz qaydalarını tətbiq etməyə başladı. Sanki gestapo şəraitidir və bütün kollektiv nəzarət altındadır. Halbuki bir yaradıcı mühitdə, media strukturunda bu dərəcədə əməkdaşların azadlıqları buxovlana bilməz. Ən azı işçilərin sosial şəbəkə paylaşımlarına total nəzarət şəxsi həyata müdaxilədir.
Lakin AzTV sədri ən kiçik paylaşıma belə həssaslıqla yanaşır, trol batalyonu saxlayır, o cümlədən əməkdaşlarının nələr paylaşdığına dair nəzarət mexanizmi yaradıb. Yəni onun komandasında sırf işçilərin sosial media paylaşımlarını pusquda dayanıb izləyənlər var və bu haqda Rövşən Məmmədovu məlumatlandırırlar. Elə bunun nəticəsidir ki, AzTV-nin təcrübəli jurnalistlərindən biri olan Günay Novruz absurd bir səbəb göstərilərək ixtisar edilib. Anaxeber.info məlumat verir ki, bu haqda jurnalist özü tik-tok hesabında video paylaşıb. Günay Novruz deyib ki, AzTV sədri Rövşən Məmmədov onu heç kimin adını çəkmədiyi bir statusa görə işdən çıxarıb. Jurnalist postunda yazıb ki, bir ay qabaq həmin statusu paylaşıb. Orada deyib ki, “Allahım mənə düz yol göstərdiyin üçün minnətdaram, böyüksən, varsan…”
Yəni jurnalist heç kəsə replika atmayıb, ad çəkməyib, Allah təşəkkür bildirib. Günay Novruzun sözlərinə görə, onun işdən çıxarılması barədə əmrdə səbəb kimi həmin status göstərilib. Jurnalist deyir ki, AzTV rəhbərliyi bu statusda qurumun maliyyə rəisinə və onun baş redaktor olan həyat yoldaşına söz atıldığı nəticəsi çıxarıb: “Onların övladı rəhmətə gedib və bu statusdan belə qənaətə gəliblər ki, guya mən onlara söz atmışam, Allaha minnətdarlıq etmişəm. Bu dərəcədə absurd bir ittihamla əmr verilərək məni işdən azad ediblər”.
Günay Novruz 1985-ci il iyun ayının 14-də Sumqayıt şəhərinin H.Z. Tağıyev qəsəbəsində dünyaya gəlib. Qəsəbənin 6 saylı orta məktəbini bitirib. ABU-nun jurnalistika fakültəsinə daxil olub və 2008-ci ildə oranı bitirib. 2012-2014-ci illərdə isə Bakı Slaviyan universitetinin yaradıcılıq fakültəsində oxuyub. Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvüdür. İki kitab müəllifidir. Prezident təqaüdünə layiq görülmüşdür.
Lakin bu ilk belə hal deyil. Zaman-zaman ixtisara salınan AzTV əməkdaşları rəhbərliyi məntiqsiz qərarlarına görə tənqid ediblər. Bu günlərdə isə haqqin.az saytının rəhbəri Eynulla Fətullayev AzTV sədrinin özünü də, dissertasiyasını da “geydirmə” adlandırmışdı.
Deməli, geydirmə AzTV-nin geydirmə sədrinin dissertasiyası da geydirmə imiş. Geydirmənin doktorluq dissertasiyası: “Azərbaycan diasporasının mətbuatı”. Ay səni geydirmə”.
Eynulla Fətullayev bununla da kifayətlənməyib və digər postunda lənət oxuyub: “Ümummilli lənət: Görüm sizi ömrünüzün sonuna kimi AzTV-yə
baxasınız!”.
AzTV isə öz növbəsində “Haqqin.az” saytının əməkdaşlarını “cahil” adlandırıb.
Mətbuatda gedən başqa xəbərlərdə, konkret olaraq konkret.az saytında dərc edilmiş məqalədə isə deyilir ki, işçiləri ilə kobud davranış, işçilərin haqlarının pozulması, yalnız yaxın çevrəsinə yüksək qonorarların yazılması, kollektivin əksəriyyətinin dolanışıq səviyyəsinin getdikcə azalması qurumda gedən özbaşınalığın yalnız bir hissəsidir. Keçirdiyi tenderlər, kotirovka sorğularında kütləvi maxinasiyalar haqqında mətbuatda kifayət qədər məlumat gedib. Əmək Məcəlləsinə uyğun olmayaraq, işçilərin haqsız yerə əməkhaqlarından pul tutulmaları isə başqa bir mövzudur. Həmçinin, yeyintilər haqda da məlumatlar verilir. Bütün bunların Rövşən Məmmədovun dövründə olduğu iddia edilir. Bakuexo.az isə yazmışdı ki, Rövşən Məmmədov yaxın çevrəsinə vəzifələr paylayıb:

Ranar Musayev, AzTV-nin bədii rəhbəri Məmmədovların ailəvi dostu

Rafael Məmmədov, Bədii rəhbərin müavini-Rövşənin qaynı

İlhamə Hüseynova , Kadrlar Departamentinin rəisi- Rövşənin xanımının rəfiqəsi

Nərgiz Rəfiyeva, Sosial media və ictimaiyyətlə əlaqələr departamentinin rəisi- Rövşənin xanımının rəfiqəsi

Ülfət Rəhimova, Teleradio Akademiyasının prorektoru- Rövşənin xanımının rəfiqəsi

Niyaməddin Quliyev, Maliyyə və Mühasibat uçotu departamentinin rəisi (Rövşənin “qara kassası)- Rövşənin xanımının yaxın qohumu

Turan Babayev ,“Səhər” Musiqi-informasiya redaksiyasının baş redaktoru-Rövşənin ailəvi dostu

Anar Həsənov, “Ekstrim qrup”un rəhbəri- Rövşənin ailəvi dostu

Elnur Əlizadə , Texniki İstehsalat Birliyinin direktoru- Rövşənin ailəvi dostu

Müşviq İbrahimov, Maddi-Texniki Təchizat və İstehsalat Departamentinin rəisi-Rövşənin qohumu və uşaqlıq dostu

(Vüqar Bəşirov, Təsərrüfat

AnaXeber.info)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Sumqayıt Dövlət Universiteti belə təmir edilir… – Eyni lot üzrə müxtəlif tenderlər…
Next: Nərimanovda «Gold Residense» ÖZBAŞINALIĞI… HƏLƏ DƏ DAVAM EDİR…

OXŞAR MÖVZULAR

1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
1780638995_17551125641751480099inshot_20250702_221153178_1_1780602953
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazirlikdən multimilyonluq laboratoriya tenderi – TƏFƏRRÜAT

admin 05.06.2026
media-rr-47xtz0
  • CƏMİYYƏT

“Royal Fish” mağazasından narazılıq

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.