Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İranda əl kəsmək hökmü: Cəza, yoxsa işgəncə?
  • DÜNYA

İranda əl kəsmək hökmü: Cəza, yoxsa işgəncə?

admin 01.11.2024
X7N0dl9iIpjqPjj7qqoKJkjH48st5RDeRyrkOHe6_1200

İranda müəyyən fasilədən sonra yenidən ölkə məhkəmələri tərəfindən məhbuslar barəsində çıxarılmış əl kəsmək hökmlərinin icrasına başlanılıb. Belə ki, oktyabrın 29-da səhər Urmiya mərkəzi həbsxanasında Mehrdad Teymuri və Şəhab Teymuri adlı iki qardaşın sağ əlinin dörd barmağı gilyotinlə kəsilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Oğurluq etdikləri üçün bu cəzaya məhkum olunan 34 və 39 yaşlı qardaşların əl barmaqlarının kəsilməsi məhkəmə orqanı nümayəndəsinin və həbsxana rəhbərliyinin iştirakı ilə həyata keçirilib. Verilən məlumata görə, bundan sonra məhbuslar zəruri tibbi prosedur üçün Urmiyadakı Xomeyni adına xəstəxananın xüsusi şöbəsinə aparılıb və müəyyən vaxtdan sonra yenidən həbsxanadakı təkadamlıq kameralarına qaytarılıblar. Hökmün icrasından sonra hələlik onların ailə üzvləri və qohumları ilə görüşünə imkan verilməyib. Teymuri qardaşlarının yaxınlarından birinin yerli hüquq-müdafiə təşkilatlarına verdiyi məlumata əsasən, onların əllərinin kəsilməsi barədə hökmün icrası Urmiya prokuroru Hüseyn Məcidinin təzyiqi nəticəsində baş tutub. Bildirilir ki, hazırda Urmiya mərkəzi həbsxanasında eyni cəzaya məhkum olunmuş daha beş məhbus saxlanılır və insan haqları təşkilatları onların barəsində də hökmün icra oluna biləcəyi ilə bağlı ciddi narahatlıq keçirir.

Bu hadisə dünya mediasında gündəmə gədikdən sonra bir sıra beynəlxalq insan haqları təşkilatları da məsələyə münasibət bildirib. O cümlədən, Beynəlxalq Əfv Təşkilatı – “Amnesty İnternational” məhkumların əlinin amputasiyasına kəskin etirazını bildirərək “beynəlxalq ictimaiyyəti dövlət tərəfindən sanksiyalaşdırılan bu işgəncənin dayandırılmasından ötrü təcili hərəkətə keçməyə və İran hakimiyyətinə fiziki cəzanın bütün növlərini ləğv etmək üçün təzyiq göstərməyə çağırıb”.

Təşkilatın yaydığı bəyanatda deyilir: “Cəza növü kimi amputasiya işgəncədir, bu isə beynəlxalq hüquqa görə cinayətdir və İranın da qoşulduğu Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsinə əsasən, qadağandır”.

Sözügedən təşkilat əvvəllər də belə hallarla əlaqədar dəfələrlə bəyanatlar yayıb və cəza kimi əlin kəsilməsini insanlığa zidd addım kimi qiymətləndirərək öncəki bəyanatlarından birində bildirib: “Bir insanın əlini kəsmək və bilərəkdən onu şikəst etmək ədalət deyil, açıq-aşkar işgəncədir. Xüsusən, belə bir hökmün həbsxana rəhbərliyinin və digər rəsmilərin gözü qarşısında icra olunması utandırıcı haldır”.

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ… – Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? -DE-FAKTO
Next: İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olub

OXŞAR MÖVZULAR

14
  • DÜNYA

Yunanıstan Rusiyaya qarşı 21-ci sanksiyalar paketini bloklayıb

admin 16.07.2026
1784181351_screenshot-2026-07-16-095518
  • DÜNYA

Casusluqda ittiham olunurdu – İrandan çıxmasına icazə verildi

admin 16.07.2026
18
  • DÜNYA

Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib

admin 15.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.