Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İlqar Məhərrəmovun dostluq etdiyi “Dostluq H-EL” MMC-nin arxasında kimlər durur -İLGİNC FAKTLAR
  • ARAŞDIRMA
  • GÜNDƏM

İlqar Məhərrəmovun dostluq etdiyi “Dostluq H-EL” MMC-nin arxasında kimlər durur -İLGİNC FAKTLAR

admin 31.10.2024
1730368613_1729953524_1

Oktyabrın əvvəllərində “Antiinhisar Ağentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub” sərlövhəli məqalə dərc etmişdik

Həmin məqalədə Goranboy Suvarma Sistemləri İdarəsinin Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini kobud şəkildə pozaraq, 3 pilləli Səfikürd nasos stansiyasının 1-ci pilləsində (D=1020x10mm,L=9.0 km) boru xəttinin təmiri işlərinin satın alınması üzrə 309.997,2 manat məbləğində “Dostluq H-EL” MMC ilə satınalma müqaviləsi bağlamasından bəhs edilirdi.

Qeyd edək ki, Goranboy Suvarma Sistemləri İdarəsinin 08.10.2024-cü ildə “Dostluq H-EL” MMC ilə 3 pilləli Səfikürd nasos stansiyasının 1-ci pilləsində (D=1020x10mm,L=9.0 km) boru xəttinin təmiri işlərinin satın alınması üzrə 309.997,2 manat məbləğində bağladığı satınalma müqaviləsində qanun pozuntuları olduğunu açıqlamışdıq.

Sözügedən “Dostluq H-EL” (VÖEN: 2007644391) MMC Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 10.10.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ZIĞ ŞOSSESİ, ev 4, BLUE OFFİCE, MƏRT. 5, qanuni təmsilçisi isə Babayev Mehti Nadır oğludur. Məqalə dərc olunanda MMC-nin dövlətə 120 597. 28 manat ödənilməmiş vergi borcu olduğunun yazmışdıq. Hazırkı günə MMC-nin vergi borcu qismən ödən ilib və 113 380 manat təşkil edir.

Eyni zamanda internet üzərindən araşdırma apardıqda bu il  “Azərenerji” ATSC “Elektrik Stansiyalarında istifadə olunacaq müxtəlif energetik yağların satın alınması (elektrik stansiyaların mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və yenilərinin tədarük olunması)”üçün “Dostluq H-EL” MMC -yə 2 979 522 manat ödəməli olacağından bəhs edilir.
Bu günlərdə redaksiyamızın elektron poçtuna “Dostluq H-EL” MMC ilə bağlı şikayət mktubu daxil olub. Şikayət məktubunda deyilir: “Oktyabrın 10-da derc etdiyiniz xəbərdə adı çəkilən “Dostluq H-EL” şirkəti ilə bağlı bizim də narazılığımız var. Xəbərdə adı hallanan Mehdi Babayev əslində aysberqin görünən tərəfidir. Bütün işləri demek olar şirkətin əvvəlki qanuni təmsilçisi Şərifov Elçin Fərman oğlu idarə edir. Artıq 2 ildən çoxdur ki bu şirkət bir çox işçinin əmək haqlarını ödəmir, 100 min manatdan artıq vergi borcu olduğu halda tenderlərə qatılır ve ‘udur’. Öz pulunu istəyən işçilərə isə Şərifov tərəfindən hədə-qorxu gəlinir. Bu MMC ilə bağlı dəfələrlə şikayet edilib. Ancaq hələ də maaşını ala bilməyən işçilər var. Xahiş edirik bu məsələni işıqlandırasız. Biz bildiyimiz qədər şirkətin əsl sahibi Şərifov Elçinin yaxın dostu ehtiyatda olan generaldı.Hansı ki Elçin Şərifov ona arxayın olub istədyini edir”.

Şikayətdən də göründüyü kimi “Dostluq H-EL” MMC dövlət sifarişini yerinə yetirə bilmir, işçilərin əmək haqqını kəsir. Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov da belə bir şirkətlə dostluq edərək dəyəri yüz minlərlə ölçülən satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 17.11.2023-0cü il tarixli fərmanı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini  olmuş Rafiq Aslanov Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi rəisi təyin edilib.

Qeyd edək ki, Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi olmuş, “Dostluq H-EL” və digər bir  çox MMC ilə şübhəli satınalma müqaviləsi bağlamış İlqar Məhərrəmovun vəzifəsi bu günlərdə böyüdülüb .Bundan sonra o təkcə Goranboyun deyil ətraf rayonlara da nəzarət edəcək. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov İlqar Məhərrəmovu yeni yaradılan Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 10 saylı Gəncə-Daşkəsən Regional Bölməsinə rəis təyin edib.

Qeyd edək ki, üzü Göygöl Suvarma Sistemləri İdarəsindən tutmuş, Goranboy Suvarma Sistemləri İdarəsinə qədər haqında heç də yaxşı rəy formalaşmayan, adı kifayət qədər qalmaqallarda və digər xoş olmayan əməllərdə hallanan İlqar Məhərrəmov  hansı xidmətlərinə görə daha yüksək vəzifəyə layiq görülüb, anlaşılan deyil.(aktualinfo.org)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “General Hospital”da “saxta bülleten” qalmaqalı -Prokurorluqda araşdırma aparılır
Next: İlham Əliyev metronun “28 May” stansiyasının qarşısında yaradılan şəraitlə tanış olub

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.